Elekta Versa HD ilə radioterapiya — şüa müalicəsi

Bu məqalədə
Xərçəng müalicəsində ən son texnologiyalardan olan yeni nəsil şüa müalicəsi cihazı Elekta Versa HD, müalicədə verilən dozaları ən düzgün hesablayaraq sağlam orqanların zədələnməsini əngəlləyir. Xətti sürətləndiricilər arasında 5 dəfə az sızma dozası keçirən quruluşu sağlam orqanları qoruyub ikincili xərçəng riskini minimuma endirir. Həmçinin digər cihazlardan müalicə müddətini xeyli qısaltması ilə seçilir.
“Yüksək doza sürəti” rejimi müalicəni qısaldır
Bütün ənənəvi radioterapiya texnikalarını təsirli və təhlükəsiz tətbiq edən Elekta Versa HD həmçinin xətti sürətləndirici əsaslı stereotaktik müalicələrlə müasir xərçəng müalicəsini irəli aparır. “Yüksək doza sürəti” rejimi köhnə nəsil xətti sürətləndiricilərdən üç dəfə yüksək maksimum doza sürəti təmin edir. Versa HD bu seçimlə müalicə müddətini qısaldıb uğur nisbətini artırır.
Yüksək etibarlılıqla hədəfə yönəlmiş şüalandırma
Versa HD-də Elekta-nın inqilabi çoxyarpaqlı şüa məhdudlaşdırıcısı AgilityTM vardır. Agility-nin qoruyucu yarpaq sürəti digər sistemlərdən iki dəfədən çoxdur. Onun patentli yarpaq yerləşdirmə texnologiyası yarpaq hərəkətlərini real vaxtda təsdiqləyib çox yüksək dəqiqlik, etibarlılıq və uyğunluqla şüalandırmanı təmin edir. Cihazdakı 160 sahə formalaşdırıcısı (MLC) hədəf şişin formasını daha yaxşı müəyyənləşdirib sağlam orqan zədəsi riskini azaldır.
Planlaşdırmada xəstəyə ən uyğun doza sürəti müəyyən edilir
Versa HD-də qızıl standart sayılan dəqiq hesablamalar aparan Monte Carlo alqoritmi ilə dəstəklənmiş və ən dəqiq doza hesablaması verən Monaco istifadə olunur. Bioloji doza optimallaşdırmalı bu planlaşdırma sistemi ilə xəstəyə uyğun doza sürəti hesablana, dozanın effektivliyi yoxlana və orqanlar riskdən qoruna bilər.
Təkmilləşdirilmiş xəstə təhlükəsizliyi və rahatlığı
Versa HD yeni erqonomik xüsusiyyətləri, daha yumşaq və müasir xətləri ilə rahat, təhlükəsiz müalicə mühiti yaradır. Aşağı mexaniki səs və mühit işıqlandırma effektləri ilə xəstə rahatlığını xeyli artırır.
Üstün texnoloji xüsusiyyətlər
- İntensivliyi tənzimlənən, görüntü rəhbərliyində və stereotaktik, yəni dəqiq hədəfli radioterapiya ilə tək cihazda çoxsaylı müalicə imkanı verir.
- Conebeam CT (Aşağı dozalı həcmli BT)
- Elekta Agility® MLC ilə tam inteqrasiya; 40 cm x 40 cm tam sahə boyunca 160 x 5 mm qoruyucu yarpaqlarla hədəf şişin forması ən dəqiq müəyyən edilir.
- Yüksək qoruyucu yarpaq sürəti ilə müalicələr daha sürətli verilə bilər.
- Qeyri-terapevtik dozanı mühüm dərəcədə azaldır.
- Versa HD həmçinin müasir erqonomikası, xəstə dostu yumşaq və parlaq xarici görünüşü, aşağı mexaniki səsi, yeni istifadəçi nəzarətləri və xəstəyə daha etibarlı, rahat atmosfer yaradan mühit işıqlandırma effektləri ilə rahatlığı artırır.
- Versa HD xərçəng müalicəsində standartları dəyişən, bəzi şiş müalicələrində sıçrayış yaradan ən yeni nəsil şüa texnologiyasıdır.
Xətti sürətləndirici əsaslı Radiocərrahiyyə (şüa ilə əməliyyat) aparan üstün cihazdır, həmçinin radioterapiya göstərişi olan hər xəstənin müalicəsinə yüksək dəqiqliklə imkan verir.
Ən yaxın rəqibindən 5 dəfə az sızma dozası keçirən kollimatoru sayəsində sağlam orqanları qoruyarkən ikincili xərçəng yaranması riskində ən aşağı faizə malikdir.
Sahəsində ən yüksək say olan 160 sahə formalaşdırıcısı (MLC) hədəf həcmin formasını daha yaxşı əhatə edir və sağlam orqanların dozasını azaldır.
Həmçinin sahəsində ən yüksək MLC (sahə formalaşdırıcı) sürəti rəqiblərlə müqayisədə müalicə müddətini qısaldır.
Dünyada qəbul edilmiş dəqiq hesablamalar aparan Monte Carlo alqoritmli müalicə planlaşdırma sistemi ilə dozalar ən doğru hesablanır.
Filtrsiz müalicəyə imkan verən (FFF) enerjiləri ilə filtrli enerjilərdən 4 dəfə yüksək doza sürətinə çata bilir. Radiocərrahiyyə (şüa ilə əməliyyat) xəstələrinə sürətli və dəqiq müalicə tətbiq edir.
4 ölçülü müalicəyə imkan verən tənəffüs izləməsi ilə hədəf həcmə doza verərkən sağlam orqanları maksimum qoruyur. Sistem yalnız müəyyən tənəffüs fazası aralığında şüalandırıb digər fazalarda avtomatik dayandırır. Xüsusilə qaraciyər, ağciyər və sol döş xərçəngli xəstələr üçün çox vacib tənəffüs izləməsi aparılır. Sistem müalicədə xəstə hərəkətlərini avtomatik aşkarlayıb sağlam orqanların artıq doza almasını önləyir.
6 ölçülü masa hərəkəti ilə xəstəni sürətli və dəqiq yerləşdirə bilir.
Prostat xərçəngi müalicəsində invaziv işarələyici (fiducial marker) qoymadan prostat ultrasəs görüntüsü ilə izlənilə bilər.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.