Süd vəzi xərçəngində kürək ağrısı barədə bilinməli olanlar

Kürək ağrısı süd vəzi xərçənginin erkən əlaməti kimi çox ortaya çıxmır, adətən daha irəliləmiş mərhələlərdə görülür. Süd vəzi xərçəngi müalicəsi və dərmanları da kürək ağrısının səbəblərindən biri ola bilər. Bu xəstəliklə kürək ağrısı arasındakı əlaqə barədə daha ətraflı məlumat üçün yazımızı nəzərdən keçirə bilərsiniz.
İrəliləmiş (4. mərhələ) kimi tanınan metastatik süd vəzi xərçəngi kürək ağrısına səbəb ola bilər. Lakin kürək ağrısı ümumən sağlam şəxslər arasında da çox rast gəlinən şikayətdir.
Kürək ağrısının süd vəzi xərçəngi ilə əlaqəli olduğunu göstərən 3 mümkün səbəb:
- Süd vəzi xərçəngi sümüklərə yayıldıqda ağrı yarada bilər.
- Şiş sağlam toxumalara təzyiq edərək ağrı yarada bilər
- Süd vəzi xərçənginin müalicəsində istifadə olunan dərmanlar kürək ağrısına səbəb ola bilər.
-Əlaqəli mövzu: Sümük metastazı nədir? Xərçənglər niyə sümüyə metastaz verir, necə müalicə edilir?
Bəzi süd vəzi xərçəngi müalicələri kürək ağrıları yarada bilər;
- Fulvestrant (bazar adı Faslodex) və letrozol (bazar adı Femara və Letu): Estrogen səviyyələrini tənzimləmək üçün verilən hormonal dərmanlardır.
- Mitoksantron (bazar adı Novantrone): Xərçəng hüceyrələrini öldürən kimyaterapiya dərmanıdır.
- Ribosiklib (bazar adı Kisqali): xərçəng hüceyrələrinin böyüməsini və bölünməsini dayandıran dərmandır. Onun əvəzinə kürək ağrısına səbəb olmayan başqa dərman verilə bilər. Həmişə dəyişdirilə bilməsə də, xəstənin ağrısını yüngülləşdirmək üçün başqa yol tapıla bilər.
Kürək ağrısının səbəbini tapmaq üçün həkiminiz əlavə müayinə istəyə bilər. Bunların ən çox istifadə olunanları:
- Kompüter tomoqrafiyası (BT) müayinəsi: Bədənin müxtəlif bucaqlardan x-ray çəkilişi
- Maqnit rezonans (MRT = MRG) müayinəsi: Radio dalğaları və maqnit sahəsindən istifadə edən görüntüləmə üsulu.
- Ultrasəs (USG): Səs dalğaları ilə daxili orqanları görüntüləyən cihaz.
- Sümük sintiqrafiyası və pozitron emissiya tomoqrafiyası (PET) müayinələri: Bu iki testdə xərçəngli nahiyələri işıqlandırmaq üçün radioaktiv maddələr istifadə olunur.
Bütün bu testlər kürək ağrılarının səbəbi ola bilən xərçəngi və ya digər patologiyaları göstərə bilər.
Ağrının bununla əlaqəli olmadığını necə anlaya bilərsiniz?
Kürək və bel ağrıları çox geniş yayılmış şikayətdir. Hər ağrı xərçəng əlaməti deyil. Uzunmüddətli və şiddətli olarsa, diqqət etmək lazımdır. Bunun üçün müntəzəm müayinə olunmaq və yaşa uyğun xərçəng testləri etdirmək lazımdır.
Müalicə və şəxsi qulluq
Dartınma, gərmə hərəkətləri və idman ağrını yüngülləşdirməyə kömək edə bilər. Evdə kürək ağrısını müalicə etmək üçün ilk addımlar:
- İbuprofen kimi iltihabəleyhinə ağrıkəsicilər qəbul etmək
- Güc tələb etməyən dartınmalar və idman; yoqa etmək
- Nahiyəyə isti və ya soyuq kompres tətbiq etmək
- Əzələ gərginliyini yüngülləşdirmək üçün rahatlamağa çalışmaq
Nəticə olaraq;
- Kürək ağrısı erkən mərhələ süd vəzi xərçəngində adətən görülmür
- Ağrı çox şiddətli olarsa və ya bir neçə gündən artıq sürərsə, şəxs həkimə müraciət etməlidir.
- Xərçəngli xəstə ağrı yaşadıqda ağrıkəsici istifadəsindən çəkinməməlidir. Həkiminizin müxtəlif vəziyyətlərə uyğun çoxsaylı ağrıkəsici seçimi vardır.
- Süd vəzi xərçəngli şəxs üçün hər cür ağrı narahatlıq yarada bilər. Lakin kürək və bel ağrılarını zaman-zaman hamımızın yaşadığını unutmaq olmaz.
Əlaqəli mövzu
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.