İrəliləmiş mərhələli BRAF V600 mutant MELANOM müalicəsi üçün immunoterapiya atezolizumab FDA təsdiqi aldı

BRAF V600 mutasiyası müsbət olan, əməliyyatla çıxarıla bilməyən və ya metastaz vermiş melanomalı xəstələr üçün kobimetinib və vemurafeniblə birlikdə atezolizumab (Tecentriq) adlı immunoterapiyanı30 iyul 2020-ci ildə ABŞ Qida və Dərman İdarəsi (FDA) təsdiqlədi. Bu, BRAF inhibitorları ilə immunoterapiyanın ilk təsdiqlənmiş kombinasiyasıdır.
IMspire150 klinik tədqiqatı
Kobimetinib və vemurafeniblə atezolizumabın effektivliyi ikiqat kor, randomizə edilmiş (1:1), plasebo-nəzarətli və çoxmərkəzli IMspire150 adlı klinik tədqiqatda 514 xəstədə qiymətləndirildi. 28 günlük kobimetinib və vemurafenib siklindən sonra xəstələrə gündə bir dəfə 60 mg kobimetinib və gündə iki dəfə 720 mg vemurafenib ağızdan həb şəklində, əlavə olaraq 2 həftədən bir 840 mg atezolizumab məhlul şəklində infuziya ilə və ya plasebo verildi. Plasebo qolunda komimetinib gündə bir dəfə 60 mg (21 gün istifadə, 7 gün fasilə) və vemurafenib 960 gündə 2 dəfə verildi.
Əsas effektivlik nəticəsi meyarı proqressiyasız (irəliləməsiz) sağqalım (PFS) idi.
Median (ortanca) PFS atezolizumab qolunda 15.1 ay, plasebo qolunda isə 10 ay idi. Müalicəyə immunoterapiyanın əlavə edilməsi xərçəngin irəliləmə riskini %22 azaltdı.
Melanomalı xəstələrdə kobimetinib və vemurafeniblə kombinasiyada atezolizumab zamanı ən çox (%20) görülən yan təsirlər səpgi, əzələ-skelet ağrısı, ürəkbulanma, yorğunluq, qaraciyər zədələnməsi, pireksiya (qızdırma), ürəkbulanma, ödem, stomatit (ağız yarası), hipotireoz (qalxanabənzər vəz funksiyasının pozulması) və fotosensitivlik (günəşə həddindən artıq həssaslıq) idi.
28 günlük kobimetinib və vemurafenib sikli tamamlandıqdan sonra tövsiyə edilən atezolizumab dozası2 həftədən bir 840 mg-dır. Eyni vaxtda ağızdan gündə bir dəfə 60 mg kobimetinib (21 gün istifadə və 7 gün fasilə) və gündə iki dəfə 720 mg vemurafenib qəbul edilir.
*
Mənbələr
fda.gov - 30 July 2020
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.