Covid-19 peyvəndi almış valideynlər uşaqlarını koronavirusdan daha yaxşı qoruyur

Yeni araşdırma valideynlərin Covid-19 peyvəndlərini tamamlamasının bu prosesdə peyvənd almamış uşaqlarını qorumağa kömək edə biləcəyini göstərdi.
Tədqiqata görə tam peyvəndli tək valideyn uşaqlarının SARS-CoV-2-nin Alfa variantına yoluxma riskini %26-dək azaltdığı halda, 2 valideynin də tam peyvəndli olması bu riski təxminən %72-dək azaldır. Virusun Delta variantına qarşı isə tam peyvəndli tək valideyn – əlavə doza daxil – uşaqlarda infeksiya riskinin %20,8 azalması ilə, hər iki valideynin tam peyvəndli olması isə riskin %58,1 azalması ilə əlaqələndirilib.
Cədvəl: Valideynlərin peyvənd vəziyyətinə görə uşaqların Covid-19-a tutulma riskinin azalması
|
Valideynlərin peyvənd vəziyyəti |
Uşaqlarda SARS-CoV-2-nin Alfa variantı üçün infeksiya riskinin azalma göstəricisi |
Uşaqlarda SARS-CoV-2-nin Delta variantı üçün infeksiya riskinin azalma göstəricisi |
|
Yalnız tək valideyn tam peyvəndlidirsə |
%26 |
%20,8 |
|
Hər iki valideyn tam peyvəndlidirsə |
%72 |
%58,1 |
İsrailin Ramat Gan Clalit Tədqiqat İnstitutundan epidemioloq Samah Hayek “Peyvənd olunmaq yalnız birbaşa qoruma vermir, eyni evdə yaşayan peyvəndsiz fərdlərin dolayı yolla qorunmasını da təmin edir” deyir.
“Bu tədqiqat evin böyüklüyündən və uşaqların yaşından asılı olmayaraq peyvəndsiz uşaqların peyvəndli valideynləri vasitəsilə Alfa və Delta variantlarına qarşı dolayı qorunmasını vurğulayır.”
Hayek və komandasının apardığı tədqiqat 27 yanvar 2022 tarixində Science’da onlayn dərc edildi.
Tədqiqatçılar iki valideynli, peyvəndsiz uşaqları olan və əvvəllər pandemiyanın iki mühüm dövründə (Alfa dalğası dövrü: 17 yanvar 2021 – 28 mart 2021 və Deltanın üstün olduğu dövr: 11 iyun 2021 – 30 sentyabr 2021) heç infeksiya müşahidə edilməmiş evlərə yönəldilər.
Tədqiqatda bütün valideynlər ən azı 2 doza BioNTech peyvəndi almışdı. Peyvəndli valideynlərin qeydə alınmış infeksiyaya malik olma ehtimalı daha az idi. Mühüm nəticə kimi tədqiqat yoluxduqları halda infeksiyanı ailə üzvünə ötürmə ehtimallarının daha az olduğunu göstərdi.
Tədqiqatçıların ilk dövr üçün 155.305 ayrı evdən 400.733 peyvəndsiz uşaq və yeniyetmə məlumatı vardı. İkinci dövr üçün 76.621 ayrı evdən 181.307 peyvəndsiz uşağın məlumatı analiz edildi.
Tədqiqatçılara görə nəticələr evin böyüklüyündən asılı olmayaraq və Covid-19 peyvəndinə uyğun olmayacaq qədər kiçiklər də daxil müxtəlif yaş qruplarında ümumilikdə ardıcıl idi.
Tədqiqatda Omicron variantına qarşı peyvəndin təsiri qiymətləndirilmədi. Peyvəndlərin təsirini izləyən Nebraska Universiteti Tibb Mərkəzinin tədqiqatçısı Yi Du Omicronun dinamikasının böyük ehtimalla fərqli olacağını söylədi.
Du Omicron dövründə hadisələr artsa da “yenə xəstəxanaya yerləşdirmənin və mortalitenin (ölüm göstəricisi) azalmasında peyvəndin təsirini müşahidə etdik” dedi. Peyvəndli valideynlər, nənələr və babalar yoluxanda əlamətsiz ola bildikləri halda peyvəndsiz uşaqlar hələ risk altında ola bilər. Peyvəndli valideynlərdə immunitetin zəifləməsi digər narahatlıqdır. Du “əlavə dozalar qəti tövsiyə edilir” deyir.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.