Amniosentez 1952 – Ana bətnindəki körpənin sağlamlığının yoxlanması

Yazıçı Frank N. Magill belə deyir:
“Minlərlə il ərzində dölün uşaqlıqda görünə və ya toxunula bilməməsi doğuşdan əvvəlki qayğı və insan körpəsinin gələcək psixi və fiziki sağlamlığının müəyyənləşdirilməsində böyük problem yaratdı. Bu problemin həlli 23 fevral 1952-ci ildə The Lancet-in ‘Yenidoğulmuşda hemolitik xəstəliyin antenatal proqnozlaşdırılması’ adlı tədqiqatı yayımlaması ilə başladı.”
Bu araşdırmada ingilis mama-ginekoloq Douglas Bevis dölün anası ilə uyğun gəlməyən qan amili səbəbindən potensial ölümcül qan pozuntusunun olub-olmadığını müəyyən etmək üçün amniosentezdən istifadəni təsvir etmişdir.
Ana bətnində körpənin içində olduğu maye olan amniotik mayedən nümunə götürülməsi ilə həyata keçirilən amniosentez ilə xromosom pozuntusu, genetik xəstəlik və ya infeksiya kimi hallar müəyyən edilə bilər.
Amniosentez adətən hamiləliyin on dördüncü və iyirminci həftələri arasında aparılan tibbi testə deyilir. Bu testdə;
- İnkişaf edən dölü əhatə edən kisədən az miqdarda amniotik maye götürülür.
- Amniotik maye dölün böyüməsi zamanı ayrılan fetal zülalları və dəri hüceyrələrini ehtiva edir.
- Dölün xromosomları və DNA-sı Daun sindromu kimi genetik anormallıqlar baxımından araşdırılır.
- Amniosentez zamanı həkimin iynəni ananın qarın divarından, uşaqlıqdan və amniotik kisədən keçirərək mayeni toplamasına kömək etmək üçün ultrasəsdən istifadə olunur.
- Alfa-fetoprotein səviyyəsini ölçməklə ehtimal olunan sinir borusu qüsurları (embrional sinir borusunun tam bağlanmamasından qaynaqlanan spina bifida da daxil olmaqla) qiymətləndirilə bilər.
Ailə tarixçəsində genetik xəstəlik olan və ya 34 yaşdan yuxarı hamilə qalan qadınlara amniosentez aparıla bilər. Amniosentez oraq hüceyrəli anemiya, kistik fibroz, əzələ distrofiyası, Tay-Sachs xəstəliyini yoxlamaq və ya körpənin ağciyərlərinin kifayət qədər yetişdiyini müəyyən etmək üçün də istifadə oluna bilər.
Digər fetal diaqnostika üsulu olan xorion xovlarının nümunələnməsi ana ilə dölün birləşdiyi müvəqqəti orqan olan plasentadan kiçik bir hissə götürülməsi prosedurudur.
Yazıdakı şəklin izahı: Amniotik mayenin içində olan insan
dölünün ultrasəs görüntüsü.
Yazıda adı çəkilən tarixi şəxslər: Douglas Charles Aitchison Bevis (1919 – 1994).
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.