Pod Mod: yeni dövrün ən sevimli nikotin asılılığı vasitəsi – gizli hədəf Gənclər!

Bu məqalədə
NEJM adlı elmi jurnalın 22 avqust 2018 sayında dərc olunan ən mühüm başlıqlardan biri yeni nəsil elektron siqaret Pod Mod haqqında idi. Tütün məhsullarının, xüsusilə siqaretin bu günədək müxtəlif formalarda necə bazara təqdim edildiyini, bu günün ən yeni ictimai sağlamlıq böhranı kimi qiymətləndirdiyimiz elektron siqaretin sağlamlıq təsirlərini və gəncləri hədəfləməsini izah edən yazıları əvvəl paylaşmışdıq (bütün e-siqaret yazılarımız). Bəs gündəmə gətirəcəyimiz, elektron siqaretin öz təkamül prosesində aldığı bu yeni forma olan Pod Mod nədir və gəncləri nələr gözləyir?
Elektron siqaret istifadəsinin populyarlaşdığı illərdə yeniyetmələrin e-siqaret istifadəsi ictimai sağlamlıq birlikləri tərəfindən olduqca təəccüblə qarşılanmışdı. 2011-ci ildə Amerikada yuxarı sinif şagirdlərinin %2-dən azı e-siqaret istifadə etdiyi halda, bu göstərici 2015-ci ilə qədər qısa müddətdə %16-ya çatmışdı. 2016-cı ildə Amerikada başda Surgeon Genaral olmaqla müxtəlif birliklər bu problemin qarşısını almaq üçün böyük səy göstərdilər. İctimai maarifləndirmə kampaniyaları və siyasətlər nəticəsində yuxarı sinif şagirdlərində 2016-cı ildə e-siqaret istifadəsi %11-ə endi. Texnologiya və marketinq dünyasındakı yeni inkişaf isə bu azalmanı təhdid edə bilər.
Pod Mod nədir?

Pod Mod adlı yeni elektron siqaret növü populyarlıq qazanır kimi görünür. Pod Mod kiçik kapsulu xatırladan cihazdır. Şirinləşdirici və kartriclərdə saxlanılan digər maddələri ehtiva edən maye məhlulları aerozola çevirən kiçik, təkrar doldurulan cihazlardır (iş prinsipi kapsul qəhvə kimi düşünülə bilər).
Bu gün Juul adlı populyar e-siqaret markasının pod sistemli elektron siqaret cihazlarının gənclər arasında tez-tez istifadə edildiyi bildirilir. Juul markası e-siqaret bazarına 2015-ci ildə daxil oldu və 2017-ci ildə ABŞ-da ən çox istifadə olunan elektron siqaret markası idi. Nielsen məlumatlarına görə 27 yanvar 2018 etibarilə Juul ABŞ e-siqaret bazarının %49,6-sına hakimdir. Yenə hesabatlara görə gənclər pod modları keçid məhsulu kimi istifadə etmirlər. Tütün məhsulu istifadə etməmiş gənclərin pod mod istifadəsi yeni asılılıqlara qapı açacaq kimi görünür.
Salt nikotin / nikotin duzu
Juul və digər pod mod elektron siqaret cihazları nikotin duzlarından alınan protonlaşdırılmış nikotin formullarından istifadə edir. Nikotin duzu nikotinin daha təsirli çatdırılmasını təmin edən yeni nikotin formasıdır. Bu, nikotini daha güclü və daha yüksək səviyyədə çəkməyə xidmət edir. Nikotin duzları tərkibində bəzi gizli komponentlər saxlayır. Saxladıqları bu gizli komponent benzoik turşu kimi tanınır.
Rəqəmlərə görə nikotin duzu məhlulları əksər e-siqaret məhsullarındakının 2 ilə 10 qatı nikotin konsentrasiyası ehtiva edir. Juul-un saytı kapsul başına 0.7 ml nikotin [konsentrasiya, millilitr başına 59 mg (% 5)] - təxminən 20 adi siqaretə bərabər olduğunu göstərir. Patentlərindən göründüyünə görə duz əsaslı nikotin və digər qatqı maddələrinin birləşmələri hətta yüksək nikotin konsentrasiyalarında razısalıcı təcrübə təqdim edir. Gənclərə təsir edəcək başqa vəziyyət də buradan qaynaqlanacaq kimi görünür; nikotin duzu ilə yüksək miqdarda nikotin verilərkən dad və hiss baxımından problem yaşanmaması məhsulun istifadəsinin davamı üçün mühüm amildir. Nikotin asılılığı elmi sübut olunmuş maddədir və yüksək miqdarda qəbul asılılığa qapı açır. Yenə baxdıqda Juul markasını istifadə edən 15 ilə 24 yaş aralığındakı gənclərin %80 nisbətində bu məhsulu istifadə etməyə davam etməsi narahatlıqların doğruluğunu göstərir.
Həmçinin fiziki quruluşu gizlətməyə çox uyğun olduğundan gənclər arasında gizli istehlak edilə bilir. Juul cihazlarının ölçüləri 9.4 cm x 1.52 cm x 0.76 cm, çəkisi isə yalnız 100 qramdır. Kompüter USB daşıyıcılarına bənzəyən, diqqət çəkməyən quruluşu var. Gənclər buna görə onları asanlıqla gizlədə və hətta məktəbdə istifadə edə bilirlər.
Pod sistemli elektron siqaretlər geniş kütləyə xitab etmək potensialına malikdir. Qəşəng, müasir dizaynları və ağıllı cihazlara bənzəmələri istifadəçinin seçim səbəbi olur. Juul üçün fərdiləşdirilə bilən örtüklər, videooyun oyunçularının oyun personajlarını təmsil etmək üçün seçə bildikləri fərdi vizual örtüklər hazırlana bilir; «karamel», «meyvə göbələyi», «manqo» və «sərin nanə» kimi xoş səslənən dadlarda satılır.
E-siqaretdəki həlledicilərin müxtəlifliyi adi siqaret tüstüsündən az olsa da, e-siqaretlər mühüm risklər daşıyır. Həlledicilərdə nəfəsə çəkildikdə zərərli ola bilən metallar, uçucu üzvi birləşmələr və ətirləndirici qatqılar ola bilər.
Nikotin inkişaf edən beyinə mənfi təsir edir və beyin güclü nikotinlə nə qədər erkən tanış olarsa, o qədər güclü asılılıq yaranır. Yeniyetmələrin nikotinə məruz qalması əhval dəyişiklikləri və diqqət problemlərinin artması ilə əlaqəlidir. Pod Mod cihazlarının yüksək nikotin konsentrasiyaları nəzərə alındıqda nikotinlə bağlı sağlamlıq nəticələri əksər e-siqaret məhsullarından daha pis ola bilər. Sorğu nəticələri də 15-24 yaş arasındakı gənclərin %63-ünün bütün Juul məhsullarında nikotin olduğunu bilmədiyini göstərmişdir.
E-siqaret istifadəsi ənənəvi siqaret istifadəsi riskini artıra bilər
ABŞ Milli Elmlər, Mühəndislik və Tibb Akademiyalarının birlikdə hazırladıqları hesabatda e-siqaret istifadə edən yeniyetmələrin və gənc yetkinlərin siqaret çəkməyənlərlə müqayisədə adi siqaretə başlama ehtimalının daha yüksək olduğu və daha yüksək nikotin konsentrasiyalarının bu riski artıra biləcəyi nəticəsinə gəlinmişdir.
Bir çox cihaz USB daşıyıcılarından demək olar ki, fərqlənmədiyindən bəzi məktəblər bütün USB daşıyıcılarının istifadəsini qadağan etdi. Məktəb bölgələri yetkinlərə pod mod haqqında məlumat vermək, uşaqlarının və ya şagirdlərinin bunları istifadə edib-etmədiyini müəyyənləşdirmək üçün valideyn və müəllim təlim proqramları başlatdı. Maddə Asılılığı və Psixi Sağlamlıq Xidmətləri İdarəsinin Milli Sübuta Əsaslanan Proqramlar və Təcrübələr Reyestri və digər qurumlar tərəfindən ümidverici sayılan, tütün istifadəsinin qarşısının alınması və dayandırılmasına yönəlmiş bir neçə məktəb əsaslı təlim proqramı var.
18 aprel 2018-ci ildə altı ictimai sağlamlıq təşkilatı e-siqaretlərin tənzimlənməsinə cavabdeh federal qurum olan Amerika Qida və Dərman İdarəsini (FDA) gənclərin Juul və e-siqaret istifadəsinin qarşısını almaq üçün hərəkətə keçməyə çağırdı. 11 ABŞ senatorundan ibarət koalisiya da ötən günlərdə oxşar narahatlıqlarla FDA-nı «uşaq dostu» dadlarla e-siqaret satışını qadağan etməyə çağırdı.
Bunun ardınca FDA hərəkətə keçərək 24 aprel 2018-ci ildə azyaşlılara e-siqaret satan pərakəndə satıcılara, populyar alış-veriş saytı eBay-də Juul-un üçüncü tərəf satışına məhdudiyyət başlatdı. Eyni zamanda məlumatları ətraflı araşdırmaq və müdaxilə etmək üçün ölkəboyu əməliyyatlar başlatdığını açıqladı.
Nəticədə, biz də gənclərdə Pod Mod istifadəsinin ənənəvi siqaret istifadəsinə necə və nə dərəcədə təsir etdiyini araşdırmağın vacib olduğunu müdafiə edirik. Məktəblərin məktəb ərazisində tütün məhsullarının saxlanmasına sıfır tolerantlıq göstərməli olduğuna inanırıq. Bunların yeniyetmələrin pod mod istifadəsini əhatə edən sübuta əsaslanan müdaxilələrin hazırlanmasına daha faydalı başlanğıc nöqtəsi verə biləcəyini düşünürük. Pod Mod və digər e-siqaret istifadəsinə qarşı çıxmaq üçün təcili əhatəli fəaliyyətə ehtiyac olduğunu bildiyimiz bu mövzuda həkimlərin və valideynlərin yaranan ictimai sağlamlıq narahatlığına qarşı ayıq qalmasını tövsiyə edirik.
Mənbələr
Adolescents’ Use of “Pod Mod” E-Cigarettes — Urgent Concerns.
NEJM, 22 August 2018
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.