Prolaktin reseptoru və üçlü (Triple) neqativ döş xərçəngi

Bu məqalədə
Nüfuzlu elmi jurnal Nature-da oktyabr 2016-da dərc edilmiş tədqiqata görə üçlü (triple) neqativ döş xərçəngli xəstələrdə prolaktin adlı hormonun hüceyrə səthindəki qəbuledicisi (prolaktin reseptoru), xəstələrin ömür müddətinin artmasında və intensiv müalicələrə məruz qalmasının qarşısını almaqda mühüm göstərici ola bilər.
Üçlü neqativ döş xərçəngi, xəstəlik gedişi aqressiv, hədəfə yönəlmiş müalicə seçimləri digər döş xərçənglərindən az olan və daxilində də alt növlər daşıyan döş xərçəngi növüdür.
Araşdırmada üçlü neqativ neqativ döş xərçəngi diaqnozu qoyulmuş 580 xəstədən alınmış toxuma nümunələri qabaqcıl genetik analizlərə cəlb edilmişdir. Analizlər prolaktin istehsalında iştirak edən genləri (PRL, JAK2, STAT5a) də əhatə edir.
Araşdırmanın ən maraqlı nəticəsi prolaktin reseptorunu çox daşıyan şişləri olan xəstələrin ömür müddətinin daha uzun olmasıdır.
Həmçinin prolaktin hormonunun xərçəng hüceyrələrinin çoxalmasını əngəllədiyi təcrübə heyvanı modellərində aparılan tədqiqatla müəyyən edilmişdir.
Bəs bu tədqiqat klinik baxımdan nə ifadə edir?
- Döş xərçənginin 4 alt növündən biri olan üçlü neqativ döş xərçəngi tək tip xəstəlik deyil, öz daxilində müxtəliflik göstərir. Bu, həkimlərin uyğun müalicəni seçmək üçün bioloji göstəricilərə ehtiyacını göstərir. Prolaktin reseptor sıxlığının aşkarlanması xəstəyə ən uyğun müalicənin seçilməsinə kömək edə bilər.
- Prolaktin reseptoru pozitiv şişləri olan xəstələrdə gələcəkdə prolaktin və kimyaterapiya kombinasiyası istifadə edilə bilər.
- Prolaktin ana südü istehsalında iştirak edən hormondur. Əmizdirmə döş toxumasında prolaktin səviyyəsini yüksək saxlamağın ən təbii yoludur. Bu araşdırmanın nəticələri həmçinin əmizdirmənin döş xərçəngində qoruyucu təsirini dəstəkləyir.
Mənbələr
Prolactin Pro-Differentiation Pathway in Triple Negative Breast Cancer: Impact on Prognosis and Potential Therapy.
Sci Rep. 2016 Aug 2;6:30934. doi: 10.1038/srep30934.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.