Koronavirus xəstəliyi (COVID-19) NİYƏ KİŞİLƏRƏ QADINLARDAN ÇOX TƏSİR EDİR?

İtaliyadakı ölümlərin yüzdə 70-i kişidir. Sual budur: Niyə?
Hazırda dünyada 500 minə yaxın yeni tip koronavirus halı və 22 min ölümlə ən çox təsirlənən ölkələrdə diqqətçəkən məqam var: qadınlardan daha çox kişi ölür.
Bu meyil ən aydın İtaliyada görünür. Ölkədəki tədqiqata görə, COVID-19 (yeni tip koronavirusun yaratdığı xəstəlik) diaqnozu təsdiqlənən halların %60-nı və ölümlərin %70-ni kişilər təşkil edir.
Əksinə, Cənubi Koreyada təsdiqlənmiş infeksiyaların təxminən yüzdə 61-i qadınlardadır. Daha az xəstə ölsə də, ölümlərin çoxu - % 54 - yenə kişilər idi.
Koronavirus pandemiyasınıntəsirləri artdıqca epidemioloq və ictimai sağlamlıq mütəxəssisləri ən müdafiəsizləri və onları necə qorumağı anlamağa çalışır. İtaliya və Cənubi Koreya məlumatları xəstəliyin təəccüblü fərqli yollar izləyə bildiyini göstərir.
Tədqiqatçılar İtaliyanın yaşlı əhalisinin xəstəliyə xüsusilə həssas olduğunu düşünürlər. Ən çox xəstələnən bu yaşlılardır: 70-dən yuxarı yaşlılar ölümlərin yüzdə 87-dən çoxunu təşkil edir.

Xəstəlik və ölümdə cins fərqini izah etmək çətindir
COVID-19 İtaliyaya çatmazdan əvvəl Çindən ilk hesabatlar da kişilərin xüsusi riskdə olduğunu göstərirdi.
Wuhan xəstəxanasında virus aşkarlanan 99 xəstəli tədqiqat kişilərin üçdə iki olduğunu və xəstəxanadakıların yarısında ürək-damar xəstəliyi və ya diabet kimi xroniki xəstəlik olduğunu tapdı. Çin Xəstəliklərə Nəzarət Mərkəzinin on minlərlə hala əsaslanan daha yeni rəqəmlərində ölümlərdə kişi payı %64 idi.
İtaliya rəqəmləri daha təəccüblü idi. Ölkənin əsas səhiyyə araşdırma qurumu Istituto Superiore di Sanitàməlumatına görə diaqnozların təxminən yüzdə 60-ı kişidir. İlk koronavirus ölümlərində 1697 nəfərin 1197-si kişi idi; %71.
Bu arada, Lancetjurnalındakı son tədqiqatda göstəricilər daha yüksək idi. Ölümlərin yüzdə 80-nin kişilərdə, yalnız yüzdə 20-nin qadınlarda olduğu tapıldı.
Lakin başqa ölkələrdə ölümlər artdıqca İtaliya, Çin və Cənubi Koreyada indiyədək görülən cinsə görə ölüm göstəriciləri dəyişə bilər.
Alimlər statistikanın cinslərin həyat tərzi, virus biologiyası və ya hər ikisindən qaynaqlana biləcəyini deyirlər.
Ümumdünya Səhiyyə Təşkilatına görə Çin, İtaliya və Cənubi Koreyada qadınlar kişilərdən uzun yaşamağa meyillidir. Bu ölkələrdə kişilərin, xüsusilə 15 yaşdan yuxarı kişilərin yüzdə 48-i siqaret çəkir. Ehtimal ki, təsadüfən, bu ölkələrdə 30 ilə 70 yaş arasındakı kişilər ürək xəstəliyi, xərçəng, diabet və tənəffüs xəstəliklərindən daha çox ölürlər.
Lakin bəzi tədqiqatçılar COVID-19-u kişilərdə ağırlaşdıra bilən bioloji fərqləri vurğulayır. İllərlə araşdırmalar qadınların adətən kişilərdən daha güclü immun sisteminə malik olduğunu və infeksiyaları daha yaxşı dəf etdiyini tapıb. Human Genomics jurnalındakı yeni tədqiqata görə X xromosomu çoxlu immunitet geni daşıyır və qadınlarda iki X xromosomu var (kişilərdə XY). Bu, xəstəliklə mübarizədə qadınlara üstünlük verir.
Tədqiqatlar 2003 SARS epidemiyasını yaradan virusla yoluxmuş dişi siçanlarda estrogenin qoruyucu olduğunu da tapıb. Həmin epidemiyada da kişi ölümü qadından çox yüksək idi.
Cənubi Koreya İtaliya ilə kəskin fərqlənir. Dünyanın hər ölkəsindən daha yüksək nisbətdə test edən Koreya səhiyyə rəsmilərinin sürətli fəaliyyəti yayılmanı ləngitdi. Xəstəxanalar İtaliyadakı kimi həddən artıq dolmadı və yüngül simptomlular (əlamətlilər) üçün xüsusi müalicə mərkəzləri yaradıldı.
Ölkələri müqayisə etmək çətindir. Bioloji ortaq və fərqli cəhətlər hələ kifayət qədər müəyyənləşdirilməyib. Yetərsiz məlumat həkim, alim və rəsmilərə mane olduğundan xəstəliyin miqyasını və ən effektiv cavabı real vaxtda anlamaq çətinləşir.
Nəticə
Koronavirus pandemiyasından indiyədək alınan məlumatlar kişilərin ümumən qadınlardan əhəmiyyətli çox təsirləndiyini və ölüm göstəricisinin yüksəkliyini göstərir. Sonda fərqin qalıb-qalmadığını görəcəyik. Qadınlara üstünlük verən amillər daha sağlam həyat tərzi, estrogen və 2 X xromosomuna görə daha effektiv immun sistemi ola bilər. Ölkələrarası fərqlər də ayrıca araşdırılmalıdır.
*
Mənbələr
washingtonpost.com - 24 Mart 2020
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.