COVID-19 üzrə son yeniliklər – Faza 3 klinik tədqiqat, Skrininq testi, Diabet və Hipertoniya, Aşağı D vitamini, Gözlənilməz təsirlər; ürək zədələnməsi və saç tökülməsi

Aparılan tədqiqatlarla yeni tip koronavirusun (SARS-CoV-2) səbəb olduğu COVID-19 pandemiyasıhaqqında məlumatlarımız artmaqda davam edir. Gəlin ən son yayımlanmış yenilikləri birlikdə nəzərdən keçirək.
Peyvənd üçün faza-3 klinik tədqiqatlar (genişmiqyaslı insan sınaqları) başladı
Moderna və ABŞ Milli Səhiyyə İnstitutları birlikdə hazırladıqları COVID-19 peyvənd namizədini sınaqdan keçirən faza 3 klinik tədqiqatlarabaşladıqlarını elan etdilər. Təxminən 30 min yetkin könüllü ilə aparılacaq tədqiqat təcrübi peyvəndin təhlükəsizliyini və iki dozanın COVID-19-un qarşısını alıb-almadığını qiymətləndirmək üçün hazırlanıb.
ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun açıqlamasında hazırlanmış mRNA-1273 peyvəndininerkən mərhələli klinik tədqiqatlarda təhlükəsiz və immunogen olduğu sübuta yetirildiyi və bu nəticələrin faza 3 klinik tədqiqatının keçirilməsini dəstəklədiyi bildirilib. Hazırlanan bu tədqiqatla peyvəndin COVID-19-un qarşısını alıb-almayacağını və verdiyi qorunmanın nə qədər davam edəcəyini müəyyənləşdirmək hədəflənir.
İlk skrininq testi
ABŞ Qida və Dərman İdarəsi (FDA) LabCorp-un COVID-19 RT-PCR diaqnostik testinin istifadəsi üçün iki əlavə hal/məqsəd açıqladı: COVID-19 əlaməti göstərməyən şəxslər və ya infeksiyadan şübhələnmək üçün səbəbi olmayan şəxslər. Beləliklə, insanlarda hər hansı əlamətin yaranmasını gözləmədən diaqnostik testin daha geniş tətbiqi əlamətsiz COVID-19 xəstələrinin erkən aşkarlanmasına imkan verərək epidemiyanın yayılmasının qarşısını almağa kömək edə bilər. FDA-nın mətbuat açıqlamasında həmçinin diaqnostik testin aparılması üçün elan edilmiş yeni icazənin məktəblərin və iş yerlərinin yenidən açılmasına kömək edəcək düzgün addım olduğu bildirildi.
Diabet və hipertoniya
Dünya üzrə xəstəxanaya yerləşdirilərək müalicə alan COVID-19 xəstələrinin məlumatları təhlil edildikdə, diabet və hipertoniya kimi xroniki xəstəlikləri olan şəxslərin intensiv terapiya şöbəsinə yerləşdirilmə və ölüm göstəricilərinin artdığı müəyyən edildi. Xəstəxanaya yerləşdirilmiş 15.794 xəstənin məlumatları və dekabr-aprel ayları arasında dərc edilmiş 65 hesabatdan toplanan məlumatlar bütün xəstələrin %12-sində diabet, %17-sində hipertoniya olduğunu göstərdi.
Tədqiqatda iştirak edən Dr. Fady Hannah-Shmouni müsahibəsində bəzi məhdudiyyətlər olsa da, yüksək təzyiqi və diabeti olan şəxslərdə COVID-19-un görülmə tezliyinin artdığını göstərdiklərini bildirib. Nəticələr diabetli xəstələrin intensiv terapiyaya yerləşdirilmə göstəricilərinin diabeti olmayanlarla müqayisədə %96 daha yüksək olduğunu, ölüm hallarının isə 2,78 dəfə artdığını göstərir. Digər tərəfdən, yüksək təzyiqi olanlarda intensiv terapiya ehtiyacı yüksək təzyiqi olmayanlarla müqayisədə 2,95 dəfə artır, ölüm isə 2,39 dəfə daha çoxdur.
Yeni tapıntılar “virus, diabet, yüksək təzyiq və digər risk amilləri” arasında əlaqə olduğunu göstərir. COVID-19, diabet və yüksək təzyiq arasındakı əlaqənin müəyyən edilməsi bu xroniki xəstəlikləri olan şəxslərin COVID-19 riskləri barədə məlumatlandırılmalı, qan təzyiqini və yüksək qan şəkərini nəzarətdə saxlamaq üçün lazım olan dərman və vasitələrə yetərli çıxışlarının olmalı olduğu deməkdir.
Aşağı D vitamini riski artırırmı?
Aparılan bir tədqiqat aşağı plazma D vitamini səviyyəsinin COVID-19 infeksiyası və xəstəxanaya yerləşdirilmə üçün müstəqil risk amili olduğunu göstərir. Tədqiqat COVID-19 və D vitamini səviyyəsini müəyyən etmək üçün istifadə olunan 25(OH)D səviyyələrinin ölçüldüyü 14 min xəstəni əhatə edir.
Tədqiqatda COVID-19 test nəticəsi müsbət olan şəxslərin normal və ya aşağı D vitamini səviyyələrinə malik olma ehtimalı təxminən %50 müəyyən edildi. Bu nəticələr D vitamininin COVID-19-a yoluxma riski, xəstəliyin gedişi barədə məlumat vermək, xəstəxanaya yerləşdirilmə riskini qiymətləndirmək və infeksiyanın qarşısının alınmasında rolunun olub-olmadığını müəyyənləşdirmək üçün daha genişmiqyaslı randomizə edilmiş tədqiqatın aparılmasının lazım olduğunu göstərir.
COVID-19-dan sonra müşahidə edilən ürək zədələnməsi
COVID-19 ilə xəstəxanaya yerləşdirilən xəstələrdə, xüsusilə ürək-damar xəstəliyi və ya risk amilləri olan xəstələrdə ürəyin zədələnə biləcəyinə dair sübutlar pandemiyanın ilk günlərində açıq şəkildə müşahidə edildi.
Klinisistlər COVID-19-un ürəyə mənfi təsirini müşahidə etsələr də, bu zədələnməyə “niyə” səbəb olduğunu tam müəyyən edə bilmədilər. Əsas sual SARS-CoV-2-nin ürəyə birbaşa hücum edib-etməməsidir. 27 iyulda dərc edilmiş 2 yeni hesabat virusun ürək əzələsini (miokardı) ürək əzələsinin iltihabına (miokarditə) səbəb olmadan təsirləndirdiyini göstərir. Bundan başqa, COVID-19-dan sağalmış bəzi xəstələrdə sonrakı yaşlarda ürək çatışmazlığına səbəb ola biləcək qalıcı miokard zədələnməsi və iltihablanma müşahidə edilib.
Başqa tədqiqatda da oxşar olaraq COVID-19-u keçirib sağalmış xəstələrdə mədəcik funksiyasının pozulması, mədəcik kütləsinin böyüməsi və miokard iltihabının müşahidə edildiyi bildirilib. Digər tədqiqatda ölümdən sonra ürəyi araşdırılmış 39 xəstədə SARS-CoV-2-nin mövcudluğu və ürək əzələsində virusun çoxaldığı müəyyən edildi. İlkin tədqiqatlar COVID-19-un ürəyi zədələdiyini sübut etsə də, uzunmüddətli təsirlərini öyrənmək üçün daha çox tədqiqata ehtiyac var.
COVID-19 saç itkisinə səbəb olurmu?
COVID-19-dan sağalmış bəzi xəstələrdə tamamilə gözlənilməz uzunmüddətli təsir müşahidə edilib: saç tökülməsi. Kəskin infeksiyadan həftələr, hətta aylar sonra telogen effluvium tipli saç tökülməsi bildirilib. Bu saç tökülməsi müvəqqəti olsa da, fiziki və ya emosional stress, yüksək qızdırma, xəstəlik və ya çəki itkisindən qaynaqlanır. Bütün bu amillər COVID-19 üçün də bildirilir. Stress saç tökülməsi səbəblərinin təxminən %50-sini təşkil etsə də, bəzi COVID-19 xəstələrində saç tökülməsinin niyə baş verdiyi tam izah edilmir.
Nəticə
Yeni tədqiqatlar COVID-19 pandemiyası haqqında daha çox məlumat əldə etməyimizə imkan verir. Bu müddətdə əl gigiyenasına diqqət yetirərək, sosial məsafəni qoruyaraq və lazım olduqda ev daxilində də maska taxmağa diqqət edərək özümüzü və yaxınlarımızı qoruya bilərik.
*
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.