Sadə qan testi ilə süd vəzi xərçəngində erkən diaqnoz

3 Noyabr 2019-cu ildə Birləşmiş Krallığın Milli Xərçəng Tədqiqatı İnstitutunun (NCRI) Konfransındatəqdim edilən diqqətçəkən tədqiqata görə qan testi erkən mərhələli süd vəzi xərçənginin diaqnozunda səmərəli istifadə edilə bilər.
Tədqiqat ideyasının əsası, şişlə əlaqəli antigenlərin(tumor-associated antigens, TAAs) immun hüceyrələri tərəfindən fərq edilməsindən sonra həmin antigenləri xüsusi hədəfləyən autoanticisimlərin istehsalına əsaslanır.
Antigen, hüceyrələrin səthində olan, hüceyrəyə xas və həmin hüceyrənin immun sistemi tərəfindən tanınmasını təmin edən xüsusi quruluşlardır. Anticisim, immun sisteminin B limfosit hüceyrələri tərəfindən istehsal edilən və antigenlərə bağlanan molekullardır. Anticisimlər hazırda laboratoriyada da istehsal edilir və bir çox yeni nəsil dərman anticisim quruluşundadır.

Tədqiqatın erkən nəticələrinə görə aparılacaq qan testi ilə qanda aşkarlanacaq bu anticisimlərin xəstəliyin klinik əlamətlərinin ortaya çıxmasından təxminən 5 il əvvəl aşkarlana biləcəyi "irəli sürülür". Lakin tədqiqatçılar bu qan testinin tam tətbiq oluna bilməsi üçün hələ çox erkən olduğunu və üzərində daha çox təkmilləşdirmələr aparılmalı olduğunu bildirirlər.
Aparılacaq təkmilləşdirmələrlə sadə qan testi sayəsində süd vəzi xərçənginin erkən diaqnozunun mümkün ola biləcəyi deyilir. Bu tədqiqat 90 süd vəzi xərçəngli qadından və 90 sağlam qadından qan nümunələri alınaraq aparılmışdır. Protein mikroarray texnikasından istifadə edilərək bu qan nümunələri şişlə əlaqəli antigen baxımından autoanticisimlər üçün yoxlanılmışdır. Test nəticəsində 9 TAA ehtiva edən panelin daha etibarlı nəticələr verdiyi müəyyən edilmişdir. 9 TAA ehtiva edən panel xəstə qadınların nümunələrinin %37-ni xəstə, sağlam qadınların nümunələrinin %79-nu sağlam kimi müəyyən etmişdir. Bu nəticələrə əsasən həmin qan testinin mammoqrafiya kimi yüksək etibarlılıqlı diaqnostika üsullarını əvəz etməsi üçün üzərində çox işlənməli olduğu bildirilir.
Tədqiqatçılar belə qan testinin hazırlanmasının geniş istifadə olunan texnikalarla müqayisədə daha ucuz olacağını bildirirlər. Süd vəzi xərçəngini aşkarlamaq məqsədilə aparılan bu qan testi üsulunun mədəaltı vəzi, kolorektal (yoğun bağırsaq) və qaraciyər xərçənglərinin erkən diaqnozu üçün də hazırlanmasına çalışılır.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.