İstilik sensorlu büstqalterlə süd vəzi xərçəngində erkən diaqnoz

Xərçəngdən söhbət gedəndə hələ yaranmadan qarşısını almaq şübhəsiz ən müsbət nəticələri verən yanaşmadır. Xərçənglərin yarısı qarşısı alına bilən səbəblərdən yaransa da, bəzi xərçənglərin qarşısını almaq mümkün deyil. Bu halda erkən diaqnoz və erkən diaqnozu təmin edə biləcək xərçəng skrininqləri ən dəyərli yanaşmalardır. Onkologiyada hər gün yeni erkən diaqnoz vasitələrinin hazırlandığına şahid oluruq. Bunlardan biri də süd vəzi xərçənginə erkən diaqnoz qoymağı məqsəd qoyan xüsusi biosensor büstqalterdir.
Meksikada dizayn olunan və EVA adlanan bu biosensor büstqalter süd vəzindəki anormal böyümələri termal (istilik) aşkarlama və süni intellekt istifadə edərək erkən dövrdə tanımağa çalışır. Bu büstqalteri hazırlayan Higia Technologies şirkətinin baş icraçı direktoru Julián Ríos Cantú EVA-nın erkən diaqnoz üçün yalnız asan istifadəli olmadığını, həm də mövcud skrininq mammoqrafiyasındakı boşluqları doldurduğunu deyir.
Marağınızı çəkə bilər:
Bu gün qadınlar süd vəzi xərçəngi skrininqi mövzusunda bir neçə seçimə malikdir: süd vəzi ultrasəsi (digər seçimlərdən daha aşağı spesifikliyə malikdir) və ya süd vəzi MRT-si (daha yüksək xərc) seçilə bilər. Lakin standart seçim 45 yaş və yuxarı qadınlar üçün illik və ya iki ildən bir mammoqrafiyadır. Lakin bu 3 üsul üçün də həkimə görünmək və ya aşağı dozada olsa belə şüalanmaya məruz qalmaq lazımdır (mammoqrafiyada).
Termal biosensor büstqalter EVA necə işləyir?
İstifadəçi istiliyi aşkarlayan kasacıqları idman büstqalterinə yerləşdirir, EVA Sağlamlıq Tətbiqini açır, təlimatlara əməl edir və kasacıq istilik məlumatlarını toplayarkən 60 dəqiqə gözləyir. Bundan sonra EVA məlumatları Bluetooth vasitəsilə göndərir və süni intellekt tətbiqi istifadəçiyə qiymətləndirmə təqdim etmək üçün nəticələri təhlil edir. EVA riskli vəziyyət görərsə, əlavə müayinə üçün səhiyyə mütəxəssisinə müraciəti tövsiyə edir.
Şəxsi sağlamlıq məlumatlarının süni intellekt tərəfindən təhlili və ya cihazın sındırılma ehtimalı bəzilərinə xoş gəlməyən fikir kimi görünsə də, Cantú Higia Technologies-in inkişaf etmiş şifrələmə də daxil olmaqla istifadəçi məlumatlarını qorumaq üçün addımlar atdığını deyir.
İndiyədək EVA Meksikada klinik tədqiqatlar keçirdi və bu sınaqlarla cihazdan yüzdə 87.9 həssaslıq və yüzdə 81.7 spesifiklik nəticələri əldə edildi. Meksikada şirkət artıq 5000 cihaz satıb.
EVA-ya maraq artmağa davam edir. 2017-ci ildə Meksikanın Elm və Texnologiya Prezident Medalına layiq görülən Cantú indiyədək müxtəlif mükafatlar aldı və EVA Forbes Magazine Mexico tərəfindən «2018-ci ilin ən ümidverici işlərindən» biri seçildi.
Gələcəyə baxaraq şirkət ABŞ bazarına girmək istəyir və oktyabr 2018-ci ildə Stanford Medicine ilə təxminən bir il çəkəcək klinik tədqiqatlara başlamağı planlaşdırır. Şirkətin tibbi direktoru bu klinik tədqiqatlardan sonra cihazın FDA təsdiqi alma prosesinə davam edəcəyini bildirir.
Cihazın Meksikadan kənarda yekun qiyməti hələ aydın deyil. Meksikadan kənarda 2018-ci il ərzində Yaponiyada satışa başlanması planlaşdırılır. Lakin Cantú məhsulun mümkün qədər sərfəli və əlçatan olmasını istədiyini deyir. Buna görə xərçəng skrininq testlərinə çıxış imkanı az olan inkişaf etməkdəki ölkələrin qadınları üçün ilk seçim ola biləcəyini deyir.
Nəticə
Xərçəngə bağlı ölümləri azaldacaq ən mühüm strategiya gələcəkdə də erkən diaqnoz olacaq. Bu istiqamətdə sərf olunan bütün zəhmət boşa getməyəcək. Erkən diaqnozda bu növ eksternal (xarici) sensorlar, yoxsa internal (daxili) biomarkerlər və sensorlar desəniz, mən ikincisi deyərəm. 20 il əvvəl bu inkişaf həyəcanverici ola bilərdi, lakin elmdə yeni ixtiraların və texnoloji hərəkətin sürətinə baxdıqda hazırda möhtəşəm ixtira adlandıra bilməyəcəyəm. Praktik istifadəsini və klinik əksini birlikdə izləyək.
Mənbələr
Y Combinator invests in non-invasive breast cancer screening bra EVA
techcrunch.com - 18 Aug 2018
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.