2022 üçün ümid: arzusuna gedən yolda xərçəngə tutulan xəstənin hekayəsi

2019 tarixində yoğun bağırsaq xərçəngi diaqnozu alan Karen Buncknall 51 yaşında idi və yayımçı olmaq istəyirdi. Karen arzusunu həyata keçirməsini, 2022 ilinə sevdikləri və ailəsi ilə girməsini təmin edənin “fasiləsiz xərçəng araşdırmaları və müalicə seçimləri” olduğunu söyləyir. Artıq “həmişəkindən daha cəsur, güclü və ağıllı” olduğuna inanır.
Yoğun bağırsaq xərçəngi və iki xoşxassəli beyin şişi diaqnozu aldı
Yeni ildə 2022 Coomonwealth Games Birmingham üzərində işləyən Sunset+Vine ilə təcrübəçi idman jurnalisti olmağa hazırdır. Jurnalistika sertifikatı alan Karen “Limfa düyünlərimə və vaginama yayılmış irəliləmiş kolon (yoğun bağırsaq) xərçəngi əlamətlərim və eşitmə ilə tarazlığıma təsir edən iki xoşxassəli beyin xərçəngim vardı” deyir.
“Həyatımı elmi xərçəng araşdırmalarına borcluyam, buna görə başqaları üçün fərq yaratmaqda üzərimə düşəni etməyə həvəsliyəm.”
Müalicədə eniş-yoxuşlar yaşayan Karen bu dövrdə Coverntry Universitetinin Sosiologiya Bölməsini bitirdi. Milli “Jurnalistikaya giriş” ITV və Media Etibarı mükafatını qazandı, peşəkar media səriştələri əldə etdi.
ITV Central-da bir müddət iş təcrübəsi qazanan Karen indi insanları ruhlandırmaq üçün Birləşmiş Krallıq Xərçəng Araşdırmaları Cəmiyyəti (Cancer Research UK) ilə işləyir.
“Hər iki insandan biri həyatının bir dövründə xərçəngdən təsirlənəcək və qarşılaşanda hər şeyin sonu kimi düşünməməliyik. Araşdırmalar sayəsində son 40 ildə sağqalma ikiqat artıb. Həyatım təsəvvür etmədiyim şəkildə dəyişdi. Hələ xərçəng xəstəsi olsam, təsirlərini yaşasam da, özümü əvvəlkindən daha cəsur, güclü və ağıllı hiss edirəm.”
Karenin müalicə prosesi
Karen 2019 martında ilk dəfə nəcisdə qan görməsi ilə mütəxəssisə müraciət etdi. Həmin gün bağırsaq xərçəngi diaqnozu alan Karen “Həkim əvvəl Crohn xəstəliyindən şübhələndi, ona görə üçüncü mərhələ bağırsaq xərçəngim olduğunu öyrənəndə şoka düşdüm” dedi.
“Əməliyyat olmalı olduğumu və ömrüm boyu kolostomiya torbam olacağını dedilər. Tam çaşmışdım, lakin həkimin sözlərini hələ xatırlayıram:
‘Bədəniniz şiş yaratmağa davam edəcək deyirdi – onun xərçəngli və ya xoşxassəli olmasını yoxlaya bilərik, ancaq sizə möcüzəvi müalicə verib-verə bilməyəcəyimi bilmirəm.’”
2019 iyununda Birmingham Queen Elizabeth Xəstəxanasında şişi kiçiltməyi hədəfləyən 6 həftəlik şüa müalicəsi aldı. Eyni ilin noyabrında Sutton Coldfield Good Hope Xəstəxanasında şişin çıxarılması və kolostomiya torbası üçün stoma açılması əməliyyatı keçirdi. Karen “Onda xərçəngin vaginama və limfa düyünlərimə yayıldığını öyrəndim. Onda sarsıldım. Heç bir qız belə xəbər almamalıdır.” Sonra 2020 yanvarında Karen Solihull Xəstəxanasında 6 aylıq FOLFOX kimyaterapiya müalicəsi aldı.
Karenin babası 1978 tarixində 61 yaşında yoğun bağırsaq xərçəngindən həyatını itirmişdi. Karen o vaxtdan xərçəng araşdırmalarında atılmış böyük addımları çox yaxşı görə bilirdi.
“Babamın da yaşadığına baxaraq araşdırmaların nə qədər irəlilədiyini görə bilirəm. On il əvvəl diaqnoz alsaydım, bu gün burada olmaya bilərdim. Diqqətimi toplamağa qərarlıyam, çünki məni xərçəng deyil, Karen olmaq müəyyən edir.”
Xərçəng müalicələrində inkişaflar
Onkologiyadakı inkişaflar sayəsində 2034 tarixinə çatanda hər dörd nəfərdən üçünün xərçəngdən sağ çıxdığını görəcəyimiz hesablanır.
Qərbi Midlands Cancer Research UK sözçüsü Paula Young “Karenə dəstəyi üçün çox minnətdarıq. Daha yaxşı müalicə tapmaqdan heç vaxt vaz keçməyəcəyik, lakin bunu tək edə bilmərik. Ötən il araşdırmaların dəyərini və birlikdə nələr bacaracağımızı əvvəlkindən çox sübut edir. Pandemiyadan çıxış yolumuz elm olduğu kimi xərçəngə qalib gəlmə yolumuz da elmdir.”
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.