Ağıllı neştər iKnife ilə əməliyyatlarda xərçəngli və sağlam toxumanı ayırmaq

Bu məqalədə
Bəzi şişlər sağlam toxuma ilə aydın sərhəd yaratdığı halda, bəzi şişlər üçün sağlam və xərçəngli toxumanı bir-birindən ayırmaq çətin ola bilər. Buna görə cərrahlar üçün bədəndə nəyi kəsib çıxardıqlarını bilmək çox vacibdir. Buna nümunələrdən biri də yumurtalıq xərçəngidir. Yumurtalıqda kütlə görünüşlü törəmənin xoşxassəli və ya xərçəng olduğunu müəyyən etmək çətin ola bilər. Bu da əməliyyatı çətinləşdirə bilər.
Hazırda yumurtalıqda və ya çanaqda (qasıq nahiyəsində) şübhəli kütlələri olan qadınlara tez-tez tətbiq edilən cərrahiyyə həm yumurtalıqların, həm uşaqlıq borularının, həm də uşaqlıq və uşaqlıq boynunun birlikdə götürüldüyü genişmiqyaslı əməliyyatdır. Bu əməliyyata qısaca TAH-BSO (Total Abdominal Hysterectomy - Bilateral Salpingo-Oophorectomy) deyilir. Bu əhatəli əməliyyatla lazım olduğundan çox toxuma-orqan çıxarıldığı isə bəzən daha sonra hazır olan patologiya hesabatı ilə anlaşılır. Daha az toxuma çıxarmaq isə ikinci əməliyyatlara səbəb ola bilər.
Bu mövzuda ehtiyac duyulan cərrahların əməliyyat zamanı hansı toxumanın sağlam, hansının xərçəngli olduğunu anlamalarını təmin edəcək vasitədir. «iKnife» (ağıllı neştər) adlı eksperimental cihazla bu mümkün ola bilər.
iKnife nədir?
iKnife fərqli cərrahi alətdir. Əməliyyat zamanı yalnız kəsməklə qalmır, kəsərkən kəsilən toxumanı müəyyən etmək üçün proqramlaşdırıla bilər.
iKnife Imperial College London-da professor Zoltan Takats və komandası tərəfindən ixtira edildi. IKnife-ı dizayn edərkən Takats və komandası standart cərrahi bıçağı çox həssas molekulyar çəki şkalasına bağladılar.
Bu gün cərrahi bıçaqların çoxu lazer xüsusiyyətinə də malikdir, yəni toxumanı kəsərkən eyni zamanda dağlayır/yandırır; beləliklə daha az qanama olur. iKnife isə toxumanı həm kəsir, həm də yandırır, yəni lazer neştəridir. Bundan əlavə, toxumadakı molekulları mass (kütlə) spektrometri adlanan cihazla təhlil edir.
Xərçəngli hüceyrələr normal hüceyrələrdən fərqli molekullara malikdir və kütlə spektrometri cihazları fərqli molekulları böyük həssaslıqla ortaya qoya bilər.
Ümidverici ilk nəticələr
Tədqiqat qrupu işə yumurtalıq xərçəngi əməliyyatı zamanı alınan nümunələri sınamaq və nəticələri patologiya hesabatları ilə müqayisə etməklə başladı.
iKnife-dan istifadə edərək normal toxumanı xərçəngli toxumadan % 93 ilə 100 nisbətində düzgün ayırmaqla yumurtalıq xərçənginin diaqnoz edilə biləcəyini göstərdilər. Bu, son dərəcə həyəcanverici nəticədir.
Daha məhdud əməliyyat aparmaq - xüsusilə gənc xəstələr üçün - doğuş qabiliyyəti şansının da artması deməkdir.
Sonrakı addımlar
iKnife-dan yumurtalıq xərçəngindən başqa xərçənglərin də faydalanacağı nəzərdə tutulur. Bu günlərdə alimlər süd vəzi xərçəngində iKnife-ı sınaqdan keçirirlər.
IKnife-ın ən faydalı ola biləcəyi sahələrdən digərinin beyin şişi olacağı düşünülür və beyin şişi əməliyyatlarında da iKnife sınanmağa başlandı. Xərçəng əməliyyatlarında əsas prinsip gözlə görünməyən mikro-metastazları da nəzərə alaraq şişi ətrafındakı bir qədər sağlam toxuma ilə birlikdə çıxarmaqdır. Lakin söhbət beyindən gedəndə mümkün qədər az beyin toxuması çıxarılmalıdır. Buna görə iKnife beyin əməliyyatlarının nəticələrini yaxşılaşdıra bilər.
IKnife-ın xərçəng əməliyyatını daha ağıllı aparıb-aparmayacağını bilməzdən əvvəl bir qədər də sınanması lazımdır, lakin faydaları çox böyük ola bilər. iKnife əməliyyat zamanı doğru diaqnoz verə bilsə, cərrahi yanaşmaları dəyişdirə bilər. Bu da hər şəxs üçün fərdiləşdirilmiş əməliyyatlara imkan verər.
Mənbələr
The surgical intelligent knife distinguishes normal, borderline and malignant gynaecological tissues using rapid evaporative ionisation mass spectrometry (REIMS).
British Journal of Cancer, 19 April 2018
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.