Mədə xərçəngində əməliyyatöncəsi cavabı artıran addım: kimyaterapiya və radioterapiya

Bu məqalədə
Əməliyyatöncəsi intensivləşdirilmiş müalicə
Niyə yeni yanaşmaya ehtiyac var?
Mədə xərçəngi müalicəsində standart yanaşmamız adətən əməliyyatdan əvvəl və sonra kimyaterapiyadır (perioperativ müalicə). Lakin klinik praktikada tez-tez qarşılaşdığımız böyük problem var: Mədə əməliyyatı (qastrektomiya) keçirən xəstələr əməliyyatdan sonra bərpada çətinlik çəkir və planlanan müalicənin “əməliyyatdan sonrakı” hissəsini tamamlaya bilmir.
Niderlanddan Faza 2 CRITICS-II tədqiqatı, məhz bu problemə yönəlir: “Müalicənin hamısını və ya ən intensiv hissəsini xəstə hələ güclü ikən, yəni əməliyyatdan əvvəl versək, nəticələr daha yaxşı olarmı?”
ASCO GI 2026-da təqdim olunan nəticələr kimyaterapiya ilə radioterapiyanın əməliyyatdan əvvəl birləşdirilməsinin (total neoadyuvant yanaşma) sağqalım nisbətlərini əhəmiyyətli dərəcədə artıra biləcəyini göstərir.
Tədqiqatın dizaynı: üç fərqli strategiya müqayisə olundu
IB-IIIC mərhələli rezektabel (əməliyyat edilə bilən) mədə xərçəngi xəstələri üç fərqli əməliyyatöncəsi müalicə qrupuna ayrılıb:
1. Yalnız kimyaterapiya
4 kurs dosetaksel, oksaliplatin və kapesitabin.
2. Kombinasiya (TNT)
2 kurs kimyaterapiya, ardınca kimyaradioterapiya (45 Gy radioterapiya + paklitaksel/karboplatin).
3. Yalnız kimyaradioterapiya
Yalnız eyni vaxtda radioterapiya və kimyaterapiya.
Nəticələr: kombinə müalicə öndədir
Ən diqqətçəkən nəticə əməliyyatdan əvvəl həm kimyaterapiya, həm də kimyaradioterapiya alan qrupun (kombinasiya) nəticələrinin digərlərindən nəzərəçarpacaq üstün olması idi.
1-ci ildə hadisəsiz sağqalım (EFS) nisbətləri
- Verheij M, et al. Neoadjuvant chemotherapy plus chemoradiotherapy may be superior to neoadjuvant chemotherapy or chemoradiotherapy alone in patients with resectable gastric cancer. ASCO Gastrointestinal Cancers Symposium. 2026; Abstract 283.
- Leong T, et al. Preoperative chemoradiotherapy for resectable gastric cancer. N Engl J Med. 2024;391(19):1810-1821.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.




Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.