Qəlyan bir siqaretdən 125 dəfə çox tütün tüstüsü verir!

Bu məqalədə
Siqaretin sağlamlığa zərərləri hamıya çox yaxşı məlumdur. Bəs qəlyan çəkmək? Bəziləri qəlyanın yandıqdan sonra sudan süzülüb gələn tüstüsünün zərərsiz olduğuna inanır, lakin tədqiqatlar əksini göstərir.
Sağlam görüntü yaratmaq və fərqli dadlar üçün alma, nanə, şokolad və qovunla xüsusi hazırlanan bu tütün məhsulunun zərərlərinə yeni elmi tədqiqatlar baxımından birlikdə baxaq.
Qəlyan istifadəsi yüzillər əvvəl İran və Hindistanda başlamışdır. Adətən qruplarda istifadə edildiyi məlumdur. Son illərdə dünyada qəlyan kafeləri İngiltərə, Fransa, ABŞ və Rusiya kimi ölkələrdə getdikcə populyarlaşır. Ölkəmizdə də qəlyan kafeləri ilə tez-tez qarşılaşırıq.
Siqareti azaltmağa çalışarkən qəlyan istehlakını artıranlar var. Lakin Pittsburgh Universiteti Tibb Məktəbinin tədqiqatçıları apardıqları işdə qəlyan çəkənlərin istifadəyə düz mütənasib çoxlu toksini bədənə aldığını göstərirlər.
Bir qəlyan bir siqaretdən 10 dəfə çox karbonmonoksid yaradır
Tədqiqat qrupu işi aparmaq üçün əvvəl dərc edilmiş məlumatların meta-analizini etdi. Meta-analizin faydası mövcud məlumatlarla daha dəqiq proqnozlar verməsidir.
Tədqiqatçılar siqaret və qəlyan istehlakı ilə bağlı ümumilikdə 542 elmi məqaləni araşdırdılar. Nəticədə bir qəlyan seansında alınan maddə miqdarının bir siqaretin təxminən 125 mislinə bərabər olduğu; 25 dəfə qatran, 2.5 dəfə nikotin və 10 dəfə karbonmonoksid buraxdığı göstərildi.
Həm yaşlılar, həm də gənclər arasında geniş yayılmış, hətta orta istifadə yaşının çox aşağı düşdüyü bu vərdiş ictimai sağlamlıq baxımından narahatlıq doğurur.
Tədqiqatlara görə qəlyan istifadəsi, baş-boyun xərçəngləri (ağız, qırtlaq kimi), ağciyər xərçəngi, mədə xərçəngi riskini artırır və reproduktiv qabiliyyəti azaldır. Həmçinin siqaret çəkənlərin qarşılaşdığı xəstəliklərin çoxu üçün eyni risk altında ola bilərlər.
Əlaqəli mövzu
Mənbələr
Systematic Review and Meta-Analysis of Inhaled Toxicants from Waterpipe and Cigarette Smoking.
Public Health Reports, January/February 2016
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.