Məzmuna keç
Prof. Dr. Mustafa Özdoğan · Tibbi onkologiya mütəxəssisi

Kanserogen maddələrin yaratdığı mutasiyaların xəritəsi çıxarıldı

Kanserogen maddələrin yaratdığı mutasiyaların xəritəsi çıxarıldı

DNA çox ekoloji, kanserogenəə (xərçəng yaradan) məruz qalır. Bu kanserogenlər tək nukleotid dəyişikliklərinə səbəb olur. Bu tip kanserogenlərin müəyyənləşdirilməsi xərçəngdən qorunma strategiyalarının hazırlanması üçün olduqca əhəmiyyətlidir. Aprel 2019-da Cell jurnalında dərc olunan tədqiqatda 41 ekoloji kanserogenin DNA-mızda yaratdığı mutasiyalar tapıldı. Bu inkişaf, şiş mutasiyasının hansı kanserogendən olduğunu tapmağa imkan verə bilər.

İnsan DNAsı 3 milyard nukleotiddən (Adenin, Quanin, Sitozin və Timin) və təxminən 22 min gendən ibarətdir. Kanserogenlər nukleotidlərdə müəyyən dəyişikliklər yaradır. Bu dəyişikliklərə mutasiya deyilir. Ətraf mühit kanserogenlərinə siqaret, ultrabənövşəyi şüalar kimi amilləri nümunə göstərə bilərik.

Ən məlum kanserogenlər və təsnifat:

kanserogen siyahısı nədir iarc beynəlxalq xərçəng araşdırması agentliyi xərçəngyaradıcı?

Hüceyrələr böyüdükcə və çoxaldıqca mutasiyalar da artır və toplanır. Zamanla toplanan DNA mutasiyaları hüceyrələrin nəzarətsiz bölünməsinə gətirir və xərçəngləşməyə səbəb olur. Bu araşdırmada kanserogenlərin yaratdığı spesifik/xüsusi/müəyyən mutasiyalar təyin edilməyə çalışılıb. Araşdırma Birləşmiş Krallıqdakı Cambridge Universiteti və London Kings Kollecində aparılıb. Əvvəlcə dəri hüceyrələri yenidən proqramlaşdırılaraq induksiya olunmuş pluripotent kök hüceyrələrə (iPSC) çevrildi. Bu kök hüceyrələr 79 məlum və ya şübhəli kanserogenə məruz qoyuldu. Daha sonra kök hüceyrələrə tam genom sekvenslənməsi ilə dəyişiklik axtarıldı.

Qrafik xülasə:

kanserogen maddələrin hansı dna mutasiyasını yaratdığı aşkarla

Nəticələrə görə:

  • 41 maddənin özünəxas mutasiyası tapıldı. Bunları, DNA-da kanserogen imzası/barmaq izi saya bilərik.
  • Siqaretin bəzi kimyəviləri ilk təhlil edilib mutasiyası tapıldı.
  • Eyni zamanda yayğın kimyaterapiya dərmanlarının, qidadakı bəzi kimyəvilərin və dizel-benzin mühərriki qazlarının DNA mutasiyaları təsvir edildi.

Bu iş nə deyir?

Mənbələr

Jill E. Kucab, Xueqing Zou, Sandro Morganella, Volker M. Arlt, David H. Phillips, Serena Nik-Zainal ve ark.
A Compendium of Mutational Signatures of Environmental Agents.
Cell, 11 April 2019.

Görüş sorğusu

DROZDOGAN SÜNİ İNTELLEKT

Bu məqaləni birlikdə araşdıraq

Məqalə haqqında sual verin və cavabları saytımızdakı yayımlanmış mənbələrlə birlikdə oxuyun.

DROZDOGAN SÜNİ İNTELLEKT

Drozdogan Köməkçisi

Kanserogen maddələrin yaratdığı mutasiyaların xəritəsi çıxarıldı

Məqalə haqqında sual verin və cavabları saytımızdakı yayımlanmış mənbələrlə birlikdə oxuyun.

Söhbət və məxfilik məlumatı

Bu söhbətə Drozdogan Köməkçisi cavab verir. Səlahiyyətli sayt idarəçiləri onu keyfiyyət üçün nəzərdən keçirə bilər. Şəxsi məlumat paylaşmayın.

Cavablar OpenAI infrastrukturu ilə hazırlanır. Suallar və cavablar həmin xidmət tərəfindən işlənir; söhbət qeydləri saytımızda saxlanılır. Şəxsiyyət, əlaqə və ya şəxsi sağlamlıq məlumatlarını paylaşmayın.

0 / 1000

Yalnız məlumat üçündür; fərdi diaqnoz və ya müalicə məsləhəti verilmir.

Əlaqəli məqalələr

Bu mövzuda digər məqalələrə baxın.

Yeniliklərdən xəbərdar olun

Yeni məqalələri və elmi yenilikləri e-poçtla alın.

Google Analytics ümumi səhifələrdə bu pəncərədən asılı olmadan işləyir və analitik kukilərdən istifadə edə bilər. Buradakı seçiminiz yalnız xarici xidmətləri idarə edir.