Xərçəngin ölümü

Son illərdə çoxlu yazı və fəaliyyətlə xərçəngin böyük ölçüdə qarşısı alına və müalicə edilə bilən xəstəliyə çevrildiyini anlatmağa çalışdıq. Bu şüuru yayarkən xərçəngin ölümlərə səbəb olan xəstəlik olduğunun əlbəttə fərqindəyik, lakin 50 il əvvələ nisbətən xərçəng müalicəsində yeni dövrə keçmişik, hətta xərçəngin taleyinin dəyişməyə başladığını deyə bilərik. Hazırda dəqiq müddət demək çətin olsa da, bu sahənin mütəxəssisləri qarşıdakı 50 ildə xərçənglərin tam müalicə ediləcəyini düşünürlər. Xərçəng müalicəsinin son 50 illik yoluna şəxsən şahid olan və özü də bir dövr bu xəstəliklə mübarizə aparan tanınmış həkim Dr. Vincent T. DeVita “Xərçəngin ölümü” adlı kitab yazdı. Bu yazımızda həmin kitab münasibətilə verdiyi dəyərli müsahibənin tərcüməsini sizinlə paylaşmaq istədik.
Maurie Markman, Dr: Salam. Müsahibəmiz onkoloji müalicə sahəsinin ən təsirli araşdırmaçılarından və həkimlərindən Dr. Vincent T. DeVita ilədir. Xərçəng sahəsində işləri ilə çoxlu mükafat alan Dr. DeVita Hodgkin limfoması xəstələrinin müalicəsində 4 dərmanlı müalicə hazırlayaraq 1960-cı illərin ortalarında müasir kimyaterapiya dövrünün başlanmasındakı rolu ilə tanınır. Həmkarları bunu müasir onkologiyanın ən böyük inkişaflarından biri adlandırmışlar. Dr. DeVita bu yaxınlarda xərçəng araşdırmaları və müalicələrində qazandığı təcrübələrdən bəhs edən “Xərçəngin ölümü” kitabını yazmışdır.
Aparıcı onkoloqlardan biri kimi Dr. DeVita kitabında xərçəngin niyə məğlub edilə bilən xəstəlik olduğunuvə bu nöqtəyə necə gəlinə biləcəyini üzə çıxarır. Buna görə çoxlarının bilmək istədiyi ilk sualım budur: Bu kitabı niyə yazdınız?
Vincent T. Devita Jr, Dr: Bildiyiniz kimi Amerika xalqı xərçənglə mübarizə apararkən 100 milyard dollardan çox vergi ödədi. Doğru zamanda doğru yerdə olduğumu düşündüm. O dövrdə Xərçəng Cəmiyyətində idim. İşim xeyriyyəçi Mary Lasker-in xərçənglə maraqlanmasını təmin etmək idi. Sonra bütün proqramı və kənardan iki xərçəng mərkəzini idarə etdim. Ardınca Amerika Xərçəng Cəmiyyətinin prezidenti olmaq fürsəti verildi.
Sanki kifayət qədər təcrübə toplamamış kimi özüm də xərçəng oldum. Öz-özümə dedim: “Etməliyəm. Bu vəziyyətdə olan biri onların təcrübələrini həqiqətən yenidən hesablamalıdır ki, insanlar xərçəng olduqda bunu həqiqətən yaşamış və sağalmış insandan ödədikləri pulun qarşılığında nə aldıqlarını bilsinlər.” Beləliklə, bunu etdim və gözəl yazıçı olan qızım Elizabeth ilə etdim. Dürüst qalmağımı təmin etməsini və nə etdiyimi ifadə etməyə kömək göstərməsini istədim. Bu kitab xalq üçün yazıldı, həkim və tibb bacıları üçün deyil. Bəziləri kitabın yalnız həkim və tibb bacıları üçün yazıldığını düşündü, amma bu doğru deyil. Kitabı yazmağımın səbəbi budur.
Maurie Markman, Dr: Bunun üçün həqiqətən təşəkkür etmək istəyirəm. Bu kitabın xalqa ünvanlanması təqdirəlayiqdir. Sualım budur: Kitabı oxuyanlara “verdiyiniz və vermək istədiyiniz əsas mesaj nədir?”
Vincent T. Devita Jr, Dr: Əsas mesaj artıq sizin dediyiniz kimi, xərçəngə qarşı müharibənin yalnız qazanıla biləcəyi deyil, əslində qazanıldığıdır. 1971-ci illərdən bəri insanlar xərçəng sahəsindəki mühüm dəyişiklikləri qiymətləndirmirlər.
Buna görə 1971-ci ildən bəri 100 milyard dolların 65%-ni dəstəkləyici tədqiqatlara yatırdıq ki, bu, araşdırma üçün çox böyük məbləğdir. Xərçəngin rastgəlmə tezliyi və xərçəngə bağlı ölüm nisbətləri 1990-1991-ci illərdən bəri azalır. Xərçəngin müalicəsi heç vaxt asan olmayıb, lakin xəstəlik nisbəti əvvəlkindən çox aşağıdır.
Ən böyük inkişaflardan biri süd vəzi xərçənginin erkən diaqnozu və müalicəsində baş verdi. Süd vəzi xərçəngində ölüm nisbətləri %25 azaldı. Ümumilikdə dünyanın inkişaf etmiş ölkələrində xərçəngə bağlı ölüm nisbəti %25 azaldı. İndi yəqin bu nisbət daha çoxdur, çünki məlumatlar 5 il əvvələ aiddir. Hədəfə yönəlmiş müalicələr və immunoterapiyalar kimi yeni üsullarla 2016-cı ilin nisbətləri hesablandıqda yəqin təxminən 35% civarındadır. Bu, olduqca davamlı inkişafdır.
Yəni mesaj budur: Biz yalnız xərçəngi məğlub etmirik, xərçəng eyni zamanda məğlub edilə bilər.
Maurie Markman, Dr: Doğrudur.
Vincent T. Devita Jr, Dr: Bu, yalnız klinikalara çatır, yəni ən yaxşısı hələ gəlməyib. Daha yaxşı olacaqlarını bilirik. İnsanlara verə biləcəyimiz nikbin mesajlara ehtiyacımız olduğunu düşünürəm. İnsanların çaşqınlıq səbəblərindən biri budur ki, xərçəng müalicəsi verərkən onlardan evlərinə gedib normal həyat sürmələrini istəyirik və bunu edirlər. Çoxu ətrafda gəzib “mən xərçəngəm və mən...” demir. Bəziləri deyir, bəziləri fəal olur. Lakin əksəriyyəti belə deyil. Gördüyünüz insanlar adətən bu xəstəlikdən zərər çəkənlərdir və onlar daha çox gözə dəyir. İnsanlar tutulduqları xərçəng növündən neçə nəfərin sağaldığını qiymətləndirmirlər.
Maurie Markman, Dr: Bu, çox mühüm və müsbət mesajdır. Kitabı xalqa ünvanladığınızı aydın ifadə etsəniz də, həkimlər, onkoloqlar və/və ya səhiyyə mütəxəssisləri üçün də mesajınız varmı və ya var idimi?
Vincent T. Devita Jr, Dr: Kitabımda dediyim kimi, xərçəng müalicəsinə həvəsli olmayan bəzi həkimlər var. Bəzi xərçəng xəstələri özlərini inanmayan həkimlərə təslim edir. Xərçəng diaqnozu yenicə qoyulubsa və həkim sizə “xərçəngsiniz, sizin üçün edə biləcəyim heç nə yoxdur” deyirsə, başqa həkim tapmalısınız, çünki bu gün xərçənglə bağlı hər kəs üçün edilə biləcək nəsə var.
Maurie Markman, Dr: Bu, çox gözəl kitabdır və qızınız əla yazıçıdır; ikiniz də gözəl hekayə yazmısınız. Yenə deyirəm, çünki kitab xalq üçün yazılmışdır.
Vincent T. Devita Jr, Dr: Buna görə belə yazdıq, çünki qızım hekayəni formalaşdırmaq və rəng qatmaqda çox bacarıqlıdır. Deyəsən, kitabın indiki həcminin üç qatı olacaq şəkildə 320,000 söz yazdığımı demişdim. Qaralamanı qızıma verdim, o, yazını 110,000 söz şəklində geri qaytardı. İndi kitab oxuna bilən haldadır. Mənə dedi: “Heç kim oxumayacaqsa, kitab yazmağın mənası yoxdur.” Nəticədə bu halı daha oxunaqlıdır. Düşünürəm, qızım olmasaydı kitab tamamilə fərqli olardı.
Maurie Markman, Dr: Kitabdakı bəzi söhbətlər və mövzular, xüsusən danışmaq və şərhinizi almaq istədiyim məsələ “müalicə konsepsiyası”dır. Kitabınızda xərçəngin məğlub edilə biləcəyini və müalicə haqqında danışmağı dəstəklədiyinizi aydın ifadə etmisiniz. Buna şərh vermək istərdinizmi?
Vincent T. Devita Jr, Dr: Bu gün həmkarların tam sağalma sözünü işlətməyə çəkindiklərini görmüşəm. Yale-də bir qədər fərqli düşünən mənəm. “Sağalıb-sağalmayacağınızı bilmirik.” Bu, çox klassikdir. Daha çox bir az qorxudur. Xəstəni sağalacağına inandırsaq və xərçəng təkrarlasa, məsuliyyətini götürərsiniz məntiqidir.
Xəstələrin xərçəngdən tam qurtulmağa üstünlük verəcəklərini düşünürəm. “Sağalmayacaqsınız” və ya “sağalacağınıza əmin deyilik” deyilməsini istəmirlər. Evlərinə getmək və rahat hiss etmək istəyirlər. Demək olar bütün xərçəng növlərində bir müddət var; müalicədən sonra həmin müddətdə xərçəng təkrarlanmazsa, xəstəliyin təkrarlanma ehtimalı olmadığını bilirsiniz.
Məsələn, Hodgkin xəstəliyində bu müddət təxminən 4 ildir. Xəstələr remissiyaya (xərçəngin əlamət və tapıntılarının tam yox olması) girir və elə qalırlar, 4 il boyunca müalicə edilmir. Mənim hisslərim onların sağalacağını söyləmək və nikbinlik aşılamaq yönündədir.
İndi xərçəng sahəsində bizdə çox maraqlı hadisələr olur. Bildiyim ən yaxşı nümunə müalicə etdiyimiz xroniki mielositik leykemiyadır; olduqca ölümcül xəstəlikdir. Qısa müddətdə xəstələrimizi remissiyaya sala bilərik, lakin bu xərçəng növü hələ ölümcül xəstəlikdir. İndi xəstələr həb şəklində kimyaterapiya dərmanları ilə müalicə edilir və normal həyat sürürlər. Lakin tətbiq edilən dərman (həb) müalicəsinə davamlılıq göstərsələr, əczaçılıq sənayesi ala biləcəkləri daha 4 dərman hazırlayıb və yəqin bunu etməyə davam edəcəyik. Sağalmasalar da, xəstəliyi həmişə müalicə altında saxlaya bilərsiniz. Beləcə xəstələr normal həyat sürürlər.
Fərqli kateqoriyalarda xəstələrimiz var. Bir hissəsi xərçənglə normal həyat sürməyi bacaranlar, digərləri isə xərçəngi olmayanlardır. Düşünürəm, bunu daha çox görəcəyik. Bəzi immunoterapiya yanaşmalarında xərçəngi inkişaf etməyən xəstələr görürük, lakin diqqətlə baxsanız xəstəliyin əlamətlərinin hələ mövcud olduğunu görərsiniz. Bu, yeni kateqoriyadır, buna görə fərqi xəstələrə izah etməlisiniz. Lakin bir qədər əminliklə sağaldıqlarını demək imkanı varsa, belə demək istəyərdim: “Bilirsiniz, böyük ehtimalla sağalmısınız.”
Maurie Markman, Dr: Vincent, kitabda həm öz xərçəng təcrübənizi, həm də oğlunuzun xəstəliyini və təcrübəsini təsvir edərkən olduqca açıq, dürüst və duyğulusunuz. Bu sizə necə təsir etdi? O vaxt hissləriniz necə idi, indi gələcək barədə necədir?
Vincent T. Devita Jr, Dr: Oğlumda anaplastik anemiya var. İnfeksiyadan qorunması üçün laminar hava axınlı otağa yerləşdirildi. Qısa gəzintilərdən başqa təxminən 8 il orada qaldı. NASA ilə işlədik və ona kosmik geyim geyindirərək çıxardıq. O otağı heç tərk etmədi. Uşaqları leykemiyadan ölən və ya leykemiyası olan ailələrlə çox empati qurduğumu düşünürdüm, lakin öz başına gələndə tamamilə başqa təcrübədir. Düşünürəm, bu məni daha yaxşı həkim etdi. Bir çox cəhətdən dəyişdirdi.
Mən prostat xərçəngi oldum və yəqin bir çox həkimin etdiyini etdim. Buna məhəl qoymadım və “dediyimi et, etdiyimi etmə” yanaşması göstərdim. Sonda diaqnoz qoyuldu, mənim halım çətin idi. Prostat çox böyük idi. Adətən xəstələr üçün etdiyimi, yönləndirmək və ən yaxşı müalicə ala biləcəkləri yerləri tapmaq işini özüm üçün edə bilmədim. Bütün bunları mənim üçün etməsini həmkarım Dr. Steve Rosenberg-dən xahiş etdim. Çox yaxşı iş gördü və məni ölkənin ən yaxşı cərrahlarından Dr. Peter Scardino-ya yönləndirdi. Bu, səhiyyə sisteminin iç üzünü anlamaq imkanı verdi; nə qədər çətin olduğunu bilirdim, lakin şəxsən yaşamaq bir qədər fərqlidir. Məni xeyli dəyişdirdi.
Maurie Markman, Dr: Karyeranız boyunca bəzi fikir ayrılıqlarını müzakirə etdiniz. Geriyə baxsaq, bu, kombinə kimyaterapiyaya müqavimətlə başladı. İndi standart müalicə kimi tətbiq edilən yeni yanaşmalara qarşı niyə istəksizlik var? Bu gün yeni fikirlərə o qədər də həvəs olmadığını görürəm. Yeni nəyəsə çox müqavimət göstərilir. Bu barədə nə düşünürsünüz?
Vincent T. Devita Jr, Dr: Bunu iki hissədə edək. İlk hissə 1960-cı illərdə idi. Dərmanla xərçəng müalicəsi fikri çılğınlıq, bunu həyata keçirən həkimlər isə çılğın sayılırdı. Üsullar çox yetərsiz idi. Bunu əzmlə etməyə çalışanlara deyilən sözlər qeyri-adi idi.
Gənc həkim idim və heç kimin belə işə dözməyəcəyi universitetdən gəlirdim. Bu, yalnız çılğınlıq adlanırdı. Kombinə dərman istifadəsi tibbdə yanlış sayılırdı. Bu, əvvəlcə antibiotiklərin birgə istifadəsindən çıxdı. Onlar nisbətən faydalı idi. Zəhərli xərçəng dərmanlarını birlikdə istifadə etməyə başlayanda, onların ağlında ediləcək heç nə olmadığı və bunun yalnız xəstələri daha da xəstələndirəcəyi fikri varkən bu üsullar uzaq görünürdü.
Bunu etdiyimiz mühit Milli Xərçəng Cəmiyyəti idi və müəyyən mənada bunları edə bildiyimiz, tənqid olunduğumuz, lakin heç kimin dayandırmadığı qorunan mühit idi. Başqa cür məhdudlaşırsınız. Bunu başqa yerdə etmək mümkün deyil. Yale-ə getdim, ixtisas dövrünü bitirmək üçün bir müddət icazə aldım və Yale-də bunlardan bəzilərini tətbiq etməyə çalışdım. Heç bir qeyri-müəyyənliyə yer qoymadan mənə bunun çılğınlıq olduğunu dedilər. Sonra Milli Xərçəng Cəmiyyətinə qayıtdım.
Bu gün də eyni şeyi görürəm. İnsanlar yeniliklərə hələ də həvəssizdir. Məsələn, xərçəngi müalicə etmək üçün müxtəlif dərman kombinasiyalarının lazım olması qaydasına sübut var. Bir neçə istisna xaricində kombinə müalicəyə ehtiyac var. Əslində bu gün melanomada kombinə immunoterapiyanın tək immunoloji agentdən (dərmandan) daha yaxşı nəticələr verdiyini görürsünüz.
Bunu niyə hər dəfə yenidən sübut etməli olduğumuzu bilmirəm. Lakin sübut edirik, çünki Amerika Dərman İdarəsi (FDA) bizdən bunu istəyir. Düşünürəm, FDA hələ keçən əsrdə qalıb və bu əsrə gəlməlidir. Kitabda bundan çox danışdıq. Məncə problemlərimizdən biri həddən çox nəzarət etməyimizdir. Həkimlər bir qədər qeyri-adi nəsə etsələr, buna görə cəzalandırılacaqlarından, tədqiqat icazələrini itirəcəklərindən və ya səlahiyyətlərinin alınacağından və buna bənzər çox şeydən qorxurlar.
Maurie Markman, Dr: Narahatlıqlarınızı bildirdiniz. Kitabınızda Amerika Dərman İdarəsindən (FDA) danışmısınız. Bu vəziyyəti necə dəyişə bilərik? Müəyyən məyusluq hiss edirəm. İnkişaflar inanılmazdır. Baş verə biləcək irəliləyişlər daha böyükdür. Kitabınızda dediyiniz kimi belə ləng mühitdəyik. Əlbəttə, Amerika Dərman İdarəsi (FDA) və qaydaları, 60 il əvvələ gedin. Bunu düzəltmək üçün nə edə bilərik?
Vincent T. Devita Jr, Dr: Kitab yazaraq bunu etməyə çalışdım. Bunu həqiqətən düzəldə biləcək insanların diqqətini çəkəcəyimi düşündüm; bu, konqresdir. Düşünürəm, bu gün həkimlər harada olduqlarının fərqinə varmırlar. Əslində Amerika Dərman İdarəsinin (FDA) dərman tətbiq etdiyi və tədqiqat apardığı mühitdə sıxışıblar. Müəyyən dərmanlar haqqında kimyaterapiya kitabçasına baxanda “bu dərmandan sonra, o dərmandan əvvəl bu dərmanın istifadəsi təsdiqlənib” kimi ifadələr var.
Xəstədən 4.800 km uzaqda olan bu şəxs dərmanı dəqiq nə vaxt istifadə edəcəyinizi deyir. Yeni şeylərin çoxu adətən bazara çıxarılma müddətində gücünü itirir. Amerika Dərman İdarəsi (FDA) bununla bazara çıxarılmadan sonrakı dövrü iflic edir. Məncə sadə həlli var. Bunu kitabımda izah etdim. Amerika Dərman İdarəsi (FDA) və Milli Xərçəng Cəmiyyəti (NCI) bütün faza I və II klinik tədqiqatları tamamilə xərçəng mərkəzlərinə verməlidir. FDA və NCI bu tədqiqatları yerində görmək və yoxlamaq hüquqlarını saxlaya bilər. Bu hüquqlar indi onlardadır, sonra da edə bilərlər. Lakin bütün məsuliyyəti verməlidirlər. Faza I tədqiqatına öz xərçəng mərkəzinizdə başlaya bilərsiniz və geri qayıtmağa ehtiyac olmaz. Dəyişiklik etmək üçün Amerika Dərman İdarəsinə (FDA) və ya Milli Xərçəng Cəmiyyətinə (NCI) qayıtmalı olmazsınız. Dəyişiklikləri öz daxili müşahidə komitənizlə edə bilərsiniz və bunu çoxlu gözəl nəticə alınan faza II tədqiqatlarında da edə bilərsiniz.
Həmçinin Amerika Dərman İdarəsinin (FDA) dərman təsdiqləmə üsulunu dəyişməli olduğunu düşünürəm. Dərmanları təhlükəsizliyinə görə təsdiqləməli, lakin təhlükəsizliyi istifadə edəcək xəstəyə uyğun qiymətləndirməlidir. Dərmanın təhlükəsizliyi xəstənin sonrakı həyatına təsir edəcək. Bioloji hədəfi vurmaq üçün dərmanın təhlükəsizliyi və edə bildikləri vacibdir.
Mühüm olduğunu bildiyiniz dərman və ya reseptor hazırladıqda, dərman reseptoru vurursa, onu təsdiqləməlidirlər. Siz bunu həkimlərin müalicə alətlərinə daxil edirsiniz, həkimlər dərmanları istədikləri kimi qarışdırıb uyğunlaşdıra bilirlər. Bu yaxınlarda “Çox danışan axmaqlar cəmiyyəti”nin toplantısına qatıldım. Karyeram boyunca qatıldığım ən yaxşı toplantı idi. Çünki bütün məlumatların müzakirə edildiyi əsl müharibə otağı idi. Laboratoriya məlumatları uyğunlaşdırıldı və beləcə protokolu düzəldə bildik. İndi yoxlama sistemi ilə belə düzəlişlər almaq 800 gün çəkə bilər.
Bunu xərçəng mərkəzlərinə verirsiniz. Hər biri öz “Çox danışan axmaqlar cəmiyyəti”ni qurur, bioloji yolları və bütün mutasiyaları bilir, müalicələri qarışdırıb uyğunlaşdırır.
Ən maraqlısı yalnız işləri asanlaşdırması deyil, həm də daha az xərc tələb etməsidir. Bunu dəyişmək üçün Aya raket göndərmək lazım deyil; Amerika Dərman İdarəsi (FDA) və Milli Xərçəng Cəmiyyəti bəzi səlahiyyət və güclərindən vaz keçsə kifayətdir. Təəssüf ki, bunun əksinə Washington D.C-də qurumlar güc və səlahiyyətlərindən öz istəkləri ilə vaz keçirlər.
Çətinlik yaratdıqları üçün kitabımda tənqid etsəm də, çoxlu xərçəng mərkəzi bunu asanlıqla edə biləcək nöqtəyə gəlib. Bu mərkəzlərdə Amerika Dərman İdarəsinin indiyədək malik olduğundan çox daha artıq mütəxəssis var. Bəhs etdiyim bütün tədqiqat işləri və dərman lisenziya almadan xəstəyə verilməsi proqramı Amerika Dərman İdarəsindən alınaraq 1970-ci illərdəki yerinə qaytarılmalıdır.
Maurie Markman, MD: Kitabınızda məyusluğunuzu və xərçəng mərkəzlərindəki təcrübələrinizi aydın ifadə etmisiniz. Sualım budur, bunu dolayı demisiniz: xərçəng mərkəzlərinin mədəniyyəti dəyişirmi, xüsusən tam xərçəngə yönəlməyən və daha çox akademik olan matriks qurumların? Bu dəyişirmi?
Deyəsən sual budur: “Xərçəng mərkəzlərinin xərcindən çox, formalaşdırma və idarəetmə yolları, kimin məsul olduğu, onlara necə və niyə resurs verdiyimiz haqqında ətraflı düşünməyəmi ehtiyacımız var?”
Vincent T. Devita Jr, MD: Cavab bəli və bəlidir. Uzun cavab bir saat çəkə bilər. Cavab bəli. Yale-dəyəm və oranı çox tənqid edirəm. Öncəgörməm var və bir iş yanlış gedəndə bunu açıqlaya bilərəm. Çox yol keçmişik və tədqiqat nəticələrinin tətbiqində daha yaxşı olduğumuzu vurğulamaq istəyirəm.
Yale-ə gedəndə tədqiqat aparmaqdan narahat idilər. Tətbiq hissəsinə çox etinasız yanaşılmışdı və həyata keçirmək çətin idi. İndi tibbi onkologiyanın başında Roy Herbst var. Nəticələrin tətbiqində gözəl iş görür. Bəli, dəyişir.
Lakin hamısı deyil. Bu ölkədə yaxın vaxtlarda komanda ruhu olmayan xərçəng mərkəzində təcrübəm oldu. Bütün xərçəng mərkəzlərimizdə komanda kimi işləyən insanlar var. Ağciyər xərçənginiz varsa, sizi bu komandanın insanları görür. Bu mərkəzdə komanda yox idi, xəstə sadəcə növbə ilə bir həkimdən digərinə gedirdi. Düşünürəm, çox yol keçilib. Məncə klinik tədqiqatları xərçəng mərkəzlərinə verə bilərlər.
Maurie Markman, MD: İndi araşdırmalara dönmək istəyirəm. Sizdən kristal kürənizə baxmağı soruşmaq istəyirəm – bu ədalətsizdir, amma yenə soruşacağam. İmmunoterapiyadan danışdıq. İllər əvvəl də immunologiyanın içində olmaq və xərçəngi müalicə edə biləcəyimizi düşünmək. Xatırlayın, BCG və neyraminidaza (qlikozid hidrolaza fermenti) şiş hüceyrələri ilə bağlı tədqiqatımız vardı. Yəni, ilahi, düşünəndə “inana bilmirəm” deyirik. İndi olduğumuz yer inanılmazdır. Çox şey öyrənmişik. Həssas dərman, genomika və proteomika sahələri var. Sizcə bu hara gedəcək? Gələcək nədir? İmmunoterapiyadırmı? Hədəfə yönəlmiş müalicədirmi? Kombinə müalicədirmi? Təcrübə və müşahidələrinizə əsasən nə düşünürsünüz?
Vincent T. Devita Jr, MD: Kitabımda bunu “Xərçəngin ölümü” adlandırdım. Dr. Weinberg və Hanahan-ın yazdığı xərçəngin 8 xüsusiyyətini araşdırdım. “Uğurlu olanda 2 və ya 3 xüsusiyyətinə hücum edirik” deyirlər. Gələcəkdə bütün xüsusiyyətlərinə hücum etməyi düşünəcəyik. İmmunoterapiya yalnız biridir. İmmun nəzarətin çatışmazlığı bunlardan biridir. İnanıram ki, 1996-cı ildə nəzarət nöqtəsi inhibitorlarının tapılması bütün düşüncələrimizi dəyişdi. Xərçəngin kökünü kəsmək üçün immun sistemini niyə basdıra bilmədiyimizi tapmağa çalışaraq illərlə mübarizə apardıq.
Dr Steve Rosenberg limfosit infuziyası ilə IL-2 tətbiq edəndə xəstələrin 10% və ya 15%-dən mükəmməl cavab alınırdı, qalanlardan isə heç cavab alınmırdı. Nə baş verdiyini tapa bilmədik. Jim Allison, PhD nəzarət nöqtələrinin varlığını göstərərək bu problemi bizim üçün həll etdi.
İndi nəzarət nöqtəsi inhibitorları artıq bazardadır və immunoterapiyanın formasını dəyişib. İmmunoterapiyanın təkbaşına xərçəngin cavabı olacağına inanmıram. Birləşdirmək azadlığımız varsa, kimyaterapiya və digər üsullarla birlikdə ikili tətbiq ediləcəyini düşünürəm. Fərqləndirici xüsusiyyəti olmayan müalicələr barədə kitabda dediyim kimi, “mövcud tənzimləyici mühitdə uğurlar”.
Amerika Dərman İdarəsi (FDA) şirkətləri dərmanları tək-tək sınaqdan keçirməyə məcbur edir. Etməli olduğunuz dərmanları kombinə şəkildə birlikdə yoxlamaqdır.
Maurie Markman, MD: Bunu düzəldə bilərikmi? Bəli.
Vincent T. Devita Jr, MD: Faza I və faza II tədqiqatlarını xərçəng mərkəzlərinə versəniz, istədiklərinizi istənilən yolla edə bilərsiniz. Edilməli olan yalnız xəstələrin təhlükəsizliyinə və idarəetmənin təsirli olacağına əmin olmaqdır. Çox sürətlə düzəldilə və indiki xərcdən ucuz başa gələ bilər. Burada həqiqətən işləyəcək, daha ucuz olacaq və xərçəng müalicələrinin qarşısının alınmasının səbəblərini inkişaf etdirəcək fikrimiz var.
Maurie Markman, MD: Xərçəngdən qorunma konsepsiyası haqqında şərhləriniz. Etmək çox çətindir. Sizin baxışınızla gələcəkdə xərçəngdən qorunma barədə şərhiniz nədir?
Vincent T. Devita Jr, MD: Bəli. Şübhəniz olmasın, heç kim xərçəng olmaq istəmir. Mənfi tədqiqatları və profilaktika tədqiqatlarının çox bahalı olduğunu sübut etmək çətindir. Yağlı qidalanma və süd vəzi xərçəngi haqqında ilk düşünməyə başlayanda Milli Xərçəng Cəmiyyətində idim. İnsanlar profilaktikaya pul xərclənməsini deyirdilər. Biz də “yaxşı, az yağlı və standart qidalanmanı müqayisə edəcəyimiz, süd vəzi xərçəngi nisbətini azalda biləcəyimizə baxacağımız klinik tədqiqat hazırlayacağıq” dedik.
Üzərində işlədik və məlumatları şuraya mən təqdim etdim: “Bəs etmək istəyirsinizmi? Təsdiqiniz lazımdır. Bu tədqiqat $150 milyon dollara başa gələcək” dedim. Az qala ölürdülər. 150 milyon və uğur ehtimalı zəiflə heç arasında. Bunlar çox bahalı tədqiqatlardır və nəticələr istədiyiniz qədər möhkəm olmur. Bir şeyi qəti bilirik: Siqareti tərgitsəniz, xərçəngdən ölüm riskinizi çox-çox azaldarsınız.
Son vaxtlar donuz basdırması və kolon xərçəngi riski haqqında çox yazı var. İnsanlardan e-poçt alıram. “Sən nə edirsən?” soruşurlar. Bu doğrudur. Hər gün donuz basdırması yesəniz, kolon xərçəngi riskini az da olsa artıra bilərsiniz. Lakin siqaret çəkən xəstəyə rast gəlib donuz basdırması yeməyi dayandırmasını, daha az ət yeməsini desəniz, siqareti tərgitməsini deməsəniz nə olar? Bütün bunları tərəziyə qoyanda donuz basdırması istehlakı azalacaq, siqaret istehlakı zirvəyə çatacaq. Bilirik ki, insanların siqaret çəkməsinin qarşısı alınanda fayda verir. Siqaret tərgidildikdə ağciyər xərçəngindən ölüm nisbəti böyük ölçüdə azalır.
Bu azalmanı davam etdirə bilərik. Siqareti tam tərgitsək, xərçəngdən ölümü daha 30% azalda bilərik. Əks halda bunu etmək çox çətindir. Xərçəng riskini və bu azalmanı sürətləndirdiyi görünən kimyəvi profilaktika dərmanlarımız var. Araşdırılmayan sahələrdən biri siqareti tərgidənlərdə kimyəvi profilaktikadır. Siqareti tərgitsəniz, ağciyər xərçəngi riskinin azalması və heç çəkməyənlərlə eyni vəziyyətə gəlməsi 15 il çəkir, baş-boyun xərçənglərində bəlkə 10 il. Yenə vaxt alır.
Bu insanlara kimyəvi profilaktika dərmanları verildikdə riskin azalması sürətləndirilə, 15 ildəki azalma 5 ilə endirilə bilərmi? Əslində bu barədə araşdırmamız yoxdur və məncə bunu edə bilmərik. Burada iki şey vacib ola bilər. Birincisi, xərçəng gecikdirilə bilər. İkincisi, insanların siqareti tərgitməsi üçün böyük motivasiyadır. Çoxları “çox uzun müddət çəkmişəm. Bu nəyi dəyişəcək?” soruşur. Cavab budur: “Tərgitdiyiniz andan çox şeyi dəyişəcək. Siqareti tərgitsəniz və kimyəvi profilaktika dərmanları istifadə etsəniz, bəlkə 5 ildə bütün risk yox ola bilər.”
Maurie Markman, MD: Bir neçə il əvvəl xərçəng müalicəsinin nəhənglərindən biri adlandırılmaq necə hissdir?
Vincent T. Devita Jr, MD: Bu mənim üçün böyük şərəfdir. Həmkarların arasında fərq edilmək çox gözəldir və şirkət olduqca güclüdür. İllərlə heyran olduğum insanların hamısı o qrupda idi və qrupa qoşulmağa davam edirlər. Bu mənim üçün böyük şərəfdir və düşünürəm, insanlar səbirsizliklə bir gün xərçəng müalicəsinin nəhəngi sayılmağı gözləyirlər.
Maurie Markman, MD: Vincent, bu qədər illik müəllim, tibb sahəsində rəhbər və araşdırmaçı kimi nələri böyük inkişaf və kəşf adlandıra bilərsiniz?
Vincent T. Devita Jr, MD: Xərçəng sahəsinə baxanda deyiləsi çox şey var. Lakin xərçəng müalicəsindən danışırıqsa, məncə 3 paradiqma dəyişiklik və böyük təsir yaratdı. Birincisi kimyaterapiya ilə kombinə müalicə istifadə edərək irəliləmiş mərhələli xərçəngin müalicəsi idi. Bu, kolorektal və süd vəzi xərçəngləri üçün adyuvant müalicə sahəsini açdı.
İkincisi Brian Druker-in hədəfə yönəlmiş müalicə xəritəsinə mielositik leykemiyada Bcr-Abl mutasiyasını vuran dərmanı qoyması oldu. Bu, hədəfə yönəlmiş müalicəyə çatmağı təmin etdi. İndi ağciyər xərçəngi, melanoma dəri xərçəngi və çoxlu xərçəng növündə genomları ardıcıllamaq və hədəfi tapmaqla bu yanaşmanı istifadə edirik.
Üçüncüsü immunoterapiyada nəzarət nöqtələrinin kəşfi oldu. Bunlar xərçəng müalicəsinə mühüm təsir göstərmiş və dəyişiklik yaratmış 3 paradiqmadır.
Maurie Markman, MD: Son sual. Bu günlərdə nə edirsiniz? Kitab yazdığınızı və proqramlarda çıxış etdiyinizi bilirəm. Vaxtınızı necə keçirirsiniz?
Vincent T. Devita Jr, MD: “Onkologiyanın prinsipləri və tətbiqləri”ni dərc etdik. 11-ci nəşrə başlayırıq. Bunu niyə etdiyimi bilmirəm, amma çox əyləncəlidir, məni yeniliklərdən xəbərdar saxlayır. Kitabı 3 redaktor birlikdə hazırladıq, çox yorucu idi, amma mühüm prosesdir. Beləliklə, bütün vaxtımı buna sərf etdim. Gördüyünüz kitab çox vaxt aldı. Xəstələrə konsultasiya edirəm. Lakin artıq izləmirəm. Yəni xəstəyə konsultasiya edib halı izləyə bilən daha gənc həkimə verirəm və əlbəttə, öyrədirəm. Yaşlanmağın ən böyük faydalarından biri oturmağa, sahəyə baxmağa və qiymətləndirməyə daha çox vaxtın olmasıdır.
Maurie Markman, MD: Vince, sizə nə qədər təşəkkür etsəm azdır. Şəxsən mənim və gələcək onkoloq nəslinin – tibbi onkoloqlar, cərrahi onkoloqlar və radiasiya onkoloqları – müəllimi kimi, indiki və gələcək xəstələriniz üçün etdiklərinizlə siz həqiqətən xərçəng müalicəsinin nəhəngisiniz. Sizi tanımaq və rəhbərliyiniz altında işləmək mənim üçün şərəfdir. Çox təşəkkür edirəm.
Vincent T. Devita Jr, MD: Çox nəzakətlisən, Maurie. Səni görmək gözəl idi.
Maurie Markman, MD: Təşəkkür edirəm, mənim üçün xoş idi.
Mənbələr
https://global.onclive.com/onclive-tv/dr-devita-discusses-the-death-of-cancer/
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.