Arıqlama dərmanı lorcaserin barədə xərçəng riski daşıdığına görə FDA xəbərdarlığı

Lorcaserin təsiredici maddəli Belviq adlı dərman 2012 ilində bəzi piylənməsi olan xəstələrdə arıqlama müalicəsi kimi ABŞ Qida və Dərman İdarəsinin (FDA) təsdiqini almışdı. Locaserin təsiredici maddəsinin təhlükəsizliyini qiymətləndirən klinik tədqiqatın nəticələrinə görə bu dərmanın potensial olaraq xərçəng riskini artıra bildiyi 14 yanvar 2019 tarixində yayımlanan yeni FDA xəbərdarlığında elan edildi.
Lorcaserin serotonin 2C reseptor aqonistidir. Bədən kütlə indeksi (BKİ) ≥30 olan piylənməsi olan şəxslərdə kalori qəbulunu azaltmaq və fiziki fəallığı artırmaq üçün və ya ən azı 1 yanaşı xəstəliyi (məs., hipertoniya, dislipidemiya, tip 2 diabet) olan BKİ ≥27 şəxslərdə arıqlama müalicəsi kimi təsdiqlənib. Belviq və Belviq XR (uzun təsirli forması, 2016 tarixində təsdiqləndi) markaları ilə satılır.
Təxminən 12.000 xəstədə aparılan böyük faz-4 (təsdiqdən sonrakı) klinik tədqiqatdan alınan məlumatlar lorcaserin ilə arıqlama müalicəsinin potensial xərçəng səbəbi olduğunu tapdı. FDA xəbərdarlığına görə 5 illik izləmə müddətində dərmanı alan xəstələr, plasebo alanlarla müqayisədə statistik əhəmiyyətli dərəcədə daha çox xərçəng diaqnozu alıblar.
Xəbərdarlığın sonundakı FDA tövsiyəsi belədir: Səhiyyə mütəxəssisləri xəstələrə bu müalicəni verib-verməmək qərarında lorcaserin qəbulunun faydalarının potensial riskləri aşıb-aşmayacağını düşünməlidirlər. Hazırda lorcaserin işlədən xəstələr lorcaserin istifadəsi ilə potensial artan xərçəng riski barədə səhiyyə mütəxəssisləri ilə danışmalıdırlar.
Əlaqəli mövzu:
- Piylənmə müalicəsində işlədilən cihazlar haqqında bilinməli olanlar
Mənbələr
fda.gov 14 Jan 2020
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.