Onkologiyada 2016-cı il: uğurlar və çatışmazlıqlar haqqında düşüncələr

2016-cı ildə onkologiyada ən diqqətçəkən inkişaf ABŞ vitse-prezidenti Joe Bidenin oğlunun beyin şişi (GBM IV) səbəbindən ölümündən sonra Obamanın 12 yanvarda elan etdiyi Cancer Moonshot adlı proqramın başlanmasıdır.
Bu proqramın məqsədi tədqiqatlardan alınan məlumatlar əvəzinə “real həyat”dan məlumat toplayaraq kompüter analizi, yəni bioinformatika ilə xərçəngi daha yaxşı anlamaq kimi ifadə edilib. Başqa sözlə, xərçəngin mahiyyətini anlamaq üçün illərlə edilən səylərin daha tez nəticə verməsini təmin etmək; bunun üçün xərçənglə maraqlanan bütün dairələrin əməkdaşlığı… 10 illik irəliləyişi 5 ildə həyata keçirmək…
Xərçəng Qərb dünyasında ölümün aparıcı səbəbi kimi ürək-damar xəstəliklərini geridə qoyub. Bununla belə, xərçəngdən müalicə olunub həyatına sağlam davam edənlərin sayı hər gün artır. Alimlər, klinisistlər, qeyri-hökumət təşkilatları və siyasətçilər xərçəngin müalicəsi üçün çalışdıqları və maliyyə axtardıqları qədər müalicə alıb həyatına davam edənlər üçün də araşdırmalar etməlidirlər.
Keçən il yeni dərman təsdiqlərində aparıcı qurum olan Amerika Qida və Dərman İdarəsi FDA kiçik hüceyrəli olmayan ağciyər xərçəngi üçün yeni nəsil immunoterapiya dərmanlarına təsdiq verdi. FDA həmçinin 40 illik fasilədən sonra yumşaq toxuma sarkoması üçün yeni dərman təsdiqlədi.
Demək olar hər xərçəng növünün müalicəsində əldə edilən müsbət irəliləyişlərə baxmayaraq, qulluq-müalicə xərcləri, həyat keyfiyyəti və coğrafi bölgələrə görə fərqli müalicə imkanları mühüm problemlər olaraq qalır.
Genetika və immun sistemi haqqında biliyimiz artdıqca hədəfə yönəlmiş və immun müalicələrdəciddi irəliləyiş əldə etməyə başladıq. Lakin yeni nəsil ümidverici dərmanlar olan immunoterapiyaların təsirli olduğu göstərilən xərçəng növlərində niyə bəzi xəstələrdə çox yaxşı işləyib digərlərində zəif qaldığı hələ tam aydın deyil. Həmçinin bu immunoterapiya dərmanları olduqca bahadır. Bu mövzu dəfələrlə bir çox yazıda dilə gətirildi. Xəstələrin bu dərmanları əldə etməsi üçün daha münasib yollar tapılmalıdır.
Ağızdan həb şəklində (oral) qəbul edilən kimyaterapiya dərmanlarının say və çeşidinin hər il artması xəstənin müalicəyə uyğunluğunun, xəstə və yaxınının onkoloji təhsilinin əhəmiyyətini artırıb fərqli ölçüyə daşıyıb.
Pediatrik (uşaqlıq çağı) xərçənglər ən mühüm müalicə uğurlarının əldə edildiyi xərçəng növlərinin başında gəlir. Bir çox pediatrik xərçəng növündə tam sağalmanı ifadə edən 5 illik orta sağqalım nisbəti %84-ə çatıb. Müalicə olunub həyatına davam edən uşaqlarımız üçün həyat keyfiyyəti getdikcə artan problemdir. Xüsusilə bu yaş qrupunda müalicələrə bağlı yan təsirlər ömürboyu sağlamlıq problemləri yarada bilər və getdikcə artan sayda tədqiqat xərçəng müalicələrindən qaynaqlana biləcək uzunmüddətli sağlamlıq problemlərinin qarşısını almağın ən yaxşı yollarını araşdırır.
Xərçənglə məşğul olan mütəxəssislər ən yaxşı müalicəyə çatmaq üçün yalnız yeni təsirli dərmanlar tapmaq məqsədilə araşdırmamalı, xərçəng sahəsində demək olar daim inkişaf edib dəyişən məlumatdan da xəbərdar olduqlarına əmin olmalıdırlar. Buna görə həm əhalinin, həm də həkimlərin təhsilixərçəng müalicəsinin mümkün olması üçün lazımdır.
Yeni dərman hazırlama və təsdiq prosesləri, klinik tədqiqatlar xərçəng üçün çox vacibdir; lakin xərçəng müalicəsinə doğru irəliləmək üçün xəstəyə bütöv yanaşmaq və ehtiyaclarını hiss etmək də lazımdır. Səhiyyə siyasətini istiqamətləndirənlər, onkoloqlar və xərçəng sahəsində çalışan alimlər xərçəngin yalnız klinik müalicəsi deyil, eyni zamanda xərçəngləşmə prosesinin (karsinogenezin) daha yaxşı anlaşılması üçün də əməkdaşlıq etməlidirlər.
Mənbələr
A Year in Review: Reflections on Successes and Shortcomings.
cancertherapyadvisor.com
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.