Nəticəsi TEST KARTINDAN birbaşa oxunan ilk koronavirus testi FDA təsdiqi aldı

ABŞ Qida və Dərman İdarəsi (FDA) nəticəsi birbaşa test kartından oxunan, bəzi hamiləlik testlərinə bənzər ilk antigen testinə təcili istifadə “icazəsi” verdi. Bu sadə dizayn səhiyyə işçiləri və xəstələr üçün sürətli və effektivdir, analiz üçün əlavə cihaz tələb etmir.
FDA nümayəndəsi yeni test barədə belə açıqlama verdi: “Bu yeni COVID-19 antigen testi mövcud testlərə mühüm əlavədir, çünki nəticələr test kartından bir neçə dəqiqəyə oxunur. Bu, insanların virus daşıyıb-daşımadıqlarını demək olar real vaxtda bilməsi deməkdir. Daha sadə dizaynı və şirkətin qarşıdakı aylarda planlaşdırdığı çoxsaylı test istehsalı sayəsində bu antigen testi pandemiyaya qarşı mübarizədə mühüm irəliləyişdir.”
- Əlaqəli mövzu: Koronavirus testi necə edilir? PCR və sürətli diaqnostik test növləri hansılardır?
Yeni koronavirus kart testi necə işləyir?
Səhiyyə işçisi xəstənin burnundan qulaq təmizləmə çubuğuna bənzər alətlə nümunə götürür və reagent əlavə edilmiş test kartında fırladır. 15 dəqiqə sonra nəticəni birbaşa kartdan oxuyur. Bir xətt neqativ, iki xətt müsbət nəticəni göstərir.

Hansı hallarda seçilməlidir?
Test həkim kabineti, təcili yardım şöbəsi və bəzi məktəblər kimi mühitlərdə istifadə oluna bilər. Səhiyyə işçisinin koronavirusla bağlı əlamətlərin başlanmasından sonrakı yeddi gün ərzində COVID-19 şübhəli xəstələrdə istifadəsi üçün icazə verilib. Sadəliyinə görə kart testlərinin geniş əlçatan olması mümkündür. İstehsalçı Abbott 2020-ci ilin oktyabrının əvvəlində ABŞ-da ayda 50 milyona qədər test hazırlamağı planlaşdırdığını bildirir.
Testin təfərrüatları
Ümumilikdə antigen testləri çox spesifikdir, yəni yeni koronavirusu (SARS-CoV-2) “düzgün” aşkar etməkdə olduqca uğurludur. Amma molekulyar testlər (PCR) qədər həssas deyil; həqiqətən xəstə olanlara səhvən neqativ nəticə vermə ehtimalı var. Molekulyar testlərə nisbətən həssaslığın az olmasına görə müalicə qərarından əvvəl neqativ antigen nəticəsini molekulyar testlə təsdiqləmək lazım gələ bilər. Neqativ nəticələr klinik müşahidələr və xəstənin tarixçəsi kimi məlumatlar çərçivəsində nəzərə alınmalıdır.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.