EGFR mutasiyası nədir? Ağciyər xərçəngində EGFR testi necə aparılır?

Bu məqalədə
1956-cı ildə biokimyaçı Dr. Cohen xərçəngli hüceyrələrdə böyüməyə səbəb olan mexanizmlə maraqlanması ilə başlayan prosesdə müşahidələri zamanı siçanlardan götürülmüş şiş hüceyrələri cücə embrionlarına verildikdə embrionlarda sinir inkişafına və böyüməyə yol açan maddənin ifraz olunduğunu müəyyən edərək Epidermal Böyümə Amilini (EGF) kəşf edir. Heyvan təcrübələrindən sonra EGF-nin yalnız xərçəngli hüceyrələr üçün deyil, embrional inkişaf və bədənin normal tarazlığının təmin olunmasında da mühüm rol oynadığını göstərir. Dr. Cohenin EGF-ni kəşf etdikdən sonra molekulyar quruluşunu izah etməsi 20 il çəkir və Nobel mükafatını 1986-cı ildə alır.
EGFR zülal quruluşlu, hüceyrə səthində olan reseptordur.
Bu reseptor hüceyrə səthində stimullaşdırıcı molekulun bağlandığı hissə, hüceyrə qişası hissəsi və hüceyrə daxilində ferment aktivliyi göstərən hissə olmaqla üç bölmədən ibarətdir. Aktivləşdikdə hüceyrə daxilində siqnal ötürülməsinə və nəticədə hüceyrədaxili dəyişikliklərə yol açır. EGFR-ni kodlayan gendə anormallıq (dəyişiklik, mutasiya) yarandıqda reseptorun çox işləməsinə, bu da xərçəng hüceyrələrinin böyümə və çoxalmasının artmasına səbəb olur.
EGF reseptoru normal hüceyrələrdə də olur, lakin xərçəngli hüceyrələrdə həddindən artıq miqdarda və ya mutasiyaya uğramış olmağa meyllidir.
Kiçikhüceyrəli olmayan ağciyər xərçəngində(KHDAK) EGFR-nin həddindən artıq çoxalması (hiperekspressiyası) xəstələrin %70-ində görülür. Lakin müalicə cavabını müəyyən edən EGFR-də mutasiyanın olmasıdır. Təxminən hər 7 KHDAK xəstəsindən 1-də bu mutasiya vardır.
Mutasiya yoxlanması xüsusilə KHDAKalt növlərindən olan
- adenokarsinoma
- irihüceyrəli tip
- alt növü müəyyən edilə bilməyənlərə
- heç siqaret çəkməmiş yastıhüceyrəli
- adenoskvamoz hüceyrəli (qarışıq tip) xərçənglərə tövsiyə olunur.
KHDAK-də EGFR mutasiyası olanlarda bu müalicələrlə cavab göstəricisi %50-60-dır.
EGFR mutasiyası hazırda həm şiş toxumasından, həm də qandan maye biopsiya ilə yoxlana bilir!
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.