Niyə əsnəyirik və əsnəmək yoluxucudurmu? Qısa məlumat

Əsnəmə qeyri-iradi refleks olaraq ağzın geniş açılması və ağciyərlərin bol hava ilə dolmasıdır. Sonra hava yavaşca xaric edilir. Bu zaman qulaq pərdəsi dartılır və gözlər sulana bilər. Adətən yuxudan əvvəl, sonra və ya sabit, darıxdırıcı işlər görərkən əsnəmə ehtiyacı olur [bir də uşaqlardan ev tapşırığını etmələri istənəndə :) ]
Yorğun, yuxulu və ya darıxmış olanda tez-tez əsnəyirik; əsnəmə zamanı ürək döyüntüsü sürətlə artır. Ürək döyüntüsünün bu artımı süstlük deyil, oyaqlıq əlaməti də ola bilər. Əsnəmə bədənin vəziyyətinin dəyişdiyini göstərən yol da ola bilər.
- Yatmağa yaxın: Yuxu vaxtına yaxın əsnəmə bədənin yatmaq üçün hazırlığı ola bilər.
- Darıxma halı: Darıxdırıcı iş görərkən əsnəmə beynin yüksək aktivlikdən daha yavaş işləməyə keçdiyinin əlaməti ola bilər.
- İdman və ya məşqdən sonra: aktiv haldan yavaşlamaya keçərkən beynin yüksək enerjidən aşağı enerjiyə keçməsinin əlaməti ola bilər.
Əsnəmə növləri
Əsnəmə bədənimizdə baş verən fizioloji hadisələrlə qarşılıqlı təsirdə olmaqla yanaşı ünsiyyətdə də nəyisə ifadə etmək vasitəsi ola bilər.
Tənəffüs funksiyasına kömək etmək üçün əsnəmə
Əsnəmə tənəffüs, nəfəs alıb-vermə funksiyası ola bilər. Əsnəmə qanın oksigen səviyyəsi ehtiyacını daha yaxşı qarşılayır. Çünki daha dərin nəfəslə daha çox oksigen alınır və ürək ritminin artması da buna kömək edir. Yəni nəzəri olaraq əsnəmə sayəsində ürək qana daha çox oksigen vurur.
Beyni soyutmaq üçün əsnəmə
Əsnəmə beyni soyuda bilər. Əsnəmə zamanı çənə geniş açıldığı üçün üz və boyun bölgəsində qan dövranı azalır. Dərin nəfəs və ürək döyüntüsünün sürəti qan və onurğa mayesinin bədəndə daha sürətli dövranını təmin edərək beyni soyuda bilər.
Ünsiyyət vasitəsi kimi əsnəmə
Bəzi tədqiqatlara görə insanlar şifahi ünsiyyət olan dilləri tapmazdan əvvəl bədən dili ilə əlaqə qurarkən əsnəmə də məna daşıyırdı. Darıxdıqlarını və ya yuxularının gəldiyini göstərmək üçün əsnəmiş ola bilərdilər.
Əsnəmək niyə yoluxucudur?
Əsnəmə digər sabit reflekslər kimi deyil. Maraqlıdır ki, bir çox insan əsnəmənin yoluxucu olduğunu qəbul edir. Elm də əsnəmənin niyə yoluxucu olduğunu öyrənmək istəyir. Bununla bağlı çoxlu fərqli nəzəriyyə var. Onlardan biri qarşıdakı şəxslə empatiyadır. Onun yuxusunun gəldiyini düşünüb özümüzü yerinə qoyuruqsa, biz də əsnəyirik. Xüsusilə bizə yaxın insanlarda daha çox olur. Məsələn, şimpanzelərlə aparılmış tədqiqatda əsnəmənin tanış və yaxın çevrələrindəki digər şimpanzelərdən yoluxaraq baş verdiyi müşahidə edilmişdir. Əsnəmənin niyə yoluxucu olduğu tam bilinmir.
Nə qədər çox əsnəyirsiniz?
Boğaz, qarın və beyinlə əlaqəli vaqus siniri qan damarları ilə qarşılıqlı təsir edərək həddindən artıq əsnəməyə səbəb ola bilər. Buna vazovaqal reaksiya deyilir. Bu cavab yuxu pozuntusunun və ya beyin vəziyyətinin əlaməti kimi yarana bilər. Hətta aorta kimi ürək xəstəliklərinin əlaməti ola bilər. Heç bir səbəb olmadan çox əsnəyən şəxs həkimə müraciət edib bu vəziyyət barədə məsləhət almalıdır.
Mənbələr
Yawning: Why we do it and what it means
medicalnewstoday-com. July 2017
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.