Serviks (uşaqlıq boynu) xərçəngini yüzdə 100 müvəffəqiyyətlə aşkarlayan epigenetik test hazırlandı

Serviks (uşaqlıq boynu xərçəngi), dünyada qadınlarda ən çox rast gəlinən 4. xərçəng növüdür (ölkəmizdə qadınlarda ən çox görülən 9. xərçəngdir). Uşaqlıq boynu xərçəngi skrininqində 2 üsul istifadə olunur. Pap-smear testi uşaqlıq boynundan götürülmüş toxumaların immunoloji boyamalarla mikroskop altında araşdırılmasını əhatə edir və bu üsulla xərçəngönü zədələrin % 50 hissəsi aşkarlana bilir. Digər test HPV DNA testidir. Uşaqlıq boynu xərçənglərinin %99 hissəsi HPV infeksiyalarından qaynaqlanır. Bu testdə HPV DNA-sının olub-olmadığına baxılır. Lakin yalnız toxumanın HPV müsbət olub-olmadığı müəyyənləşir, şəxsin hansı nisbətdə xərçəng riski daşıdığını göstərmir. Dekabr 2018-də International Journal of Cancer jurnalında dərc edilən tədqiqatda, epigenetik əsasda hazırlanmış test uşaqlıq boynu xərçənglərini yüksək müvəffəqiyyətlə aşkarladı. Test ənənəvi uşaqlıq xərçəngi skrininq testlərindən böyük üstünlük göstərir.
Tədqiqat Londondakı Queen Mary Universitetində aparıldı. Komandanın rəhbəri professor doktor Atilla Lorincz 1988-ci ildə ilk HPV testinin hazırlanmasında iştirak etmişdir. 15744 qadının daxil olduğu bu randomizə edilmiş klinik tədqiqatda hazırlanmış epigenetik əsaslı testin uşaqlıq xərçənginin inkişafını proqnozlaşdırma uğuru ənənəvi testlərlə (pap smear və HPV testi) müqayisə edildi.
Marağınızı çəkə bilər:
Tədqiqatın nəticələrinə görə;
- Epigenetik əsaslı test serviks xərçəngini % 100 müvəffəqiyyətlə aşkarladı. Pap-smear-da bu nisbət % 25 səviyyəsində qaldı, HPV testində isə % 50 oldu.
- Həmçinin 257 HPV müsbət qadın təsadüfi seçilərək testin effektivliyi daha yaxından araşdırıldı. Epigenetik test xərçəngönü zədələri də % 93 müvəffəqiyyətlə aşkarladı. Uşaqlıq boynunun xərçəngönü dəyişikliklərini aşkarlamaqda smear testi % 86, HPV testi isə % 61 səviyyəsində qaldı.
Bəs bu tədqiqat bizim üçün nə deməkdir?
- Uşaqlıq xərçənglərini sürətlə yoxlaya bilən, ənənəvi üsullardan üstün test hazırlandı. Bu test toxumalardakı epigenetik işarələri yoxlayaraq xərçəngli toxumanı tanıyır.
- Xüsusi vurğulanmalıdır ki, test hələ klinik mərhələdə sınaqdan keçirilir. Klinik tədqiqatlar tamamlandıqdan və effektivliyi sübut olunduqdan sonra istifadə edilə biləcək.
- Xərçəng diaqnozu necə qoyulur?
- Müasir xərçəng skrininq proqramları: hansı testlərlə hansı xərçənglərdə erkən diaqnoz mümkündür?
Mənbələr
Evaluation of a validated methylation triage signature for human papillomavirus positive women in the HPV FOCAL cervical cancer screening trial.
International Journal of Cancer, 09 November 2018
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.