Həm xərçəng hüceyrəsinə, həm də T hüceyrəsinə bağlana bilən yeni xərçəng müalicəsi hazırlandı

Xərçəngin 10 əsas xüsusiyyətindənbiri də immun sistem üçün görünməz olmağı öyrənməsidir. İmmunoterapiyalarimmun sistemin xərçəng hüceyrəsini tanımasını təmin edərək effektiv müalicə imkanı yaradır. May 2018-ci ildə PNASjurnalında dərc edilmiş tədqiqata görə hazırlanmış anticisim quruluşlu dərman həm xərçəng hüceyrəsinə, həm də immun sistemin T hüceyrəsinə bağlanaraq xərçəng hüceyrəsinin məhv edilməsini təmin edir.
Bu anticismin iki xüsusiyyəti:
- Anticismin bir hissəsi xərçəng hüceyrələrində çox aktiv olan ROR1 reseptoruna bağlanır. ROR1 xərçəng hüceyrələrinin səthində olan tirozin kinaza reseptorudur. ROR1 embrional dövrdə normal hüceyrələrdə aktivdir. Yetkinlikdə isə aktivliyini itirir. İndiyədək aparılmış tədqiqatlarda ROR1 reseptoru süd vəzi, ağciyər, yumurtalıq və qan xərçənglərində aktiv müəyyən edilib. Her2 mənfi süd vəzi xərçəngi olan xəstələrdə ROR1 reseptorunun aktivliyi yüksəkdir.
- Anticismin ikinci hissəsi isə T hüceyrələrinə bağlanaraq onları aktivləşdirir. T hüceyrələri xərçəng hüceyrələrini məhv edən ən mühüm ağ qan hüceyrələridir.

Bəs bu tədqiqat bizə nə ifadə edir?
- Eyni anda həm xərçəng hüceyrəsinə bağlanan, həm də T hüceyrəsini aktivləşdirən yeni anticisim hazırlanıb.
- Klassik anticisim müalicələri xərçəng hüceyrələrinə bağlanır, lakin T hüceyrələrini aktivləşdirə bilmir. Hazırlanmış ikifunksiyalı anticisimlərlə xərçəng hüceyrələri effektiv məhv edilə bilər.
- Xüsusilə Her2 mənfi süd vəzi xərçənginə qarşı bu tip anticisimlər istifadə oluna bilər.
Bu ikifunksiyalı anticisimlər genetika mühəndisliyi texnologiyaları ilə istehsal edilib və onkologiyada bispesifik anticisimlər adlandırılır. İmmunoterapiyanın bir növü olan bispesifik anticisim müalicələri çərçivəsində indiyədək FDA təsdiqi almış tək dərman var: blinatumomab [bispesifik T-cell engagers (BiTEs)] bir tərəfdən T hüceyrəsindəki CD3-ə, digər tərəfdən şiş hüceyrəsindəki CD19 adlı molekullara bağlanır və kəskin limfoblastik leykozun müalicəsində istifadə olunur.
Mənbələr
Potent and selective antitumor activity of a T cell-engaging bispecific antibody targeting a membrane-proximal epitope of ROR1.
PNAS May 29, 2018.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.