Metastazı (xərçəngin yayılmasını) önləmək üçün yeni ümid: Oksigen

Metastazxərçəng hüceyrələrinin ilk yarandığı yerdən bədənin başqa hissələrinə yayılmasıdır. Metastazda hüceyrələr ilkin yəni əsas şişdən ayrılıb qan və limfa ilə hərəkət edir. Növə görə meyl fərqlidir; metastatik şişlər müalicədən istənilən nəticəni əngəlləyir və xərçəngə bağlı ölümlərin %90-dan çoxunun səbəbidir.

Əvvəlki işlər qandakı şiş hüceyrələrinin metastaz mənbəyi olduğunu sübut edir. Erkən başlaya bilsə də, mexanizmlər tam bilinmir. Basel Universiteti alimləri yeni işdə dövran edən şiş hüceyrə qruplarının əsas şişdən ayrılmasına şiş mikromühitində oksigen çatışmazlığının səbəb olduğunu göstərdilər.
Süd vəzi hüceyrələri sınağında dövrandakı şiş hüceyrələri hipoksiya (az oksigen) şəraitində qrup yaradır, normalda (normoksiya) hüceyrələrin tək şəkildə dövr etdiyi müəyyən edildi. Tədqiqatçılar yaranan bu vəziyyəti aşağıdakı sözlərlə izah edirlər; “Hüceyrələr çoxalıb böyük qrup yaradanda oksigen və qida üçün yeni qan damarları yaradır. Amma mürəkkəb quruluş səbəbindən oksigen hər yerə yetmir. Azoksigenli sahədən hüceyrələr ayrılıb dövrana daxil olur, metastazı başladır”.
Heyvan sınaqlarında mikromühitində oksigeni az şişlərin daha sürətli metastaz verib ömrü qısaltdığı tapıldı. Başqa işdə siçanlarda yeni damar yaranması stimullaşdırıldı. Şişə yetərli oksigen çatanlarda metastaz azaldı və ömür uzandı . Metastazı azalan heyvanlarda əsas şişin həcmi də çox artdı. Bəlkə bəzi ağciyər şişlərinin böyük (5-7 cm diametr) olsa da yayılmaması yaxşı oksigenlənmədəndir.
Nəticələri həyəcanverici sayan alimlər klinik tədqiqatlara keçməyə səbirsizləndiklərini deyir və əlavə edirlər: “Xəstələrdə xərçəng xüsusiyyətləri çox fərqlidir. Geniş klinik işlə oksigen təsirini görmək növbəti hədəfdir. Tapıntıların yeni ümid olmasını istəyirik. Yeni araşdırmalarla şişdaxili hipoksiyanı azaldan müalicələrin tək və ya standart protokolla metastazı önləyib uğuru artıracağını düşünürük”.
Mənbələr
Hypoxia Triggers the Intravasation of Clustered Circulating Tumor Cells.
Cell Reports. 8 September 2020.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.