Yeni qan testi ilə prostat biopsiyalarının %40-dan çoxunun qarşısı alına bilər

IsoPSA adlı yeni qan testi ilə prostat biopsiyalarının %40-dan çoxunun qarşısının alına biləcəyi, 13-cü Amerika Urologiya Assosiasiyasının İllik Toplantısında təqdim olunan araşdırmada göstərildi.
IsoPSA yüksək dərəcəli (Gleason balı ≥ 7) prostat xərçəngini xoşxassəli törəmələrdən və ya aşağı dərəcəli (Gleason = 6) prostat xərçəngindən ayırmaq üçün tapılmış, zülal quruluşlu bir biomarkerdir.
Nəticələr IsoPSA ölçülməsinin həm ilkin araşdırmada (% 45), həm də validasiya (təsdiqləmə) araşdırmasında (% 47) prostat biopsiyalarının %40-dan çoxunun qarşısını ala biləcəyini göstərdi. Bu da IsoPSA istifadəsinin prostat biopsiyasına ehtiyacı, beləliklə aqressiv olmayan (ölümə səbəb olmayacaq) prostat xərçənginin həddindən artıq aşkarlanmasını və həddindən artıq müalicəsini əhəmiyyətli dərəcədə azalda biləcəyini göstərir.
Cleveland Clinicmüəssisəsindən Dr. Eric Klein və komandasının apardığı ilkin araşdırma çoxmərkəzli təsdiqləmə araşdırması ilə təsdiqləndi. Beləliklə, IsoPSA şiş markerinin cutoff parametrləri (normal və normadan yüksək dəyərlər) də dəqiqləşdi.
Klinik baxımdan faydalı olmaq üçün biomarker həm toxumaya, həm də xərçəngə xas olmalıdır. Klassik prostat spesifik antigen (PSA) prostata xas olsa da, prostat xərçənginə xas deyil; prostatı əhatə edən bir çox başqa xəstəlikdə də PSA yüksələ bilər. Bu da diaqnostik səhvlərə və çox sayda lazımsız biopsiyaya səbəb olur. IsoPSA faydalı biomarker üçün tələb olunan toxuma və xərçəng spesifikliyini təmin edir və bu təsdiqləmə araşdırması onun yüksək dərəcəli prostat xərçəngini daha düzgün aşkarlaya bildiyini və bu xəstəliyə tutulma riski aşağı olan xəstələrdə lazımsız biopsiyaların nisbətini azalda bildiyini göstərir. Qarşıdakı dövrdə aparılacaq daha genişmiqyaslı klinik araşdırmalarla IsoPSA ölçülməsi gündəlik praktikada yerini ala bilər.
Mənbələr
Prospective Validation of The IsoPSA Assay for Detection of High Grade Prostate Cancer.
13th Annual Meeting of the American Urological Association (AUA) (Abstract PD60-05).
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.