Pandemiya dövründə xərçəng skrininqi və müalicə gecikmələri ölüm nisbətinə necə təsir edir?

Müntəzəm aparılan erkən diaqnoz məqsədli xərçəng skrininqləri, xərçəngdən qorunma və erkən diaqnozun ən vacib hissəsidir. Lakin 2020-ci ildə həyatımıza daxil olan Covid-19 pandemiyası, bir çox şey kimi xərçəng skrininqlərinin də müntəzəm aparılmasına mənfi təsir etdi.
ABŞ-da tədqiqat 2020-ci ilin yanvar-fevralı arasındakı 7 həftəlik pandemiya dövründə xəstəxanalarda xərçəng skrininqi müayinələrinin və biopsiyaların ciddi azaldığını göstərdi.
278.778 xəstə ilə aparılan işdə 1 yanvar 2018 ilə 18 aprel 2020 arasında həftəlik daxil edilmiş yeni süd vəzi, kolorektal (yoğun bağırsaq), ağciyər, mədəaltı vəzi, mədə və qida borusu xərçəngi ICD-10 kodları yoxlanıldı. Hər xərçəngin orta həftəlik diaqnoz sayı müəyyən edildi. Sonra bunlar pandemiyanın ilk 7 həftəsinin orta həftəlik sayı ilə müqayisə edildi.
Qeydə alınan xəstələrin %7.2-si Covid-19 pandemiyası dövründə idi. Ümumilikdə 6 xərçəngin hamısında həftəlik diaqnoz sayı ilkin dövrə nisbətən pandemiyada % 46,4 azaldı.
İzləmə qeydi və ya diaqnoz baxımından ən böyük azalma %51,8 ilə süd vəzi xərçəngi hallarında görüldü. Ən az azalma mədəaltı vəzi xərçəngində idi (%24,7). ABŞ-dan kənar ölkələrdə də vəziyyət oxşar idi. Covid-19 məhdudiyyətləri zamanı şübhəli xərçəng izləmələrinin həftəlik tezliyində Niderlandda %40, İngiltərədə %75 azalma görüldü.
Digər özəl səhiyyə mərkəzlərinin məlumatları da oxşar idi. San-Fransisko mərkəzli səhiyyə analitikası şirkəti Komodo Health 320 milyon xəstənin hesab qeydlərini araşdırdı. Buna görə kolonoskopiya və biopsiyalar 2019-cu ilin rəqəmləri ilə müqayisədə aprelin ortasında %90-a yaxın azaldı. Yeni kolorektal xərçəng diaqnozları 2019-la müqayisədə aprelin ortasında %32 aşağı idi. Kolorektal əməliyyatlar da 2019-a nisbətən %53 azaldı.
Halbuki pandemiyanın ilk aylarında dünyadakı tibbi qurumlar rutin skrininqlərin bir müddət təxirə salınması ilə razılaşmışdı. Mart-aprel ziyarətlərinin bir-iki ay gecikməsinin zərərsiz olacağı düşünülürdü. Yəni hər 10 ildən bir tövsiyə olunan kolonoskopiyanın 3-4 ay gecikməsinin və ya hər 2 ildən bir tövsiyə olunan mammoqrafiyanın 4 ay sonraya saxlanmasının çox vacib olmayacağı fərz edilmişdi.
İndi isə elmi ictimaiyyətdə bu “Rutin skrininqlərin sadəcə gecikdirilməsi yerini tamamilə aparılmayan skrininqlərəmi verir?” sualı verilməyə başlandı.
Skrininqdə sadə gecikmə həqiqətən gözdən qaçırmaya çevrilə bilərmi?
ABŞ Milli Xərçəng İnstitutu (US-NCI) mövcud meyillər davam edərsə 1990-cı ildən hər il azaldığı müşahidə edilən xərçəng ölümlərinin artacağından narahatdır.
Tədqiqatı şərh edən Dr Sharplessə görə, “6 ayda süd vəzi və kolorektal xərçəng skrininqlərində orta %75 azalma olduqda növbəti 10 ildə bu xərçənglərdən ölümlər %1 arta bilər. Bu, 10 ildə təxminən 10 mindən çox və ya ildə 1000-dən çox insanın yalnız süd vəzi və kolorektal xərçəngdən əlavə ölümü demək olacaq".
Skrininqlə xərçəngin erkən aşkarlanması tətbiq olunan müalicələrə (kimyaterapiya, radioterapiya, cərrahiyyə), müalicə müddətinə, həyat keyfiyyəti və ömür gözləntisinə təbii təsir edir. Lakin irəliləmiş mərhələdə (metastatik) aşkarlandıqda vəziyyət fərqlidir.
Dr. Timothy P. Hanna xərçəng müalicəsində 4 həftəlik gecikmənin ölüm nisbətlərini artıracağını düşünür. Dr May isə, “Xəstəyə yoğun bağırsaq xərçəngi 1-ci mərhələdə diaqnoz qoyularsa, % 90 sağqalma şansı var. Lakin eyni xəstə 4-cü mərhələyədək aşkarlanmazsa, 5 illik sağqalma %11-ə düşür. Buna görə diaqnoz anındakı mərhələ həqiqətən vacibdir. Xəstələrin xərçəng skrininqlərini gecikdirməməsini istəyirik. Çünki mövcud xərçəng erkən aşkarlanmadıqda böyüməyə və yayılmağa davam edir”, deyir.
Amerika Klinik Onkologiya Cəmiyyəti (ASCO) 2020-ci ilin iyununda mammoqrafiya və kolonoskopiya kimi klinik ziyarət tələb edən skrininq prosedurlarını “hələlik” təxirə salmağı tövsiyə etdi. Covid-19 davam etdiyindən bu tövsiyəli veb səhifə 22 iyun 2020-dən yenilənməyib.
Dr. Bunnell pandemiyanın nə vaxt bitəcəyini bilmədiklərini, buna görə “Skrininq testləri təxirə salınmamalıdır. Həm xəstəxanada üzbəüz, həm də telesəhiyyə tətbiqləri ilə yoxlamalar davam etməlidir”, deyir.
Nəticə
Nəticədə pandemiya hələ davam edir. Lakin yaşa və riskə görə tövsiyə edilən xərçəng skrininqləri də aksadılmamalıdır. Telesəhiyyə bir qədər faydalı görünsə də, xüsusilə erkən diaqnoz üçün mammoqrafiya, kolonoskopiya, laborator testlər və fiziki müayinələr tamamlanmalıdır. Buna görə xəstələrə səhiyyə xidməti almaq üçün xəstəxanaya müraciət etməyi tövsiyə edirik. Xəstəxana və digər mərkəzlərin müayinələrin aparıldığı məkanın təhlükəsiz istifadəsini Covid-19 prosedurlarına uyğun təşkil etməsi də vacibdir.
*
ƏLAQƏLİ MÖVZULAR
Mənbələr
2. Cavallo J. How delays in screening and early cancer diagnosis amid the COVID-19 pandemic may result in increased cancer mortality: A conversation with NCI director Norman E. ‘Ned’ Sharpless, MD. The ASCO Post. Published September 10, 2020. Accessed December 1, 2020.
3. Kaufman HW, Chen Z, Niles J, Fesko Y. Changes in the number of US patients with newly identified cancer before and during the coronavirus disease 2019 (COVID-19) pandemic. JAMA Netw Open. 2020;3(8):e2017267.
4. Komodo Health. New colorectal cancer diagnoses fall by one-third as colonoscopy screenings and biopsies grind to a halt during height of COVID-19. Research brief. Published May 2020. Accessed December 1, 2020.
5. Hanna TP, King WD, Thibodeau S, et al. Mortality due to cancer treatment delay: systematic review and meta-analysis. BMJ. 2020;371:m4087.
6. American Society of Clinical Oncology (ASCO). Cancer screening, diagnosis, staging & surveillance. Updated June 22, 2020. Accessed December 1, 2020.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.