4-cü mərhələ prostat xərçənginin gedişi təkrarlayan xəstəlikdən daha yaxşıdır

Yeni tədqiqata görə diaqnoz zamanı metastatik (4-cü mərhələ) prostat xərçəngi olan kişilərdə, erkən diaqnozdan və müalicədən sonra təkrarlanaraq metastatik olan prostat xərçəngli kişilərə nisbətən ölüm riski daha aşağıdır.
Səbəb ilkin müalicədən sonra təkrarlayan prostat xərçənglərinin daha aqressiv və fərqli biologiyaya malik olmağa meyilli olması ola bilər. Tədqiqat Urologic Oncology jurnalında 8 avqust 2020-ci ildə dərc olunub.
Qeyd: Hazırkı məlumatlara görə prostat xərçəngində aqressiv biologiya ilə əlaqəli əsas amillər böyük şiş diametri, yüksək Gleason balı, yüksək PSA və gənc yaşda xəstələnmədir.
- Əlaqəli mövzu: Prostat xərçənginin risk təsnifatı nədir?
Tədqiqat 1990-2016-cı illərdə prostat xərçəngi diaqnozu almış 14.753 xəstənin məlumatlarını araşdırdı. 669-da (%5) metastatik xəstəlik vardı:
- 303-də (% 45) diaqnoz zamanı metastatik prostat xərçəngi var idi,
- 366-da (% 55) ilkin müalicədən sonra təkrarlanaraq metastatik xəstəliyə irəliləmişdi.
Median izləmə diaqnoz zamanı metastatik xəstələrdə 40 ay, təkrarlayan metastatiklərdə 22 ay idi. Diaqnozda metastatik olanların 21-i (% 10) əvvəlcə radioterapiya və ya əməliyyat kimi lokal müalicə, 272-si (% 90) ilkin hormon müalicəsi aldı. Metastatik xəstəliyə irəliləyənlərdən 239-u (% 65) əvvəlcə lokal, 127-si (% 35) ilkin sistem hormonal müalicə aldı.
Sosiodemoqrafik amillərə, diaqnoz ilinə, yanaşı xəstəliklərə və ailə vəziyyətinə düzəlişdən sonra tədqiqatçılar diaqnozda metastatik olanlarda metastatik xəstəliyə irəliləyənlərdən xərçəngə bağlı ölüm riskinin %34 az olduğunu bildirdilər. Yalnız lokal müalicə ilə kombinə lokal və hormonal müalicə alan kişilərin sağqalımı arasında fərq tapılmadı.
Məlumatlar lokal müalicələrin metastatik prostat xərçəngli bütün xəstələrə fayda verməyəcəyini, bu qrupda lokal müalicə alacaq xəstələrin yaxşı seçilməli olduğunu düşündürür. Digər tərəfdən diaqnozda erkən mərhələli, amma təkrarlanma riski yüksək xəstələrin də düzgün müəyyən edilməsini dəstəkləyir.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.