Dinutuximab

10 mart 2015 tarixində FDA təsdiqi alan Dinutuximab (Unituxin®) əvvəllər çoxdərmanlı müalicə almış və bundan qismən də olsa fayda görmüş, yüksək riskli neyroblastomalı uşaq xəstələrdə GM-CSF, IL-2 və 13-RA kimi stimullaşdırıcı amillərlə istifadə olunur. Neyroblastoma beyindən bütün bədənə mesaj daşıyan sinir sistemi mənşəli xərçəng növüdür. Dinutuksimab xərçəng hüceyrəsi üzərində yerləşən GD2 adlı qlikolipid quruluşlu molekula bağlanaraq xərçəng hüceyrəsinin məhv edilməsini təmin edir.
Bu dərmanın ağrı, yüksək hərarət, aşağı təzyiq, natrium göstəricilərinin azalması, qanazlığı, qusma, ishal, kalium göstəricilərinin azalması və övrə kimi bir çox yan təsiri mövcuddur.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.



Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.