Sidik kisəsi və sidik yolu xərçənginin müalicəsində yeni hədəf və dərman: FGFR mutasiyası üçün Erdafitinib

Loriot və həmkarlarının NEJM adlı jurnalda 25 İyul 2019-cu ildə bildirdiyi tədqiqata görə fibroblast böyümə faktoru reseptoru 1-4 tirozin kinaza inhibitoru erdafitinib, FGFR mutasiya-sı müsbət urotelial karsinomada (sidik kisəsi və sidik yolları xərçəngində) effektiv oldu.
Tədqiqatın təfərrüatları
- Tədqiqat May 2015 və Mart 2018 arasında 14 ölkədən xəstələr daxil etdi.
- Xəstələrin şişləri ən az bir FGFR geni ilə əlaqəli genetik dəyişiklik daşıyırdı: FGFR3 mutasiyası və ya FGFR2 / 3 füzyonu
- Xəstələrdə cərrahiyyə ilə çıxarıla bilməyən yerli irəliləmiş və ya metastatik urotelial xərçəng var idi.
- Neoadyuvant və ya adyuvant kimyaterapiyadan ən az 12 ay sonra və ya metastatik xəstəlik üçün əvvəllər ən az 1 seans müalicədən sonra xəstəliyin irəliləməsi tarixçəsi var idi.
- Əvvəllər immunoterapiya istifadə etmiş olmağa icazə verildi.
Mövcud tədqiqat nəticələri gündəlik 8 mg dozada oral erdafitinib alan 99 xəstə haqqında məlumat təqdim edir. Tədqiqatın ölçmək istədiyi əsas sonlanma nöqtəsi müalicəyə obyektiv cavab nisbəti idi.
Cavab nisbətləri
- Median izləmə müddəti 11.2 ay idi.
- Müalicəyə obyektiv cavab 40 xəstədə (%40) müşahidə edildi (tam cavab % 3).
- Əvvəllər immunoterapiya alan 22 xəstədən 13-ündə (% 59) cavab əldə edildi.
- Median (ortanca) cavab müddəti 5.6 ay idi.
- Median proqressiyasız (irəliləməsiz) sağqalım 5.5 ay idi.,
- 12 aylıq proqressiyasız sağqalım nisbəti % 19 idi.
- Median ümumi sağqalım 13.8 ay və 12 aylıq sağqalım nisbəti % 55 idi.
Yan təsirlər
- Ciddi (3. və daha yüksək dərəcəli) yan təsirlər xəstələrin % 67-sində müşahidə edildi (% 46-sının müalicə ilə əlaqəli olduğu qəbul edildi)
- Ən geniş yayılanlar hiponatremiya (natriumun aşağı olması) (% 11), stomatit (ağız yarası) (% 10) və asteniya (% 7) idi.
- Yan təsirlər 13 xəstədə (% 13) müalicənin dayandırılmasına səbəb oldu; retinal piqment epitelinin ayrılması, əl-ayaq sindromu, ağız quruluğu və dəri və ya dırnaq hadisələri kimi səbəblərlə. Müalicəyə bağlı ölüm bildirilmədi.
Nəticə olaraq FGFR genetik dəyişikliyi olan irəliləmiş mərhələli və əvvəllər müalicə almış sidik kisəsi və sidik yolu xərçəngli xəstələrdə erdafitinib istifadəsi xəstələrin % 40-ında obyektiv şiş cavabı ilə əlaqəli idi. Müalicə ilə əlaqəli 3. dərəcəli və ya daha yüksək yan təsirlər xəstələrin təxminən yarısında bildirildi.
Əlaqəli Mövzu:
- Mərhələ 4 sidik kisəsi xərçənginin əlamətləri hansılardır?
Mənbələr
Erdafitinib in Locally Advanced or Metastatic Urothelial Carcinoma.
N Engl J Med, 25 July 2019.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.