Süni şirinləşdirilmiş içkilər, insult (iflic) və demans (ağıl zəifliyi) arasındakı əlaqə

Piylənmə, diabet kimi metabolik xəstəliklər bu gün demək olar ki, epidemiya sayılır. Bu xəstəliklərin yaranmasında xüsusilə uşaqlıqda içilməyə başlanılan şəkərli içkilərin rolu olduqca böyükdür. Bununla belə, son illərin araşdırma nəticələri əvvəllər zərərsiz hesab edilən kalorisiz süni şirinləşdiricilərin də artmış piylənmə və diabet riski ilə əlaqəli ola biləcəyini düşündürür.
45 yaşdan yuxarı 2888 iştirakçının təxminən 10 il izləndiyi ramingham Ürək Araşdırmasının məlumatlarına görə, süni şirinləşdirilmiş içki istehlak edənlər arasında insult (beyin iflici) və demans yaranma riskinin yüksək olduğu müşahidə edilmişdir (demansın ən çox rast gəlinən forması Alzheimer xəstəliyidir). Araşdırmaya qatılanların %50-dən çoxu həftədə ən azı 1 dəfə, %20-si hər gün süni şirinləşdiricili içkilər içirdi. Amerikada bu araşdırma böyük maraq doğurmuş, hətta bəzi saytlarda süni şirinləşdirilmiş içkilər insult və demans riskini 3 dəfə artırırşəklində açıqlamalar olmuşdur. Son 30 ildə süni şirinləşdirilmiş içkilərin nisbətinin artdığını düşündükdə bu araşdırmanın nəticələri olduqca mühümdür.
- Şəkər otu Stevia nədir? Təbii və ya süni şirinləşdiricilər sağlam alternativdirmi?
- Süni şirinləşdirici aspartam xərçəng yaradırmı?
- Süni şirinləşdirici asesulfam kalium nədir və sağlamlığa zərərlidirmi?
Lakin bu araşdırmanın bəzi zəif tərəfləri var. Araşdırmada süni şirinləşdirilmiş içki içənlər arasında diabetlilərin sayı olduqca çox olduğu üçün bu da nəticəyə təsir etmişdir. Çünki diabet xəstələrinin demans və insult riskinin diabeti olmayanlardan çox olduğu onsuz da məlumdur. Buna görə açıqlanan nəticələr diabetdən kənar artan insult və demans riskinin nə qədər olduğunu tam izah edə bilməmişdir.
Həmçinin bu, müşahidə araşdırmasıdır. Süni şirinləşdiricilərin bağırsaq, mədəaltı vəzinin insulin istehsal edən beta hüceyrələri, əzələ, yağ toxuması və beyindəki reseptorlar vasitəsilə metabolik funksiyalara mənfi təsir edə biləcəyinə dair sübutlar var. Buna görə bu araşdırma nəticələri diqqət çəkilməsi baxımından yenə də dəyərlidir.
Süni şirinləşdiricilərdən istifadə edən (və ya istifadə etdiyinin fərqində olmayan) bizlər bu araşdırmadan hansı nəticəni çıxarmalıyıq?
Fərqində olmaq mühümdür. Ən azı bundan sonra süni şirinləşdiricilərin bir çox qida və içkidə olduğunu dərk etməliyik. Süni şirinləşdirilmiş içkiləri və qablaşdırılmış qidaları istehlak edərkən etiketi oxuyub tərkibinə daha çox diqqət edə bilərik. Şirinləşdirilmiş məhsul istehlakını mütləq mümkün qədər məhdudlaşdırmalıyıq. Çünki artıq bu məhsullar əvvəllər düşündüyümüz qədər zərərsiz olmaya bilər. Bu xəbərdarlıq diabet xəstələrinə də aiddir, lakin əlbəttə, qan şəkərinə təsirinə görə diabetlilərə şəkərli içki əvəzinə süni şirinləşdirilmiş içkilərdən istifadə tövsiyə edilə bilər. Lakin şəkərli və süni şirinləşdirilmiş məhsulları istehlak etmək əvəzinə bədənimizə lazım olan təbii sudan bol içmək həmişə ən düzgün seçim olacaq.
Mənbələr
Sugar- and Artificially Sweetened Beverages and the Risks of Incident Stroke and Dementia: A Prospective Cohort Study.
Stroke. 2017 May.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.