Axşam yeməyini ötürmək və ya erkən yemək süd vəzi xərçəngi riskini necə azaldır?

Həyat tərzi və qidalanma vərdişləri ilə süd vəzi xərçəngi arasında əlaqə olduğu məlumdur. Piylənmənin və diabetin də insulin və s. böyümə faktorları vasitəsilə xərçənglə əlaqəsi vardır. Buna görə pəhrizlə qan şəkərini taraz saxlamaq tip-2 diabetlə yanaşı süd vəzi xərçənginin qarşısını almağa kömək edir.
Axşam yeməyini erkən yeyib səhər yeməyinə qədər bütün gecə ac qalmağın müxtəlif sağlamlıq faydaları olduğu məlum idi. Tədqiqatlara əsasən axşam gec saatda qəbul edilən kalorilərin gecə aclıq müddətini azaltdığı və bunun da süd vəzi xərçənginə bioloji olaraq təsir göstərdiyi nəticəsinə gəlinmişdir.
Milli Sağlamlıq və Qidalanma Müayinəsi Sorğusunun məlumatlarından istifadə edilən tədqiqatda 2.650 qadına dair məlumatlar istifadə edilmişdir. Gündəlik kalorilərinin böyük hissəsini axşamlar qəbul edən qadınlarda daha yüksək C-reaktiv zülal ( CRP ) səviyyəsi müəyyən edilmişdir. Qəbul edilən kalorilərin nisbətində hər yüzdə 10 artım üçün CRP-də yüzdə 3 artım görülmüşdür.
Bəzi yemək vaxtlarını ötürərək ac qalmağın və axşam yeməyini erkən vaxta çəkərək gecə daha uzun müddət ac qalmağın iltihabı azaltmağa da kömək edə bildiyi tədqiqatların nəticəsində düşünülür.
Süd vəzi xərçəngi diaqnozu olan qadınlarda gecə aclıq müddətinin əhəmiyyətini göstərən tədqiqat:
Bu tədqiqatda süd vəzi xərçəngi olan 2.413 qadından 1-4 il ərzində qidalanma məlumatları toplanmışdır. Adam başına gecə aclıq müddəti orta hesabla 12.5 saat olaraq qeydə alınmışdır. 13 saatdan çox və az ac qalanlar kimi ayrılmışlar. 7 il izlənilən bu qadınlardan 13 saatdan az ac qalanlarda süd vəzi xərçənginin təkrarlanması (residiv) riskində %36 artımla əlaqə müəyyən edilmişdir.
Bu tədqiqatlar nəticə olaraq nə ifadə edir?
- Bədənin sağalması və təmiri üçün bədənin toplanmış qlikogeni enerji məqsədilə parçaladığı katabolik mərhələ uzun saxlanmalıdır.
- Qlikogen ehtiyatları azaldıqca bədən enerji üçün daha çox yağ turşusundan istifadə etməyə başlayır. Bunun sayəsində bədəndə zədələnmiş hüceyrələrə qulluq və təmir aparılır, bədən stressə davamlılıq yaradır.
- Uzunmüddətli aclıq (bir neçə gün) ilə insulin və IGF-1 siqnal yollarının aktivliyi azalır, beləliklə iltihablanma (inflamasiya) azalır, qan təzyiqi düşməyə və insulinə həssaslıq yaxşılaşmağa başlayır. Oxşar təsirin gecələr uzun sürən aclıqla da görüləcəyi düşünülür.
- Daha sağlam olmaq və yaxşı yuxu rejimi üçün yemək vaxtı sirkadiyalı ritmimizə görə tənzimlənməlidir. Axşam gec olmadan son yemək yeyilməli və səhər gün doğana qədər mümkünsə 13 saat heç nə yeyilməməlidir.
- İnsulinə həssaslıq səhərlər ən yüksək, axşamlar isə ən aşağı olduğu üçün saatlar irəlilədikcə porsiyalar və kalori miqdarı azaldılmalıdır.
Marağınızı çəkə bilər:
Mənbələr
Frequency and Circadian Timing of Eating May Influence Biomarkers of Inflammation and Insulin Resistance Associated with Breast Cancer Risk.
PLoS One 2015.
2. Marinac CR, Natarajan L, Sears DD, et al.
Prolonged Nightly Fasting and Breast Cancer Risk: Findings from NHANES (2009-2010).
Cancer Epidemiol Biomarkers Prev 2015.
3. Marinac CR, Nelson SH, Breen CI, et al.
Prolonged Nightly Fasting and Breast Cancer Prognosis.
JAMA Oncol 2016.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.