Kanserogen benzolun hansı məhsulda yüksək miqdarda olduğunu eşidəndə təəccüblənəcəksiniz

Bu məqalədə
Elektron siqaretlər (e-siqaret) məlum olduğu kimi siqaret çəkməni təqlid edən, istifadəsi ənənəvi siqaretə bənzər elektron cihazlardır. Enerji mənbəyi (batareya), kartric və püskürdücüsü olan bu cihazların uzunmüddətli təsirləri hələ aydınlaşmamışkən PLOS ONE jurnalında yeni dərc edilmiş tədqiqatda bəzi heyrətamiz nəticələr ortaya qoyulmuşdur. Elektron siqaretlərdə buxar yaratmaq üçün istifadə olunan mayelər çox müxtəlif parçalanma reaksiyası məhsulları yarada bilir.
Elektron siqaretdə istifadə olunan e-mayelərin demək olar hamısında propilenqlikol və qliserinin müxtəlif miqdarlarda qarışıqları istifadə olunur. Hər iki maddə süni tüstü yaratmaq üçün istifadə edilir. İki maddə arasındakı nisbət isə yaranan buxarın həcmi kimi xüsusiyyətləri müəyyən edir.
Elektron siqaretdə benzol yaranması!
Aparılan tədqiqatda elektron siqaret mayesindəki propilenqlikol, qliserol, benzoik turşu, dadlandırıcı kimyəvi maddə olan benzaldehid və nikotinlə insanlar üçün mühüm kanserogen olan benzolun yaranması araşdırılmışdır.
Benzinin komponenti olan benzol leykemiya və sümük iliyi çatışmazlığı daxil olmaqla müxtəlif xəstəliklərlə əlaqəli kimyəvi maddədir. Şəhər havasında sənaye emissiyaları və egzozda yanmamış benzin sızmaları səbəbindən mövcuddur.
Elektron siqaret propilenqlikol (PG), qliserol (GL), nikotin və dadlandırıcı kimyəvi maddə qarışıqlarını buxarlandırmaq üçün elektrik müqavimət sarğısından istifadə edir. Əsasən PG və / və ya GL ehtiva edən e-mayenin buxarlandırılması təxminən 190 ilə 290 ° C arasında temperatur tələb edir: mühit təzyiqi 1 atm olduqda PG 190 ° C-də, GL 290 ° C-də qaynayır, PG + GL qarışıqları isə təxminən 190 ° C ilə 290 ° C arasında qaynayır; PG və GL ilə yanaşı su və dadlandırıcı kimyəvi maddələr kimi digər komponentlərin olması qaynama nöqtəsinə təsir edəcək. PG və GL qızdırıldıqda birdən çox toksik maddə yarana bilər. Bir su molekulunun itirilməsi ilə PG-dən asetaldehid, iki su molekulunun itirilməsi ilə GL-dən akrolein yaranır.
Elektron siqaretdə benzol yaranmasını yoxlamaq üçün 3 fərqli elektron siqaret cihazı istifadə olunmuşdur. Cihazların birində istifadəçilər yalnız ətri dəyişə bilirdi, digər iki cihaz isə istifadəçilərin dəyişə bildiyi güc parametrlərinə malik idi. Elektron siqaret qarışığındakı benzol qaz xromatoqrafiyası / kütlə spektrometriyası ilə müəyyən edildi. Qaz halında benzolun aşkarlanması üçün hər nümunədə təmiz çən və yeni sarğı istifadə olundu.
Buna görə cihazlar xüsusilə yüksək gücdə işlədildikdə adi havadakından 100 dəfə çox benzol yarandığı görüldü.
Nəticə olaraq 2013-cü ildəki tədqiqata görə Amerikada havadakı xərçənglə əlaqəli ən böyük zərərli komponent olan benzolun elektron siqaretlərdə aşkarlanması diqqət edilməli mühüm mövzudur. Buna görə benzola uzunmüddətli məruz qalmanın yüngül sayılmamalı olduğunu qeyd edərək həm siqaretin, həm elektron siqaretin istifadəsini tövsiyə etmədiyimizi bir daha vurğulamaqda fayda olduğunu düşünürəm.
Mənbələr
James F. Pankow at all
Published: March 8, 2017
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.