6 dəfə artmış prostat xərçəngi riskini aşkar edə bilən DNT testi hazırlandı

140 mindən çox kişi üzərində aparılmış və Nature Geneticsjurnalında dərc edilmiş bir tədqiqatda prostat xərçəngi riskini artıran 63 yeni genetik variasiya (dəyişiklik) aşkarlandığı bildirilib.
Tədqiqatçılar iştirakçıların ömürboyu prostat xərçəngi riskini hesablamaq üçün yeni aşkar edilmiş bu tək nöqtə genetik dəyişiklikləri ilə yanaşı, əvvəllər prostat xərçəngi ilə əlaqələndirilmiş 100 genetik dəyişikliyi də nəzərə alaraq yeni DNT testi hazırlayıblar.
Tədqiqatın sonunda məlum olub ki, kişilərin %1-i prostat xərçəngi riskini 6 dəfə artıran riskli genetik dəyişiklikləri irsi olaraq daşıyırdı.
London Xərçəng Araşdırmaları İnstitutunun alimlərinin rəhbərlik etdiyi beynəlxalq tədqiqatçı qrupu yeni genetik variantları aşkar etmək üçün bu DNT testini hazırlayıb.
İmmun sistemin qarşılıqlı əlaqələrində genetik səhvlər
Yeni tədqiqatda prostat xərçəngi olan təxminən 80.000 kişinin və xəstəliyi olmayan 61.000 kişinin DNT kodundakıyarım milyondan çox tək hərf (nukleotid) dəyişikliyini müqayisə etmək üçün Oncoarray adlı yeni DNT analizindən istifadə olunub.
Tədqiqatçılar DNT-də irsi olaraq prostat xərçəngi riskini artırdığı məlum olan 63 yeni variant müəyyən ediblər. Əslində hər biri ayrı-ayrılıqda riskə kiçik təsir göstərirdi, lakin birdən çox varianta malik olmağın təsirinin kəskin olduğu görülüb.
Ən yüksək risk altındakı kişilərin %1-i ümumi əhali ilə müqayisədə 5.7 dəfə çox prostat xərçəngi riski daşıyırdı — belə ki, əhalidə hər 11 kişidən 1-inin prostat xərçənginə tutulacağı hesablandığı halda, yüksək riskli bu şəxslərdə hər 2 nəfərdən birinə prostat xərçəngi diaqnozu qoyulacağı hesablanıb.
Maraqlıdır ki, tədqiqatçılar yeni genetik variantların əksəriyyətinin immun sistem hüceyrələri ilə orqanizmdəki digər hüceyrələr arasındakı ünsiyyətdə iştirak edən genlər nahiyəsində olduğunu kəşf ediblər. Bu, immun yollardakı genetik səhvlərin prostat xərçəngi riskinə təsir edə biləcəyini düşündürür və bu da prostat xərçənglərinin immunoterapiyalarla gələcəkdə müalicə edilməsi üçün mühüm nəticələr doğura bilər.
Əlaqəli mövzu:
Tədqiqatçılar yeni araşdırmadan sonra artıq bir kişinin irsi prostat xərçəngi riskini %30 nisbətində aydınlaşdıra biləcəklərini düşünürlər. Ən yüksək irsi riski olan kişilərdə uyğun təqib üsulu ilə prostat xərçənglərini azaltmaq üçün götürülmüş tüpürcək nümunələrində DNT testi planlaşdırılır.
London Xərçəng Araşdırmaları İnstitutunun onkogenetika professoru Ros Eeles belə deyir: “On minlərlə kişinin DNT kodunu əvvəllər olmadığı qədər dərindən araşdıraraq genetik amillər barədə həyati əhəmiyyətli yeni məlumatlar əldə etdik. DNT-ni yoxlayaraq bir kişinin prostat xərçənginə tutulma ehtimalının nə qədər olduğunu deyə bilsək, növbəti addım xəstəliyin qarşısını almağa kömək etmək üçün bu məlumatdan istifadə edə bilib-bilməyəcəyimizi görməkdir. İndi ailə həkimlərinin tətbiq edəcəyi sadə tüpürcək testindən istifadə edən bu genetik testi prostat xərçəngini erkən aşkar etmək və ya hətta risklərini azaldacaq müdaxilələrdən faydalana biləcək yüksək riskli kişiləri müəyyən etmək üçün kiçik bir klinik tədqiqat başlatmağa ümid edirik.”
Mənbələr
Association analyses of more than 140,000 men identify 63 new prostate cancer susceptibility loci.
Nature Genetics, 2018.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.