İmmun sisteminin gizli açarı STING reseptoru – yeni immunoterapiya hədəfi

Hər gün yeni nəsil xərçəng dərmanı hazırlanır. Noyabr 2018-də Naturedə 44 alimin iştirakı ilə dərc edilən hesabatda xərçəng müalicəsində istifadə üçün yeni nəsil immunoterapiya dərmanları açıqlandı.
Məlumdur ki, immun sistemi mürəkkəb hüceyrələrdən ibarət olub infeksiya-xəstəlikdən qoruyur. Virusdan parazit qurda minlərlə patogeni tapır, sağlamdan zədəli və patogeni ayırır. İşdə təbii immunitetin mərkəzi vasitəçisi STING yolu üzərindən immun sisteminin xərçəng hüceyrəsini tanımasını və məhv etməsini təmin edəcək yeni dərmanlar müəyyən edildi.
Bunun üçün STING zülalına baxıldı. Aktivləşəndə T hüceyrələrini tanıma və məhvə yönəldir. Necə aktivləşir?
T-ni aktivləşdirmək üçün STING reseptorunu hədəfləmək
Tədqiqatlarda hüceyrədə endoplazmatik retikulum orqanoidində yerləşən STING reseptorunun patogen və normal DNA fərqini ayıran immun sistemdə rolu tapıldı. Aktivləşdirən amidobenzimidazole qrup dərman hazırlandı . Yeni nəsil dərmanların çox üstünlüyü var. Qana birbaşa vurulan amidobenzimidazole qrupu çətin əlçatan solid orqan şişlərini effektiv hədəfləyir. Siçan xərçəng modellərində bu dərmanların immun sisteminin yaddaş hüceyrələrini də aktivləşdirdiyi görüldü. Yəni xərçəng təkrarlayanda immun hüceyrələri hücuma hazır ola, əlavə müalicə lazım olmaya bilər.

Şəklin izahı: Hüceyrədaxili STING reseptoru stimullaşdırılarkən tip-1 interferon və sitokin kimi immun aktivləşdirən molekulların istehsalını artıraraq, makrofaqların, dendritik və təbii öldürücü (NK) hüceyrələrin aktivləşməsi, şişə xüsusi T-nin təhsil və diferensiasiyasını verir.
Təbii STING aqonistləri bakteriya və immun hüceyrələrinin ifadə etdiyi kiçik molekullardır. Sintetik amidobenzimidazole agentləri təbii STING molekulundan çox aktiv idi. Sintetik aktivatorlar şiş antigeninə immun cavabı stimullaşdırmaq üçün həm sistemik (venadan bütün bədənə), həm birbaşa şişə inyeksiya üçün hazırlanır. Bu proses bir xərçəng vaksini kimi də görülə bilər.
Vurğulanmalıdır ki, STING zülalını hədəfləyən molekullar hələ xəstələrdə sınanmayıb və heç bir orqan klinik istifadəyə təsdiqləməyib. STING aktivləşdirən potensial dərmanların faza-1 klinik tədqiqatının 2019-da başlaması planlanır.
Mənbələr
Design of amidobenzimidazole STING receptor agonists with systemic activity
Nature, 07 November 2018.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.