Xərçəng diaqnozu həyat yoldaşları arasındakı münasibətə necə təsir edir və tövsiyələr

Xərçəng diaqnozu həyat yoldaşları arasındakı münasibətə müxtəlif cəhətlərdən təsir edir; ünsiyyətlərini, səmimiyyətlərini, paylaşımlarını və cinsi həyatlarını dəyişə bilər. Bu dəyişikliklər müxtəlif xərçəng müalicələrinin fiziki təsirlərindən və ya itirmə, inamsızlıq, nəzarət çatışmazlığı kimi duyğulardan yarana bilər. Həyat yoldaşınızla ünsiyyəti gücləndirəcək və yeni addımlar atmağa kömək edəcək bəzi məlumatlar vermək istədik.
Emosional bağ yaradın
Sevgi və mərhəmət bu dövrdə cütlüklərə ən yaxşı təsir edən duyğulardandır. Bir-birinizi sevdiyinizi göstərməkdən çəkinməyin. Həyat yoldaşınızı qucaqlayın və yanında olduğunuzu hiss etdirin.
Siz və ya həyat yoldaşınız xərçəng diaqnozu və müalicəsi ilə qarşılaşarsa, əvvəllər bu vəziyyəti yaşamış cütlüklərin və mütəxəssislərin bəzi tövsiyələri bunlardır:
- Açıq ünsiyyət qurun. Sevdiklərinizlə açıq və dürüst olmağa çalışın. Özünüzü ifadə etməkdən çəkinməyin.
- Şəxsi ehtiyac və təşvişlərinizi bilməlisiniz. Bunun üçün hər iki tərəfin aşağıdakı sualları verməsi və cavablaması tövsiyə edilir:
- Yaxın münasibətimizdə yaxşı gedən şeylər nələrdir?
- Münasibətinizlə bağlı nələr dəyişdi?
- Qarşılanmayan ehtiyaclar varmı?
- Həyat yoldaşınızdan gözləntiləriniz nələrdir?
- Həyat yoldaşınızı və münasibətinizi yaxşılaşdırmaq üçün nələr etməyə hazırsınız?
Bunlar tərəflərin əvvəl tək düşünməli, sonra mərhəmətlə bir-birinə yanaşıb danışmalı olduqları mövzular kimi tövsiyə edilir.
Səmimiyyətin yenidən müəyyən edilməsi
Fiziki dəyişikliklər və ya ağrı kimi həyat keyfiyyətini azaldan amillər “yaxınlıq” məzmununu yenidən yaratmağı tələb edə bilər. Yaxınlığın cinsi əlaqə olması məcburi deyil. Bu, söhbət etmək, əlindən tutmaq, qucaqlamaq, masaj etmək və öpmək qədər sadə ola bilər. Xərçəng prosesində vacib olan cütlüyün sevginin varlığını hiss edərək irəliləməsidir.
Görüş təyin edin
Keyfiyyətli vaxt keçirmək və səmimiyyəti davam etdirmək üçün sadə planlar qurun və vaxta əməl edin. Çölə çıxmağa məcbur deyilsiniz, evdə də sadə planlar qura bilərsiniz. Bunlar cütlük bağlarını gücləndirmək üçün dəyərli vaxtlar olacaqdır.
Kömək istəməkdən çəkinməyin
Hormon müalicəsi, kimyaterapiya, əməliyyat və radioterapiya kimi xərçəng müalicələri qadın və kişilərdə müxtəlif xərçəng növlərinin müalicəsində istifadə edilərkən həm həyat keyfiyyətini azaldan, həm də cütlüyün yaxınlaşmasına mane olan bəzi yan təsirlər yarada bilər.
Hər problemin öhdəsindən tək gəlmək çox çətin və yorucudur. Tərəflərdən birinə daha çox məsuliyyət və yük düşə bilər, lakin emosional və ya fiziki çətinliklər üçün mütləq yardım və ya məsləhət alınmalıdır. Bu xidmətlərə koqnitiv davranış terapiyası, cütlük məsləhəti və radioterapiya, kimyaterapiya, cərrahiyyə və digər müalicələrin təsirlərini azaltmaq üçün dərman və texnikalar daxildir.
Onkoloji reabilitasiya
Qadın xərçəng xəstələrində gellər və digər məhsullar quruluğa kömək edə bilər. Kişilərdə erektil disfunksiya dərmanları faydalı ola bilər. Akupunktur və masaj terapiyaları (refleksologiya) da fayda verə bilər. Özünüzə xas müalicə üsulları üçün hər halda mütəxəssis həkiminizlə məsləhətləşməlisiniz.
Bu prosesdə səmimiyyət əvvəlki kimi olmaya bilər. Emosional və fiziki yaxınlığınızı qorumaq və güclü saxlamaq üçün xərçəng müalicəsi zamanı özünüzə xas strategiyalar hazırlamağa çalışa bilərsiniz.
Əlaqəli mövzu:
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.