Leonardo-nun anatomik rəsmləri 1510

Bir çox oxucu Mona Lisa və Sonuncu şam yeməyi rəsmləri ilə məşhur olan həm alim, həm də rəssam italyan dahi Leonardo da Vinciilə tanış ola bilər.
Leonardo Milanda olarkən hələ 1489-cu ildə insan bədəni haqqında geniş rəsmlər və izahlar toplusu olan Anatomiya haqqında traktat üçün böyük planını hazırladı. Leonardo planının ümumi cizgilərini müəyyən etsə də, işini heç vaxt tamamlamadı.
Traktat üçün anatomik araşdırmaları zamanı Leonardo uşaqlıqdakı dölün ilk elmi rəsmlərindən birini çəkdi. Həmçinin formalarını daha yaxşı anlamaq üçün beynin mədəciklərinə mum yeritməyə dair yeni dövr açan üsulları da heyranedici idi. Bostondakı Elm Muzeyinin direktoruna görə, "Leonardo-nun anatomiya tədqiqatlarının xoşagəlməzliyini şişirtmək mümkün deyil. Bilik ehtirası ilə Leonardo yerli meyitlərin yanında saysız-hesabsız dəhşətli növbələr çəkirdi və onların bezdirici çürümə meyli onu mümkün qədər tez işləməyə məcbur edirdi. O, bunu "gecə saatlarını baxmağa qorxulan, dördə bölünmüş və dərisi soyulmuş meyitlərin yanında keçirmək" adlandırırdı, lakin həmişəki kimi marağı onu daha da irəli aparırdı."
Jurnalist Katie Lambert belə yazır: "Dəftərlərində həm möhtəşəm, həm də qəribə formalı bədən hissələri, döllər və cinsi əlaqə zamanı cütlüklər vardı. Qeydlər rəsmləri doldurur, dölün necə nəfəs aldığını və xayaların nə etdiyini sorğulayarkən da Vinci-nin beyninə nəzər salmağa imkan verirdi."
1517-ci ildə, həyatının sonlarına doğru və qismən iflic olan Leonardo-nu kardinal Louis d’Aragon və katibi Antonio de Beatis ziyarət etdilər. Leonardo müxtəlif anatomik rəsmlərini qonaqlarına göstərdikdən sonra Beatis gündəliyində bunları qeyd etdi: “Leonardo ətrafların təsvirləri ilə yanaşı əzələlər, sinirlər, damarlar, oynaqlar, bağırsaqlar və insan bədənində təsəvvür edilə bilən hər şeyin daxil olduğu xüsusi anatomiya traktatı tərtib edib. Daha əvvəl heç kimin etmədiyi bir iş."
Yazıdakı şəklin izahı: Leonardo da Vinci-nin uşaqlıqda göbək ciyəsi görünən döl rəsmi (təqr. 1510).
Yazıda adı çəkilən tarixi şəxslər: Leonardo da Vinci (1452–1519), Louis d’Aragon (1475–1519)
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.