COVID-19 son yeniliklər: kortizonun sirli riski, uşaqlarda vəziyyət, D vitamini

Xroniki yorğunluq
Amerika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (US-CDC) son hesabatına görə, COVID-19 əlamətləri olub test edilən şəxslərin üçdə birindən çoxu testlərdən bir neçə həftə sonra tədqiqatçılar zəng etdikdə normal sağlamlıq vəziyyətlərinə qayıtmadıqlarını söyləyiblər.
Alimlər SARS-CoV-2 infeksiyasının xroniki yorğunluq kimi də tanınan mialgik ensefalosel kimi virusdan sonrakı problemlərə səbəb olub-olmadığına dair tədqiqatlara başlayıblar.
Bir neçə ABŞ millət vəkili COVID-19-un uzunmüddətli təsirləri barədə tədqiqat layihələri üçün 60 milyon dollar federal vəsait ayıracaq “COVID-19 alt qruplarını və ensefalomielitlə xroniki yorğunluq sindromunun rolunu anlamaq” adlı qanun layihəsi hazırlayıb.
Növbəti milyonları qorumaq
ABŞ-da rəsmi olaraq əhalinin %1,5-inə uyğun gələn 5 milyondan çox insanda COVID-19 aşkar edilib. Lakin tədqiqatın irəli sürdüyü kimi həqiqi hal sayı 10 qat çoxdursa, virusun yayıla biləcəyi hələ çox sahə var. Buna görə mütəxəssislər bu mərhələdə pandemiya ilə mübarizə və mövcud hal sayının ikiqat artmasının qarşısını almaq üçün tövsiyələr verirlər.
Vanderbilt Universitetinin infeksion xəstəliklər mütəxəssisi Dr. William Schaffner video müsahibədə “Ən böyük ümidim peyvənddir. Təhlükəsiz və təsirli, həmçinin açıq, şəffaf və bərabər bölgü mexanizmi ilə ABŞ-dakı insanlara, sonra bütün dünyaya çatdıra biləcəyimiz peyvənd olmalıdır.” deyib.
Washington Universitetinin Sağlamlıq Göstəriciləri və Qiymətləndirmə İnstitutunun tədqiqatçıları ölkənin hazırkı faciəli vəziyyəti 1 dekabra qədər davam edərsə, o vaxta qədər təxminən 300.000 amerikalının COVID-19-dan həyatını itirəcəyini proqnozlaşdırır, lakin hamılıqla maska istifadəsi ilə həyat itkisinin 70.000 az olacağını təxmin edirlər.
Peyvənd hədəfləri gerçəkləşəcəkmi?
ABŞ federal hökumətinin COVID-19 peyvənd və müalicələrini sürətlə hazırlayan “Operation Wrap Speed” qurumunun rəhbəri Moncef Slaoui proqramda əvvəl açıqlanmış 300 milyon doza peyvəndin yanvar 2021-ə qədər paylanması hədəfinin klinik təcrübələrin məlumatlarından asılı olaraq ehtimal ki, gələn ilin ortasına qədər tam gerçəkləşməyəcəyini bildirib.
Sentyabrda COVID-19 peyvənd bölgüsü barədə tövsiyələr dərc edəcək Beynəlxalq Elm, Mühəndislik və Tibb Komitəsinə danışan Dr. Slaoui proqramın 300 milyon doza verməyi hədəflədiyini, çünki bəzi peyvəndlərin ehtimal ki, iki doza tətbiq edilməli olacağını bildirib.
Slaoui indiyədək ABŞ bazarına çıxarılmış COVID-19 diaqnoz və müalicələrinin çoxunda istifadə edilən təcili istifadə icazəsindən fərqli olaraq hər peyvənd namizədi üçün Amerika Qida və Dərman İdarəsindən (FDA) tam təsdiq istənəcəyini bildirib. Həmçinin Operation Wrap Speed-in məlumatların sürətli nəzərdən keçirilməsi üçün FDA ilə razılaşması olduğunu, amma təsdiq meyarlarının hər peyvənd üçün eyni olacağını əlavə edib.
Səhiyyə işçilərinə anticisim testi
New York səhiyyə sistemində könüllülərə tətbiq edilən SARS-CoV-2 anticisim testi səhiyyə işçilərinin %13.7-sində anticisimlərin müsbət olduğunu tapıb və bu göstəricinin digər tədqiqatların ştat üzrə yetkinlərdə tapdığı tezlikdən bir qədər yüksək olduğunu müəyyən edib.
Tədqiqatçılar cins, irq və yaş nəzərə alındıqda insanın intensiv terapiya bölməsi kimi yerdə, yoxsa masa arxasında işləməsinin koronavirusa qarşı anticisim yaratma (yəni infeksiyanı keçirmə) tezliyində çox kiçik fərqlər verdiyini aşkar ediblər.
Kritik COVID-19 hallarındakı deksametazonun qlikemiya riski
Deksametazon (steroid / kortizon növü) istifadəsinə bağlı hiperqlikemiyanın (şəkər yüksəkliyinin) stasionar müalicəsinə dair çoxsaylı təlimatlar olsa da, İngiltərə Milli Diabet COVID-19 Cavab Qrupu xüsusilə deksametazon müalicəsi alan COVID-19 xəstələrində qan şəkərinin idarə edilməsinə dair yeni təlimat təqdim edib.
Müəlliflər “Deksametazondan qaynaqlanan pozulmuş şəkər metabolizması, COVID-19 mənşəli insulin müqaviməti və COVID-19 mənşəli pozulmuş insulin istehsalı” mövzuları nəzərə alındıqda bu yeni təlimatın lazım olduğunu deyirlər.
Peyvənd tədqiqatlarına könüllü qatılma məsələsi
32.000-dən çox insan peyvənd hazırlanmasını və əlçatanlığını sürətləndirmək təşəbbüsündə SARS-CoV-2-yə qəsdən məruzqalma da daxil olmaqla COVID-19 peyvəndlərinin sınaqlarına qatılmağa könüllü olub.
Bioetiklər və həkimlər hazırda heç bir peyvənd sınağının istifadə etmədiyi yanaşmanı müzakirə edir. Fikrin tərəfdarları sınaqların peyvənd hazırlanmasını aylarla qısalda biləcəyini deyir, digərləri isə əlavə risklərin könüllülərin sağlamlığı və potensial olaraq həyatları üçün yüksək bədəl gətirəcəyindən narahatdır.
Amerika Tibb Assosiasiyasının prezidenti Dr. Susan Bailey 7 avqust çıxışında insanların qəsdən (zəiflədilmiş virus peyvəndi ilə) SARS-CoV-2-yə məruz qoyulmasının etik olmayacağını bildirib. Sınaqlara ümumi əhalidən daha tez-tez virusa məruz qalan səhiyyə işçilərinin daxil ediləcəyini, lakin peyvəndin nə qədər yaxşı işlədiyini anlamaq üçün adi həyat və iş şəraitində neçə insanın yoluxduğunu görməyin vaxt aparacağını əlavə edib.
Ümidsiz fərdi qoruyucu vasitə (FQV) tədbirləri
Kiçik müstəqil klinikalar pandemiyada yetərli fərdi qoruyucu vasitə tapmaqda çətinlik çəkdi, bu da səhiyyə təminatçılarının yenidən açılmasının gecikməsinə və işçilərin riskə atılmasına səbəb oldu. Lakin qeyri-kommersiya təşkilatları və tibb assosiasiyaları həkimlərin sifarişlərini toplu ala bilməsi üçün ortaq proqramlar təşkil edərək boşluğu doldurmaq üçün addım atmağa başladı.
Tibb assosiasiyaları 1 həftədə üzvlərinin sifarişlərini topladı, sonra qeyri-kommersiya qurumları lazım olan vasitələri təmin edib payladı.
Amerika Tibb Assosiasiyasının prezidenti Dr. Bailey bunun uzunmüddətli həll olmadığını, yalnız mövcud boşluğu doldurmağa çalışdıqlarını və rəhbərliyi fərdi qoruyucu vasitə istehsalını artırmaq üçün əlindən gələni etməyə çağırdıqlarını bildirib.
Testlər: kimə, nə vaxt və necə tətbiq edilməli?
COVID-19 üçün diaqnostik testlər çox vacibdir, lakin kimə, nə vaxt və necə tətbiq ediləcəyi hələ aydın deyil.
Kimlərə test edilməli? İdeal olaraq hamıya test edilməlidir. Xəstələr, səhiyyə işçiləri və təmaslı olduğu bilinənlər prioritet olmalıdır.
Nə vaxt test edilməli? COVID-19 düşündürən əlamətləri olanlara mümkün qədər tez test edilməlidir. Məruz qaldığı bilinənlərə məruzqalmadan orta inkubasiya müddəti olan təxminən 5 gün sonra test edilməlidir.
Necə edilməli? Kəskin / hazırkı xəstəliyi aşkar etmək üçün yalnız viral nuklein turşusu və ya antigen testləri istifadə edilməlidir.
- Əlaqəli mövzu: Koronavirus testi necə edilir? PCR və sürətli diaqnoz testlərinin növləri hansılardır?
Fetal pulmonar fibroz
Danimarkalı həkimlər COVID-19 olan qadın xəstədə Kəskin respirator distress sindromundan (ARDS) sonra Fetal pulmonar fibroz yarandığını aşkar ediblər. COVID-19 ilə xəstəxanaya yatırılmış xəstələrin təxminən %42-sində pulmonar fibroza (ağciyər toxumasında pozulma və elastiklik itkisinə) səbəb olduğu bilinən kəskin respirator distress sindromu inkişaf edib.
Londonlu həkim belə şərh edib: “Praktikada, xüsusilə kəskin respirator distress sindromu ilə birlikdə COVID-19 xəstələrinə baxan həkimlər yüngül xəstəlikdən sonra belə pulmonar fibroz inkişafına qarşı ayıq olmalıdırlar. Həmçinin kəskin COVID-19 keçirdikdən həftələr və ya aylar sonra nəfəs darlığı davam edən və ya pisləşən xəstələrdə BT müayinələri təkrarlanmalı və ağciyər funksiyası izlənməlidir.
Uşaqlarda nadir görülən ağır COVID-19 halları
“Critical Coronavirus” və “Uşaq epidemiologiyası” tədqiqatlarının ilkin məlumatlarına görə, müxtəlif əlamətləri olan və yetkinlərlə müqayisədə daha yaxşı nəticə alınan ciddi pediatrik COVID-19 hallarının nadir olduğu tapılıb.
Tədqiqatçılar 18 ölkədə intensiv terapiya alan 65 pediatrik xəstədən məlumat toplayıb. Çili, Kolumbiya, İtaliya, İspaniya və ABŞ-dakı 10 pediatrik intensiv terapiya bölməsində ağır və ya kritik COVID-19 olan ilk 17 uşaq barədə ilkin fikirlərini yeni məqalədə açıqlayıblar.
ABŞ Milli Sağlamlıq İnstitutunun Remdesivir klinik sınaq yeniləməsi
Milli Sağlamlıq İnstitutu cümə axşamı COVID-19 xəstələrinin müalicəsində immun sistemi tənzimləyicisi “İnterferon Beta 1-a” ilə remdesivir kombinasiyasının təhlükəsizlik və effektivliyini qiymətləndirən randomizə edilmiş nəzarətli klinik tədqiqatın başladığını açıqlayıb. Adaptiv COVID-19 müalicə sınağı-3 kimi də tanınan tədqiqat dünya üzrə təxminən 100 bölgədə 1000-dən çox xəstəxanada yatan COVID-19 xəstəsini qeydiyyata almağı hədəfləyir.
Bütün iştirakçılar standart dozada remdesivir və interferon beta 1-a və ya plasebo alacaqlar. Tədqiqatçılar kombinə müalicə alan qrupda yalnız remdesivir alan qrupa görə sağalma müddətinin qısalıb-qısalmadığını qiymətləndirəcəklər.
FDA sürətli diaqnostik testin təcili istifadə icazəsini ləğv etdi
FDA 24 apreldə Autobio Diagnostics Anti SARS-COV-2 sürətli diaqnostik testinə təcili istifadə icazəsi verdikdən sonra FDA rəsmisi Dennise M. Hinton-un yazısına görə 6 avqustda bu icazə ləğv edildi.
Dennise M. Hilton yazısında testin SARS-COV-2 Ig-M anticisimlərini aşkar etməkdə təsirli olma ehtimalının aşağı olduğunu, həmçinin istifadə edildikdə bilinən və potensial faydalarının risklərindən üstün olmadığı nəticəsinə gəlindiyini bildirib.
Trend klinik mövzu: D vitamini
The FEBS Journal jurnalında dərc edilən tədqiqatın nəticələri qanda aşağı D-vitamini səviyyələrinin COVID-19 infeksiyası və xəstəxanaya yatış üçün müstəqil risk amili olduğunu göstərib. Yəni bu tapıntılarla D-vitamini aşağı olanların COVID-19-a daha asan yoluxduğu və buna görə daha çox xəstəxanaya yatdığına dair araşdırılmağa dəyər fikir yaranıb. Bununla belə, səbəb-nəticə əlaqəsini qurmaq asan deyil.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.