Kefir nədir? Kefirin 6 faydası

Bu məqalədə
Kefir də yoqurt kimi türklərin tapdığı və əsrlərdir istifadə etdiyi fermentləşdirilmiş süd məhsuludur. Orta Asiyadan Qafqaz vasitəsilə Rusiyaya, oradan Avropa və Amerikaya yayılmış, lakin Türkiyədə yaxın vaxta qədər az tanınan süd içkisidir. Təxminən 30-50 növ faydalı bakteriya və maya ilə fermentləşdirilərək hazırlanır. Kefir adının “köpürmək”dən və ya istehlakdan sonra yaxşı hiss etdirdiyi üçün “keyif”dən gəldiyi iddia olunur.
Turş ayrana bənzər dadı olan kefir ideal probiotik qidadır. Süd və süd məhsulları barədə mənfi “şayiələrin” olduğu bu gün xüsusi vurğulamaq lazımdır ki, kefir və yoqurt kimi süd məhsulları əsrlərdir, türk cəmiyyəti başda olmaqla, geniş istehlak olunur; hətta xalqların köçü zamanı qərb cəmiyyətləri türklərin gücünü heybələrində daşıdıqları bu içkilərlə əlaqələndirmişdir.
Kefirin 6 faydası
- Qan şəkərini sürətlə yüksəltməyən, yəni qlisemik indeksi aşağı qidadır
Diabet xəstələrində və sağlam insanlarda aparılmış tədqiqatlarda müntəzəm istehlak edilən kefirin qan şəkərini taraz saxlamağa kömək etdiyi göstərilmişdir (qlisemik indeksi aşağı qida). - Xolesterini azaldır
Tədqiqatlara görə 8 həftə müntəzəm olaraq gündə 2 stəkan kefir içənlərdə pis xolesterin səviyyəsi azalır. Probiotiklərin bədənə daxil olan pis xolesterinin təsirini azaltdığı düşünülür. - Qida dəyəri yüksəkdir Qida dəyəri yüksək süd məhsuludur. Zülal, kalsium, D vitamini və kalium baxımından zəngin qidadır.
- Laktoza dözümsüzlüyü çatışmazlığı yoxdur
Kefir laktozasız süd məhsuludur. Bəzi süd məhsullarından sonra qaz, şişkinlik, ürəkbulanma kimi laktoza dözümsüzlüyü əlamətləri yaşansa da, kefirin əksinə bu şikayətlərə yaxşı təsir etdiyi məlumdur. Laktoza dözümsüzlüyü olanlar kefir içə bilər. Faydalı bakteriyalar, yəni probiotiklər sayəsində həzm sisteminə yaxşı təsir edir. - Mədə sağlamlığı baxımından mühümdür
Mədədə həm yaxşı, həm də pis bakteriyalar olur. Yaxşı və pis bakteriyalar arasında tarazlığın təmin edilməsi mədəni sağlam saxlamağın mühüm hissəsidir. Stres, fast-food və ya hisə verilmiş qidalar və hazır içkilər, çox duz istehlakı, bəzi ağrıkəsicilər və antibiotiklər mədəyə zərər verə bilər. Kefir kimi probiotiklərhəzm sistemindəki yaxşı bakteriyaları dəstəkləyir və sağlam tarazlığın qorunmasına kömək edə bilər. Kefir həmçinin enterit adlandırdığımız bağırsaq infeksiyasına və ya antibiotiklərin yaratdığı ishala qarşı kömək edir. Kefirin mədə xoralarına yaxşı təsir etdiyini göstərən tədqiqat da vardır. - Çəkiyə nəzarət etməyə kömək edir
Qidalı xüsusiyyətləri, tox saxlaması və kalorisi nəzərə alındıqda çəkiyə nəzarət etməyə kömək etdiyi düşünülür. Lakin bu barədə aydın fikir demək üçün daha çox tədqiqat lazımdır.
Bütün bu faydalarla yanaşı, xərçəng xəstələrində müdafiə sistemimizin üzvləri olan ağ qan hüceyrələrinin (leykosit və neytrofil) sayının həddindən artıq aşağı olduğu leykopeniya və neytropeniya hallarında kefir istehlakı tövsiyə edilmir. Buna görə aktiv kimyaterapiya prosesindəki xəstələr kefir və ya başqa hazır probiotik məhsul istehlakından əvvəl onkoloqu, onkologiya tibb bacısı və ya onkologiya dietoloqu ilə məsləhətləşməlidir.
Kefir necə hazırlanır? Ev kefiri resepti
Ərzaqlar:
- 1-2 xörək qaşığı kefir mayası-dənəsi
- 1 ədəd 1kg-lıq şüşə qapaqlı banka
- Polad və ya plastik süzgəc
- Taxta qaşıq
- 1 litr süd (özünüz qaynatdığınız və ya hazır süd)
Hazırlanması:
- Addım:
Bankaya kefir mayasını qoyun. Üzərinə bədən temperaturunda təzə süd əlavə edin. Kefirin dadını sevmirsinizsə və ya çox turş gəlirsə, bu mərhələdə yarım çay qaşığı qədər yoqurt da əlavə edə bilərsiniz. Onda daha rahat içilən, narahat etməyən dadı olar. Bu qarışığı hazırladığınız bankanı 24 saat qaranlıq şkafda saxlayın. - Addım:
24 saatdan sonra kefirinizi süzərək başqa qaba tökün. Taxta qaşıqla süzgəcdəki maye hissəni yaxşı süzün. Süzgəcin üstündə qalan bakteriyaları yenidən istifadə edə biləcəksiniz. Süzülmüş kefiri soyuducuda saxlayın. Mayasını da dondura və ya soyuducuda saxlayıb yenidən istifadə edə bilərsiniz.
Mənbələr
Milk kefir: nutritional, microbiological and health benefits.
Nutr Res Rev. 2017 Jun
2. Alireza OSTADRAHIMI, Akbar TAGHIZADEH, Majid MOBASSERI et. al.
Effect of Probiotic Fermented Milk (Kefir) on Glycemic Control and Lipid Profile In Type 2 Diabetic Patients: A Randomized Double-Blind Placebo-Controlled Clinical Trial.
Iran J Public Health. 2015 Feb.
3. Hertzler SR, Clancy SM.
Kefir improves lactose digestion and tolerance in adults with lactose maldigestion.
J Am Diet Assoc. 2003 May.
4. Analy Machado de Oliveira Leite, Marco Antonio Lemos Miguel et. al.
Microbiological, technological and therapeutic properties of kefir: a natural probiotic beverage.
Braz J Microbiol. 2013.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.