Süd vəzi xərçəngi diaqnozu almış analar və uşaqları

Bir çox xəstəmiz, xüsusilə süd vəzi xərçəngi diaqnozu almış gənc qadınlar, vəziyyətlərini uşaqları ilə bölüşüb-bölüşməmək barədə böyük tərəddüd yaşayırlar. Sevdiyiniz birinə pis xəbər vermək həmişə çətindir. Xüsusilə həmin şəxs uşağınızdırsa.
Uşağınıza xərçəng olduğunuzu deməyin çətinliyi
İngiltərənin həftəlik resenziyalı jurnalı olan The British Medical Journal-da (The BMJ) yer alan tədqiqatda araşdırmaçılar süd vəzi xərçəngi diaqnozu almış 32 ana ilə diaqnozdan 4 ay sonra görüşdülər. Görüşdə iştirakçılardan diaqnoz aldıqdan sonra uşaqlarına nə vaxt dediklərini və söhbətlərinin əhatəsini soruşdular.
Tədqiqatın sonunda uşaqların beşdə birinə analarının əməliyyat olunduğu vaxt məlumat vermədiyi müəyyən edildi. Həmçinin iştirakçıların çoxu uşaqlarına diaqnozu və prosesi necə izah edəcəkləri barədə narahatlıqları olduğunu və bu mövzunu mütəxəssis səhiyyə işçisi ilə danışmaq istədiklərini bildirmişdir.
Ani həllərlə yarana bilən yanlış anlama
Ana kimi narahatlıqlarınızın olduğunu bilirik. Verdiyiniz qərarları “həmin an” uşağınızın yaxşılığı üçün verdiyinizi düşünsəniz də, bu qərarlar uzunmüddətli mənfi nəticələrə səbəb ola bilər. Süd vəzi xərçəngi diaqnozu alan anaların uşaqlarını xəstəlikləri barədə necə məlumatlandırmalı olduğuna dair yazımıza gəlin birlikdə baxaq.
Uşağınızı kədərləndirməmək üçün xərçəng olduğunuzu ondan gizlətmək başadüşüləndir. Lakin uşaqlar ailədə dəyişən vəziyyətə və stressə qarşı daha duyarlı və həssasdır. Uşağım bilmir deyən ailələrin uşaqları ilə danışıldıqda uşaqların həqiqətləri olduğundan daha pis səviyyədə qavradığı müşahidə edilmişdir. Vəziyyəti uşağa açıq dillə anlatmaq onun ailədə olacaq dəyişikliklərə özünü hazırlamasına kömək edir. Uşaqların uyğunlaşma qabiliyyəti biz böyüklərdən daha uğurludur. Bu proses barədə məlumatlanmaq özlərini təhlükəsiz hiss etmələrinə kömək edir.
Kiçik uşaqlar da müəyyən dərəcədə anlaya bilir və bu onlara təhlükəsizlik hissi verir
Uşağımın yaşı kiçikdir, anlaya bilməz deyə düşünə bilərsiniz. Əslində haqlı olduğunuz məqam var. Uşağın yaşı xərçəng diaqnozu barədə nəyi və nə qədər deməli olduğunuza qərar verməkdə vacibdir. Hətta çox kiçik uşaqlar hüceyrələrin nə olduğu, bəzən necə “qaydalara əməl etmədiyi” və lazım olduğu kimi böyümədiyi barədə sadə izahları qavraya bilər. Həmçinin həkimin süd vəzinizdə xərçəng olan yerin hamısını və ya bir hissəsini çıxarmalı olduğunu, sonra xüsusi güclü dərmanlarla xərçəngin bədəninizdən tam getməsini təmin edə biləcəyini açıqlaya bilərsiniz. Kiçik uşaqların bəzi şeyləri daha yaxşı anlayıb konkretləşdirməsi üçün oyuncaq üzərində izah və ya şəkillə dəstək kömək edə bilər.
Uşağınızı stressdən və narahatlıqdan qorumaq üçün xərçəng diaqnozunuzu sadə xəstəlik, yaxud keçirdiyiniz əməliyyatı kiçik əməliyyat kimi deməyi düşünə bilərsiniz. Müalicə prosesinin uzunluğunu nəzərə alsaq, sadə xəstəlik və ya əməliyyat necə olur ki, bu qədər bitmir düşüncəsi uşaqda ən kiçik xəstəliyin də özündə belə uzun çəkəcəyi və bəzən çox ağır yan təsirləri olacağı narahatlığını yaradacaqdır. Unutmayın ki, qeyri-müəyyənlik və gözləniləndən uzun çəkən hər şey narahatlıq və stressə səbəb olur.
Nəticə
Kiçik uşaqların ətraflı məlumata ehtiyacı olmasa da, dürüstlüyə və arxayınlığa ehtiyacları var. Vəziyyət barədə birbaşa heç bir izah verməsəniz, uşaqlar onu olduğundan daha pis qavraya bilər. Onlara qarşı dürüst olmaq yalnız bu hal deyil, həyatın qaçılmaz gətirdiyi digər çətinliklərlə də üzləşməyə kömək edəcək inam hissi yaradır.
Uşağınıza valideyninin xərçəngini izah edib ona kömək edə bilməyiniz üçün bəzi tövsiyələrə “Uşaqlara ana və ya atasının xərçəng olduğu necə deyilməlidir?” yazımızdan çata bilərsiniz.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.