65 yaşdan yuxarı xərçəng xəstəsinin həyat keyfiyyətinə hansı amillər təsir edir?

Xərçəng xəstəliyində həyat keyfiyyətinin tərifi fiziki, psixoloji və sosial rifah halının xəstə tərəfindən qavranılmasıdır. Həyat keyfiyyəti xərçəng müalicəsi prosesində əhəmiyyəti getdikcə daha yaxşı anlaşılan əsas mövzulardan biridir. Yeni tədqiqat yaşlı xərçəngli şəxslərdə sağlamlıqla əlaqəli həyat keyfiyyətinə təsir edən amillər barədə məlumat verir. Tapıntılar davamlı şikayətləri nəzərdən keçirməyin, yanaşı xəstəlikləri qiymətləndirib idarə etməyin, fiziki aktivliyi artırmağın və maddi çətinliklərlə mübarizənin əhəmiyyətini dəstəkləyir.
- Xərçəng xəstəsində HƏYAT KEYFİYYƏTİ (ətraflı)
Xərçəng müalicəsi müddətində həyat keyfiyyətinin yaxşılaşdırılmasına və qorunmasına töhfə verən mühüm amilləri anlamaq sağlamlıq problemləri riski olan şəxsləri müəyyən etməyə kömək edə bilər. 2016-cı ildə yalnız ABŞ-da xərçənglə yaşayan 15 milyon insanın yüzdə 62-si 65 və yuxarı yaşda idi. Orta/gözlənilən ömür uzunluğunun artması ilə yaşlı dövrdə xərçəngin rastgəlmə nisbətinin və xərçəngdən sonra həyatına sağlam şəkildə davam edənlərin sayının getdikcə artacağı proqnozlaşdırılır.
- Əlaqəli mövzu: Xərçəng niyə əsasən yaşlılıqda görülür? Yaşlı dövrdə müalicəyə yanaşma
Mövzunu araşdırmaq üçün Alabama Universitetində 65 və yuxarı yaşlı 1457 yetkin arasında sorğu aparılmışdır. İştirakçıların çoxu tədqiqat zamanı aktiv xərçəng müalicəsi almırdı və ya diaqnozdan sonra ən azı bir il keçmişdi. Sorğuda fiziki, psixoloji və sosial sahələrdə həyat keyfiyyətinə təsir edə biləcək amillər araşdırılmışdır. Tədqiqatın sonunda həyat keyfiyyətinin fiziki və zehni strukturlarının müxtəlif sahələrdən təsirləndiyini müəyyən etmişlər. Fiziki baxımdan pis vəziyyətlə bağlı ən mühüm şikayətlər ağrı, yorğunluq və yuxu pozuntusu kimi ciddi şikayətlərlə yanaşı xəstələrin xərçəngdən başqa malik olduğu xəstəlikləri də əhatə edirdi. Bundan əlavə, yorulduqda köməyə ehtiyac duymaları kimi sosial amillər də vardı.
- Əlaqəli mövzu: Yuxu problemləri öyrənməyə təsir edir - Keyfiyyətli yuxu nədir, yaxşı yuxu üçün nə etmək lazımdır?
Fiziki aktiv olmağın həyatda fiziki və emosional baxımdan yaxşı hiss etməyə ən mühüm töhfə verən amil olduğu müəyyən edilmişdir.
Yorğunluq və yuxu pozuntusu kimi şikayətlərin ağırlığı da zehni həyat keyfiyyətinin pisləşməsi ilə əlaqəli ən mühüm amillərdəndir. Digər mümkün təsiredici amillər emosional dəstək ehtiyacını və maddi sıxıntını əhatə edirdi. Maddi çətinliklərin də həyat keyfiyyətinin zehni sahəsinə təsiri nəzərəçarpacaq dərəcədədir. Həyat keyfiyyəti tədqiqatlarının çoxu aktiv müalicə prosesinə və ya xərçəng dərmanlarına yönəlir. Lakin diaqnozdan sonra xərçəng növündən və ya müalicəsindən asılı olmayaraq həyat keyfiyyətinə töhfə verə biləcək ən kiçik şey belə mühümdür.
Tədqiqatın nəticələri yaşlı xərçəng xəstələrinin qulluğuna istiqamət verə bilər. Xəstələrə qulluq yanaşması şikayətlərin şəraitə uyğun idarə olunması və sağlam həyat tərzlərinin inkişaf etdirilməsi ilə bir bütöv kimi qiymətləndirilməlidir. Həmçinin yaşlı xəstələrə sosial əlaqələr və maliyyə çətinlikləri ilə bağlı dəstək göstərilməlidir.
- Marağınızı çəkə bilər: İdman etməyin özü də beyin məşqinin bir növüdür – yalnız 30 dəqiqə kifayətdir!
Mənbələr
Most impactful factors on the health-related quality of life of a geriatric population with cancer.
Cancer, 2017
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.