HPV ilə əlaqəli xərçənglərin tezliyi artmağa başlayır

Gəliri aşağı və siqaret çəkmə göstəricisi yüksək olan ölkələrdə insan papilloma virusu (HPV) ilə əlaqəli xərçənglərin rastgəlmə tezliyinin ciddi dərəcədə artmağa başladığı JNCI Cancer Spectrum jurnalının aprel 2022 sayında dərc edilmiş tədqiqatda göstərilib.
Houston İctimai Sağlamlıq UTHealth Məktəbindən Yueh-Yun Lin və həmkarları 2000 ilə 2008 arasındakı HPV ilə əlaqəli xərçəngləri müəyyən etmək üçün Müşahidə, Epidemiologiya və Son Nəticələr (SEER) 2021 məlumat bazasından istifadə ediblər. Artım meyli bölgə səviyyəsində gəlir və siqaret çəkmə göstəricisi ilə təxmin edilib.
Tədqiqatçılar gəliri aşağı ölkələrdə vulvar/vaginal xərçəng insidensiyasının qadınlarda, anal xərçəng insidensiyasının isə həm qadınlarda, həm kişilərdə əhəmiyyətli dərəcədə artdığını, yüksək gəlirli ölkələrdə bu artımın daha yavaş olduğunu aşkar ediblər – məsələn, vulvar xərçəngdə aşağı gəlirli ölkələrdə insidensiya artımı 1.9% olduğu halda, yüksək gəlirli ölkələrdə 0.8% olub.
QEYD: Xərçəngdə insidensiya hər 100 min nəfərdə il ərzində yaranan yeni xərçəng hallarının sayını ifadə edir.
Uşaqlıq boynu xərçənginin insidensiyası HPV peyvəndi sayəsində son illərdə yüksək gəlirli ölkələrdə artımdan sonra sabitləşib (illik artım 0%-dır). Lakin aşağı gəlirli ölkələrdə bu xərçəng növünün insidensiya artımı hər il 1.6%-dır. Həmçinin siqaret çəkmə göstəricisi yüksək ölkələrdə bu xərçənglərin ciddi artan insidensiyası gəlir səviyyəsi eyni ölkələrdən daha yüksək olub – məsələn, anal xərçəngdə eyni gəlir səviyyəsinə malik iki ölkədən siqaret çəkmənin yüksək olduğu ölkədə yaşayan kişilərdə illik artım 4.4% olduğu halda, siqaret çəkmənin aşağı olduğu ölkədə yaşayan kişilərdə 1.2%-dir.
Tədqiqatın müəllifləri bu artımları belə ümumiləşdirirlər: "Uşaqlıq boynu xərçənginin insidensiyasının azalması əksinə dönməyə başlayıb və əlverişsiz bölgələrdə anal, orofaringeal (ağız-udlaq) və vulvar xərçəng insidensiyasında mühüm artımlar baş verib. Böyüyən bərabərsizlikləri azaltmaq üçün təcili hədəfli ictimai sağlamlıq müdaxilələrinə ehtiyac vardır."
Mənbələr
2. HPV-Associated Cancer Insidence Starting to Increase. (2022). Cancer Therapy Advisior: https://www.cancertherapyadvisor.com/home/cancer-topics/gynecologic-cancer/hpv-associated-cancer-incidence-starting-to-increase/
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.