Serviks - uşaqlıq boynu xərçəngində müalicədən sonra cinsi həyat

Uşaqlıq boynu xərçəngi ölkəmizdə üçüncü ən çox qadın xərçəngi olmaqla yanaşı HPV peyvəndi ilə böyük ölçüdə önlənən, xüsusi skrininqlərlə (Papanicolaou smear (Pap testi) və insan papillomavirus testi (HPV)) erkən aşkarlanan xəstəlikdir. Erkən mərhələdə tam müalicə olunsa da, sonrakı dövr və cinsi həyatda xəstəni nə gözlədiyi, necə idarə edəcəyi çox vaxt danışılmır və ya nəzərdən qaçır. Yazımızda müalicədən sonra əsas həyati ehtiyaclardan olan cinsi həyatı qiymətləndirməyi hədəflədik.
Vaginal qısalma və ya daralma, sürüşkənliyin azalması müalicədən sonrakı dəyişikliklərdir. Əvvəl menopoza girməmiş qadınlar çanaq (qasıq nahiyəsi) radioterapiyası və ya kimyaterapiya nəticəsində menopoza girə bilər (aybaşının və yumurtalıq funksiyalarının dayanması). Fiziki dəyişikliklər əlaqədə ağrı, daralma və qısalma ilə çətinlik, cinsi marağın azalması və orqazm çətinliyi yarada bilər. Bu, cinsi həyata mənfi təsir edir.
Əlaqə zamanı vaginal nəmləndirici və ya sürüşdürücü bu narahatedici əlamətləri azalda bilər. Həkim bəzi əlamətlər üçün hormon müalicəsi də tövsiyə edə bilər. Lakin bu, diaqnoz zamanı yaş və digər amillərdən asılıdır. Radioterapiya alanlara qısalma və daralmanı önləmək üçün vaginal dilatatorun (genişləndirici) istifadəsi (həftədə bir neçə dəfə) öyrədilə bilər. Cinsi və/və ya psixoloji problemlər üzrə mütəxəssis dəstəyi də faydalıdır.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.