Gənclikdə ürək sağlamlığına diqqət etməyin irəli yaşda beyni qoruduğu aşkarlandı

Gənclikdə fiziki məşq və sağlam qidalanma vərdişi olan fərdlərin yaşlılıqda yüksək təzyiq, xolesterin və ürək-damar tutulması kimi xəstəliklərdən qorunduğu məlumdur. Yeni tədqiqatda bu vərdişlərin irəli yaşlarda ürək-damar sağlamlığını qorumaqla yanaşı beynimizi də gənc saxladığı görülmüşdür. Neurology jurnalında dərc edilmiş bu tədqiqatda gənclikdə ürək sağlamlığına diqqət edən fərdlərin orta yaşlarda ürək sağlamlığına diqqət etməyənlərdən daha böyük beyinə və daha yaxşı beyin funksiyasına malik olduğu bildirilir.
7 addımda əvvəl ürək, sonra beyin sağlamlığı
Amerika Ürək Assosiasiyası bütün fərdlərin ürək sağlamlığını qorumaq üçün tətbiq etməli olduğu 7 addımı müəyyən etmişdir. Bu 7 addım:
- yüksək təzyiqi nəzarətdə saxlamaq,
- xolesterinə nəzarət etmək,
- qan şəkərini azaltmaq,
- fiziki cəhətdən aktiv olmaq,
- sağlam qidalanmaq,
- çəki azaltmaq və
- siqareti tərgitməkdir.
Tədqiqatda orta yaşı 51 olan 518 fərd 30 il izlənilmişdir. Fərdlərin boyu, çəkisi, qan təzyiqi, xolesterini, qan şəkəri, qidalanma və məşq vəziyyətləri müntəzəm qeydə alınmış, 2 ilə 5 ildən bir eMaR üsulu ilə beyin görüntülənməsi aparılmışdır. Həmçinin tədqiqat boyunca Amerika Ürək Assosiasiyasının müəyyən etdiyi 7 addıma nə qədər əməl etdikləri də balla qiymətləndirilmişdir. Bu qiymətləndirmədə 0-7 arasında olanlar zəif uyğunluq, 8-11 arasında olanlar orta uyğunluq, 12-14 arasında olanlar isə ideal uyğunluq göstərən fərdlər kimi müəyyən edilmişdir.
Tədqiqatın başlanğıcında iştirakçıların %5-i zəif, %62-si orta, %33-ü isə ideal uyğunluq göstərirdi. Tədqiqat nəticəsinə görə başlanğıcda ideal uyğunluq göstərən fərdlərin irəli yaşlarda beyninin ölçü baxımından daha böyük olduğu görülmüşdür. Həmçinin orta uyğunluq göstərənlərin beyin ölçüsünün zəif uyğunluq göstərənlərdən daha böyük olduğu müəyyən edilmişdir.
Tədqiqatı aparan Dr. Bancks 7 addıma əsaslanan qiymətləndirmədə hər əlavə balın təxminən beynin bir il daha gənc olması demək olduğunu bildirir, həmçinin siqaret istifadəsi ilə beyin yaşlanması arasında güclü əlaqə olduğunu vurğulayır. Bu tədqiqatlar həyəcanvericidir, çünki gənc yaşlarda edilən dəyişikliklərin sağlam və uzun həyat təmin edə biləcəyini göstərir. Nəticə olaraq bu tədqiqat, erkən yaşlarda ürək sağlamlığına diqqət etməyin irəli yaşlarda beyin sağlamlığına və funksiyalarına müsbət təsir edə biləcəyini göstərir.
Burada xüsusilə sağlam qidalanmanın yalnız irəli yaşlar üçün olmadığını bir daha xatırlatmaq istəyirik. Uşaqlarımıza fiziki məşq və sağlam qidalanma vərdişi qazandıraraq gələcək həyatlarında onları ürək-damar xəstəliklərindən, beynin sürətli yaşlanmasından qoruya, uzun və sağlam həyatlarını təmin edə bilərik.
Mənbələr
Cardiovascular health in young adulthood and structural brain MRI in midlife.
Neurology, 2017
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.