Elektron siqaret mayesinin aromaları ürək əzələsinin funksiyasını poza bilər

Elektron siqaretlərsiqaret çəkməyə daha az zərərli alternativ kimi satılan və siqaret çəkməyi təqlid edən cihazlardır. Elektron siqaretlərin əksəriyyətində kartric, batareya və püskürdücü vardır. Kartric püskürdücü tərəfindən qızdırılan və buxarlandırılan maye məhlul ehtiva edir. Maye buxarlandıqdan sonra istifadəçi onu adi siqaret istifadəsində olduğu kimi içinə çəkə bilir. Kartric müxtəlif konsentrasiyalarda nikotin ehtiva edir.
Elektron siqaretin sağlamlığa təsirləri araşdırılmağa davam edərkən yaxın vaxtlarda aparılmış yeni tədqiqat onun ürək əzələlərinə zərər verə biləcəyini ortaya qoydu.
Kentukkidəki Luisvill Universitetində aparılmış tədqiqat Amerika Ürək Assosiasiyasının (AHA) 2017-nin sonunda keçirdiyi elmi toplantıda təqdim edildi və eyni zamanda jurnalda dərc olundu. Tədqiqatda elektron siqaret mayelərinə əlavə edilən bəzi dadverici aromaların ürəyə zərər verə biləcəyi tapıldı. Qrup aromaların tərkibində istifadə olunan, ürək əzələsi hüceyrələrinin funksiyasını poza biləcək bəzi kimyəvi maddələri müəyyən etdi. Tədqiqat zamanı induksiya edilmiş insan kök hüceyrələrindən yaranan kardiomiositlər üzərində 15 müxtəlif kimyəvi maddə sınaqdan keçirildi və hər dadvericinin - qızdırıldıqda və qızdırılmadıqda - kardiomiositlərin funksiyasına necə təsir etdiyi izləndi.
Əlaqəli mövzu:
Kardiomiositlərürək əzələsini təşkil edən və ürəyin yığılma funksiyasına cavabdeh olan hüceyrələrdir. Ürəyin bədənə qan vurmasını təmin edir.
Buna görə evgenol (mixək), sitronellol (çiçək) və limon ekstraktı (sitrus) aromaları ürəkdəki əzələ hüceyrələrinin daha sürətli döyünməsinə səbəb olduğu halda, sinamik aldehidin, yəni darçın aromalarının kardiomiositlərin 24 saat ərzində yığılmasının qarşısını aldığını müəyyən etmişlər.
Bu təsirlərin göstərilməsi həm potensial zərəri göstərməsi, həm də bu cihazlarda nəyinsə dəyişdirilməsi lazım olarsa, bunun hansı məsələlər üzrə edilə biləcəyinə işıq tutması baxımından mühüm olmuşdur.
Əlaqəli mövzu:
Mənbələr
Abstract 20782: Arrhythmic Risk Evaluation of Native and Combusted Tobacco Flavor Additives in Human Induced Pluripotent Stem Cell-Derived Cardiomyocytes.
Circulation. 2017
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.