Covid-19 müalicəsində ruxolitinib təsiredici maddəli dərmanın faza-III klinik tədqiqatı başladı

İlk dəfə 2011-ci ildə mielofibroz, sonra 2014-cü ildə polisitemiya vera və 2019-cu ildə kəskin graft versus host xəstəliyi müalicələrində ABŞ Qida və Dərman İdarəsinin (FDA) təsdiqini alan ruxolitinib (Jakafi) adlı dərmanın yeni növ koronavirus səbəbindən yaranan Covid-19 infeksiyasının səbəb olduğu sitokin fırtınasını müalicə etmək üçün bir faza-III klinik tədqiqatda sınanmağa başlandığı elan edildi.
Ruxolitinib epigenetik mexanizmlərə təsir edərək işləyən azsaylı hemato-onkologiya dərmanlarından biridir. Ruxolitinib qan hüceyrəsi istehsalında və immun cavabda effektiv olan JAK1 və JAK2 (janus kinaza) molekullarının fəaliyyətini əngəlləyərək təsir göstərir. İmmun sistemini basqılayıcı xüsusiyyəti var.
Sitokin fırtınasıvirus infeksiyasına həddindən artıq immun reaksiyadır və mikrob mənşəli olmayan pnevmoniya (sətəlcəm) və kəskin respirator distress sindromu (ARDS) kimi ciddi ağırlaşmalar yarada bilər. Hiperiltihab da adlandırılır.
RUXCOVID adlı qlobal, randomizə edilmiş, ikiqat kor, plasebo nəzarətli bu faza-III tədqiqatda dünya üzrə 12 yaşdan böyük təxminən 400 Covid-19 xəstəsində ruxolitinibin təhlükəsizliyi və effektivliyi qiymətləndiriləcək.
RUXCOVID ABŞ-da Incyte, ABŞ xaricində isə Novartis tərəfindən maliyyələşdirilir. Aprelin əvvəlində Incyte və Novartis faza-III tədqiqatı aparmaq planlarını açıqlamışdılar.
Təsdiqlənmiş Covid-10 diaqnozlu xəstələrin təxminən %20-nin ağır xəstəlik səbəbindən xəstəxanaya yatmalı olduğunu, təxminən %6-nın isə intensiv terapiyaya ehtiyac duyduğunu bilirik.
Xəstələrin nəticələrini yaxşılaşdırmaq və qlobal səhiyyə sistemindəki ağır təzyiqi azaltmaq üçün ağır Covid-19 ilə bağlı ağırlaşmaları önləyən və ya azaldan müalicələrə görünməmiş tibbi ehtiyac var.
Bu faza-III tədqiqatda ölçülməsi nəzərdə tutulan birincili sonlanım nöqtəsi29. günə qədər ölən, mexaniki ventilyasiya tələb edən və ya tənəffüs çatışmazlığı ilə intensiv terapiya şöbəsinə (YBÜ) ehtiyacı olan iştirakçıların nisbətidir.
İkincili sonlanım nöqtələrinə klinik vəziyyət, xəstəxanadaxili nəticələr, Milli Erkən Xəbərdarlıq Balı (NEWS2) və SpO2 / FiO2 nisbəti dəyişiklikləri, oksigen müalicəsinə ehtiyacı qalmayanların nisbəti və təhlükəsizlik kimi effektivlik qiymətləndirmələri daxildir.
Təsadüfi iki qola ayrılan xəstələr cəmi 14 gün standart dəstəkləyici müalicə və plasebo yaxud standart müalicələrlə kombinasiyada gündə iki dəfə ağızdan 5mg ruxolitinib tableti alacaqlar.
14 günlük müalicədən sonra klinik əlamətlər pisləşməsə və mümkün fayda mümkün risklərdən üstün olsa, iştirakçılara daha 14 gün tədqiqat müalicəsi verilə bilər. Xəstələr cəmi 29 gün izlənəcək.
Incyte ABŞ-da mövcud kommersiya və klinik ruxolitinib təchizatının təsdiqlənmiş göstərişlər və klinik tədqiqatlardakı kimi ölkə xəstələrinin ehtiyacını qarşılamaq üçün yetərli olduğunu qeyd etdi. Həmçinin şirkət Covid-19 tədqiqatları üçün gözlənilən təchizat ehtiyaclarını qarşılamaq məqsədilə istehsalı artırır. Covid-19 üçün ruxolitinib ABŞ-ın Genişləndirilmiş Giriş Proqramı (EAP) çərçivəsində klinik tədqiqatlara qatıla bilməyən uyğun xəstələrə də təmin edilir.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.