Xərçəngi öz silahı — metastaz verən hüceyrələrlə vurmaq!

Xərçəngin 10 əsas xüsusiyyətindən biri də müxtəlif toxuma və orqanlara köçməsi, yəni metastaz verməsidir. Xərçəng hüceyrələrinin müxtəlif toxumalara köçdükdən sonra yenidən əsas şiş nahiyəsinə qayıda bilməsi əvvəllər kəşf edilmişdi. Son vaxtlar bu xərçəng hüceyrələrindən daşıyıcı kimi istifadə edərək dərmanların əsas şiş nahiyəsinə çatdırılması fikri ön plana çıxmışdı. İyul 2018-ci ildə Science Translational Medicinejurnalında dərc edilən tədqiqata görə, əsas şiş nahiyəsinə qayıdan xərçəng hüceyrələrini CRISPR gen redaktəsi texnologiyası ilə proqramlaşdırmaqla siçan beyin xərçəngi modellərində ömür uzadıldı.
Xərçəng hüceyrələri müxtəlif toxuma və orqanlara köçdükdən sonra yenidən əsas şiş nahiyəsinə qayıdır. 12 il əvvəl kəşf edilən bu vəziyyət bəlkə də ən təəccüblü və gözlənilməz inkişaflardan biridir. Self-seeding kimi də tanınan bu hadisə çoxsaylı xərçəng müalicəsi strategiyalarının inkişafına səbəb olmuşdur. Bu hüceyrələrə onkolitik (xərçəng öldürücü) viruslar və ya intihar genləri əlavə edilərək əsas şiş nahiyəsindəki xərçəng hüceyrələrinin hədəfə alınması kimi fikirlər ortaya çıxmışdır.
Tədqiqatçılar əvvəlcə siçanlardan şiş hüceyrələrini çıxardılar. Daha sonra bu hüceyrələrə CRISPR gen redaktəsi üsulu ilə ölüm reseptoruna bağlanmasını təmin edəcək molekullar əlavə etdilər. Beləliklə, bu xərçəng hüceyrələrinin ölüm reseptoruna malik digər xərçəng hüceyrələrinə bağlanaraq apoptoz (proqramlaşdırılmış hüceyrə ölümü) prosesini başlatması təmin edildi. Bu hüceyrələr 3 müxtəlif şiş növü olan siçanlara yenidən inyeksiya edildi. Siçanlarda beyin şişi glioblastoma (GBM), residiv vermiş (təkrarlanmış) glioblastoma və beyinə metastaz vermiş süd vəzi xərçəngi növləri yaradılmışdı.
Tədqiqatın nəticələrinə görə;
- Bu müalicə ilə siçanların ömür uzunluğunda nəzərəçarpacaq artım görüldü.
- Birincili və ya residiv vermiş beyin şişləri olan siçanlarda müalicədən sonra şişlərin əhəmiyyətli dərəcədə kiçildiyi müşahidə edildi. Siçanların yüzdə 90-ı müalicədən sonra aylarla yaşamağa davam etdi.
- Bundan başqa, CRISPR ilə dəyişdirilən hüceyrələrə eyni zamanda bir dərman hədəfi birləşdirildi. Beləliklə, müalicədən sonra bu hüceyrələrə dərman göndərilərək risk yaratmadan aradan qaldırıldılar.
Bəs bu tədqiqat bizim üçün nə ifadə edir?
- Hazırlanan üsul böyük ümid vəd etsə də, çoxsaylı çətinliklər mövcuddur. Əvvəla, crispr ilə dəyişdirilən xərçəng hüceyrələri birbaşa əsas şiş nahiyəsinə hücum edir. Lakin xərçəng bir çox müxtəlif orqana metastaz verə bilər. Digər orqanlardakı metastazlar bu müalicə ilə hədəfə alına bilmir.
- Digər problem isə crispr ilə dəyişdirilən xərçəng hüceyrələrinin yeni şişlər yaratmaq riskinin olmasıdır. Unudulmamalıdır ki, bu hüceyrələr hələ də xərçəng hüceyrələridir.
- Bu üsul xüsusilə oliqometastatik (az sayda etastaz vermiş) xərçənglərdə təsirli müalicə imkanı təqdim edə bilər.
- Xüsusi vurğulamaq lazımdır ki, bu tədqiqatlar laboratoriya şəraitində aparılmışdır. Əlavə təhlillər və klinik tədqiqatlarla təsdiqlənməsi lazımdır.
Mənbələr
CRISPR-enhanced engineering of therapy-sensitive cancer cells for self-targeting of primary and metastatic tumors.
Science Translational Medicine, 11 Jul 2018.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.