Eyni həkimə iki dəfə gedərək həm özünüzə, həm də həkiminizə şans verin

Birləşmiş Krallığın Exeter Universitetinin Tibb Fakültəsi tədqiqatçılarının apardığı araşdırmaya görə, xəstələrə tibbi qulluq eyni həkim tərəfindən göstərildikdə həyat itkisi göstəriciləri azalır.
Bu tədqiqatın araşdırmaçılarından professor Philip Evans tibbi qulluqda davamlılığın yalnız xəstə ilə həkim arasında təkrarlanan görüşlərlə tanışlığın yarandığı və yaxşı ünsiyyətlə formalaşan münasibət növü olduğunu açıqlayıb. Xəstəni tanıyan həkimdən tibbi xidmət almaq daha yüksək xəstə məmnuniyyəti və xəstəxanaya yatış göstəricilərinin azalması kimi olduqca faydalı nəticələrə gətirib çıxarır.
Əlaqəli mövzu :
Sistematik icmal kimi dərc edilən bu araşdırmada müxtəlif dövrlərdə, fərqli mədəniyyət və səhiyyə sistemlərinə malik doqquz ölkədə aparılmış 22 yüksək keyfiyyətli tədqiqatdan istifadə olunub. Nəticədə tibbi xidmətin davamlılığının qorunması həyat itkisinin yüzdə 82 daha az olması ilə əlaqələndirilib.
Tədqiqatçılar belə nəticəyə gəliblər ki, xəstə eyni həkim tərəfindən dövri və ya davamlı olaraq izlənildikdə həyat itkisi göstəricisi azalır. Tədqiqat “potensial həyatqurtarıcı” rolu ilə tibbi praktikada insanlararası qarşılıqlı əlaqələrin əhəmiyyətinədiqqət çəkib. Hətta bu mövzuya qabaqcıl texnologiyalardan və yeni müalicə üsullarından daha çox üstünlük verilməli olduğu nəticəsinə gəlinib.
Bu yenilikçi tapıntı ailə həkimləri, psixiatriya, onkologiya və cərrahiyyə mütəxəssisləri kimi tibbin bir çox sahəsini əhatə edir.
Tədqiqatçılar həkimlə xəstə arasındakı ünsiyyətin həyati rolunu görməyin əhəmiyyətinidaha yaxşı anladıqlarını ifadə ediblər. İndiyədək xəstələrin öz seçdikləri həkimə müraciət etmək yanaşmaları daha asan və nəzakətli yanaşma hesab olunurdu. Bundan sonra isə tibbi xidmətin davamlılığının da tibbi qulluğun keyfiyyətində mühüm rolu olduğu yadda saxlanmalıdır.
Sağlamlıq problemlərinin həlli məsələsində həkim-həkim gəzmək şəklində davranış ölkəmizdə də çox yayılıb. Lakin xəstəliklərin təbiəti etibarilə diaqnoz qoymaq və ya mövcud problemin həlli üçün ən uyğun müalicəyə çatmaq çox vaxt ilk addımda mümkün olmaya bilər; bəzən mümkün ehtimalları istisna etməklə, bəzən də ardıcıl addımları tətbiq etməklə düzgün diaqnoza və ya müalicəyə çatılır. Bu tədqiqat xəstə barədə yaddaşa malik həkimə davamlı müraciətin əhəmiyyətini göstərir və əslində ikinci rəy sistemini də dəstəkləyir. Çünki ikinci rəy xərçəng kimi xəstəliklərdə xəstənin əsas həkimini də dəstəkləyən bir tətbiqdir. Hətta bu gün həkimlər özləri xəstənin müalicəni daha məmnun və ağlındakı sualları azalmış şəkildə davam etdirməsi üçün onu ikinci rəy almağa həvəsləndirirlər.
Mənbələr
Continuity of care with doctors - a matter of life and death? A systematic review of continuity of care and mortality.
BMJ Open, June 2018
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.