İrsi xərçənglərin araşdırılmasında CRISPR genetik texnikası istifadə olunacaq

Xərçənglərin yüzdə 10-u irsi ötürülən gen zədələrindən qaynaqlanır. İrsi xərçəng sindromlarının aşkarlanması həm şəxs üçün təsirli müalicə planının hazırlanmasına, həm də ailəsinə yönəlmiş xərçəng riskinin idarə olunmasına kömək edir. Sentyabr 2017-də Science adlı elmi jurnalda dərc edilən tədqiqata görə irsi xərçəng sindromlarını süni orqanlarda CRISPR-CAS9 genetik texnikası ilə araşdırmağa imkan verən üsul hazırlanmışdır.
Xərçəngdə ən çox görülən mutasiyalar DNA təmir genlərində yaranır
Təmir edilə bilməyən zədələrin yığılması nəticəsində hüceyrə nəzarətsiz çoxalmağa başlayır. DNA təmir genlərindəki mutasiyalar germlayn ola bilər. Germlayn mutasiya daşıyan şəxslərdə xərçəngə tutulma riski olduqca yüksəkdir.
Tədqiqatçılar DNA təmir genlərindəki irsi mutasiyaların süd vəzi və yoğun bağırsaq xərçənginin inkişafındakı rolunu araşdırmışlar. Bu məqsədlə kök hüceyrələr istifadə edilərək orqanoid (orqanabənzər quruluşlar) yaradılmış və crispr texnikası ilə müəyyən genlərdə mutasiya yaradılaraq bu genlərin xərçəngləşmədəki rolu araşdırılmışdır.
Tədqiqatın nəticəsinə görə:
- MLH1 VƏ NTHL1 genlərindəki mutasiyaların yoğun bağırsaq xərçəngi və süd vəzi xərçənginin inkişafına səbəb olduğu müşahidə edilmişdir.
Bəs bu tədqiqat bizim üçün nə ifadə edir?
- Orqanoidlərin xərçəng tədqiqatlarında əhəmiyyəti artmağa başlamışdır. Son illərdə bəzi xərçəng dərmanları təcrübə heyvanları və ya insanlar əvəzinə orqanoidlərdə sınaqdan keçirilir.
- Crispr ilə süni orqanlarda müəyyən gendə mutasiya yaradılaraq genlərdəki mutasiyaların hansı xərçəng növlərini tətikləyə biləcəyi müəyyən edilə bilər. Beləliklə, təsirli risk planlaması və profilaktik müalicələr hazırlana bilər.
Mənbələr
Use of CRISPR-modified human stem cell organoids to study the origin of mutational signatures in cancer.
Science. 2017 Sep 14.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.