Fermentləşdirilmiş qidaların hansı mexanizmlə sağlamlığa fayda verdiyi aşkarlandı

Qatıq, kefir kimi fermentləşdirilmiş qidaların sağlamlığa və immun sisteminəhansı mexanizmlə fayda verdiyi çoxdan araşdırılır. May 2019-da PLOS Geneticsjurnalında dərc edilən tədqiqat yalnız insan və meymunlarda olan mexanizmi aşkar etdi. Mexanizm HCA3 adlı, yalnız insan və meymunlarda olan hüceyrə reseptorunu əhatə edir.
Məlum olduğu kimi, süd turşusu bakteriyaları, bəzi qidaların fermentasiyasını təmin edir (bax: fermentasiya nədir, fermentləşdirilmiş qidalar hansılardır). Məsələn süddən qatıq əldə etməkdə bu bakteriyalardan istifadə olunur. Onlar bağırsağımızda da yaşayırlar. Süd turşusu bakteriyaları heyvan və bitki mənbələrində fermentasiya edən funksional mikroorqanizmlər qrupundandır. Qidanı çox cəhətdən dəyişdirib sağlamlığa faydalı edirlər. Əvvəlki tədqiqatlar fermentləşdirilmiş qidaların çox faydalı olduğunu göstərmişdi. Lakin süd turşusu ilə əlaqəli qidaların hansı bioloji mexanizmlə fayda verdiyi aydın deyildi.
Araşdırmada HCA reseptorlarının bu faydadakı rolu öyrənildi. Əksər məməlilərdə HCA1 və HCA2 olmaqla iki növ var. İnsan və meymunlarda HCA3 adlı üçüncü reseptor da mövcuddur.
Nəticəyə görə:
Süd turşusu bakteriyası fəaliyyətinin yan məhsulu olan metabolit, fenilsüd turşusu (D-PLA) molekulunun HCA3 reseptoruna bağlanaraq immun fəallığını artırdığı aşkarlandı.

Bu tədqiqat bizə nə deyir?
- Qidanı fermentləşdirən və bağırsaqda yaşayan bakteriyaların insanlarla birlikdə təkamül etdiyini göstərir. Həmçinin fermentləşdirilmiş qidanın hansı bioloji mexanizmlə faydalı olduğunu izah edir.
- Nəticələr bu faydalı bioloji mexanizmlərdən necə istifadə etməyə dair tədqiqatlara işıq sala bilər. HCA3 reseptoru, iltihabi xəstəliklərin müalicəsində yaxşı dərman hədəfi ola bilər.
- Gələcəkdə D-PLA-nın immun sisteminə təsiri araşdırılacaq. Eyni zamanda D-PLA-nın HCA3 daşıyan piy hüceyrələrinə təsiri də öyrəniləcək.
Mənbələr
Metabolites of lactic acid bacteria present in fermented foods are highly potent agonists of human hydroxycarboxylic acid receptor 3.
PLoS Genet 2019
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.